Icma.az
close
up
RU
Tarixdə ilk dəfə: İt aktyorluq oyununa görə mükafat aldı

Tarixdə ilk dəfə: İt aktyorluq oyununa görə mükafat aldı

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixdə ilk dəfə olaraq rəsmi şəkildə aktyorluq ustalığına görə bir it mükafat qazandı. “İndi” ləqəbli retriver “Astra” mükafatının qorxu filmində ən yaxşı rol nominasiyası üzrə laureatı oldu.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İndinin qələbəsinə 2025-ci ildə çəkilən “Yaxşı oğlan” (Good Boy) filmində iştirakı səbəb olub. Ssenariyə əsasən, it sahibini qorumaq üçün fövqəltəbii qüvvələrlə mübarizə aparır. İndinin oyunu o qədər yüksək qiymətləndirilib ki, onu “öz nəslinin ən emosional aktyorlarından biri növündən asılı olmayaraq” adlandırıblar.

Qorxu və ya triller kateqoriyasında aldığı “Astra” mükafatı heyvanın aktyorluq istedadının bu səviyyədə ilk dəfə tanınması kimi tarixə düşüb. Filmin rejissoru Ben Leonberq olub və o, eyni zamanda İndinin sahibidir. Onun sözlərinə görə, 2017-ci ildə həyat yoldaşı, prodüser Kari Fişer ilə birlikdə balanı ailəyə götürəndə onu kino ulduzu etməyi planlaşdırmırdılar.

“Üç il çəkilişlər ərzində İndiyə bir dəfə də olsun qrim və saç düzümü lazım olmadı”, -Leonberq zarafatla bildirib.

O, həmçinin əlavə edib ki, it bu müddətdə sanki heç qocalmayıb.

İndi “Nova Scotia Duck Tolling Retriever” (yəni “toller”) cinsinə aiddir. Bu cins ördək ovuna görə yetişdirilib, buna görə də yüksək intellekt, aktivlik və insanla sıx əməkdaşlıq qabiliyyəti ilə seçilir. Məhz bu keyfiyyətlər ağıl və asan öyrədilmə uğurlu çəkilişlərin əsas amili olub. İndi sadəcə əmrləri yerinə yetirmir, o, həqiqətən bu işdən zövq alırdı.

Heyvanlar filmlərdə necə çəkilir?

İndi təbii istedad göstərsə də, mütəxəssislər qeyd edirlər ki, kadrlarda heyvanların işi ciddi hazırlıq prosesinin nəticəsidir. Adətən kino istehsalında peşəkar təlimçilərin (dresajçıların) cəlb olunması tələb olunur. Hərəkət tutma (motion capture) üzrə mütəxəssis Çaba Kevari izah edir ki, heyvanın çəkilişlərə hazırlanması 2-3 ay davam edir.

Bu müddətdə dördayaqlı “aktyorlar” kameralara, bədənlərindəki markerlərə alışır və çəkiliş meydançasında təbii şəkildə hərəkət etməyi öyrənirlər. Alimlər isə vurğulayırlar ki, İndinin uğuru yalnız cinslə bağlı deyil.

2022-ci il araşdırmaları təsdiqləyir: genetika itaətkarlığa meyli təsir etsə də, əsas rolu tərbiyə, mühit və heyvanın fərdi xüsusiyyətləri oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri