Tarixdə ilk: Məşhur Skubi Du nu real it canlandıracaq
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Skubi-Du" (Scooby-Doo) əfsanəsinin yeni serialında ilk dəfə olaraq baş qəhrəmanı həqiqi it canlandıracaq.
Kulis.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində çəkilişləri davam edən "Skubi-Du: İlk macəra" ("Scooby-Doo: Origins") serialı 2027-ci ildə "Netflix" platformasında izləyicilərə təqdim olunacaq.
Səkkiz seriyadan ibarət olacaq layihədə məşhur "Mystery Inc." komandasını canlandıracaq gənc aktyor heyəti isə artıq məlumdur. Əsas rolları Maksvell Cenkins, Tanner Hagen, Ebbi Rayder Fortson və Makkenna Qreys ifa edəcəklər.
Layihənin rəsmi təqdimat mətnində yeni serialın populyar cizgi filminin "müasir yenidən yozumu" olduğu vurğulanır. Qeyd edək ki, "Netflix" şirkəti hələ aprel ayında yeni komandanın ilk fotosunu pərəstişkarları ilə bölüşmüşdü.
Qeyd edək ki, unudulmaz "Skubi-Du" macərası ilk dəfə 1960-cı illərin sonlarında cizgi serialı kimi ekranlara gəlib və onilliklər ərzində layihənin bir çox fərqli serial və tammetrajlı film versiyaları çəkilib. Ancaq bu vaxta qədər heç bir layihədə məşhur iti gerçək bir heyvan canlandırmamışdı.
Hər səhər ovcumdan doğdu Günəş də - Tural Turanın yeni şeirləri Serenay Sarıkaya saxlanıldı "Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















