Tarixdə ilk FIFA U 15 Bakıda keçirilir FOTO
Icma.az bildirir, Lent az portalına istinadən.
Beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübəyə malik Azərbaycan növbəti mötəbər futbol turnirinə ev sahibliyi edir.
Lent.az xəbər verir ki, tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı məhz paytaxt Bakıda təşkil olunur.
Bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub.
Belə ki, Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri infrastruktur yaradılıb. Kompleksdəki 10 futbol meydançasında turnir çərçivəsində 1000-ə yaxın oyun keçiriləcək. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçu, məşqçi və rəsmilər turnirdə iştirak edirlər.
Azərbaycanın mövcud müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və ötən illər ərzində qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibi seçilməsi təsadüfi deyil.
Bu turnir eyni zamanda Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















