Icma.az
close
up
RU
Tarixdə iz buraxmış Azərbaycan bayraqları FOTO

Tarixdə iz buraxmış Azərbaycan bayraqları FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq şairi Bəxtiyar Vahabzadə deyir ki...
Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq – öz yurduma öz hakimliyim. 

Bu misraları üçrəngli Azərbaycan bayrağının hər birimizin qəlbində oyatdığı vətənpərvərlik duyğularının ən lakonik ifadəsidir. Bu müqəddəs rəmz sadəcə bir parça deyil, xalqımızın azadlıq iradəsini, dövlətçiliyimizin əzəmətini və əsrlərlə çəkilən müstəqillik həsrətinin sonunu simvolizə edir.

Özündə vətənpərvərlik ruhunu əks etdirən çoxlu sayda, fotolar, kadrlar, rəsmlər var. Amma bəzi görüntülər var ki, baxanda – bax, qəhrəmanlıq budur, vətən sevgisi, bayraq sevgisi budur deyirsən. Natiq Qasımovun fotosu bu anlayışı tam qarşılayır. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə ala bilib. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızla məğrurcasına addımladığı əks olunub. 

Bax budur bayraq sevgisi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil, o, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir". Bu ali dəyəri tamamlayan Prezident İlham Əliyev isə bayrağımızın bizim qürur mənbəyimiz, canımız və ürəyimiz olduğunu vurğulayıb. İllər boyu istiqlal mücadiləsinin ümid işığı olan bu rəmz, 2020-ci ilin Vətən müharibəsində yurdumuzun qəhrəman oğullarının qanı bahasına ucalaraq qalibiyyətin əbədi nişanəsinə çevrildi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikcə, üçrəngli bayraq 28 illik həsrətdən sonra yenidən doğma yurd yerlərinə qayıtdı. Azərbaycan əsgəri onu Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda, Mincivanda, Ağbənddə və Suqovuşanda qürurla dalğalandırdı. Həmin unudulmaz günlərdə yaddaşlara həkk olunan ən simvolik anlardan biri Suqovuşanda yaşandı. Əsgər İlkin Fərzəliyev separatçıların qondarma qurumuna aid bez parçasını endirərək, yerinə Azərbaycan bayrağını taxdı və bu tarixi anların videosu hər bir soydaşımızın rəqəmsal yaddaşına köçdü.

Az sonra, 8 noyabr Zəfər Günündə bu müqəddəs rəmz Şuşanın başıüzərində ucaldıldı və bu xəbər yüz minlərlə insanı əllərində bayraqlarla küçələrə tökərək vahid bir zəfər selinə çevirdi. Üçtərəfli bəyanatın ardınca isə noyabrın 20-də Ağdam şəhərinin mərkəzində ucaldılan bayrağımız dövlət himninin sədaları altında Ali Baş Komandana hesabat verən ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Bayrağımızın zəfər yürüşü bununla bitmədi. 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatından sonra Azərbaycan əsgəri Xocalıda düşməndən təmizlənmiş döyüş postuna bayrağımızı sancaraq səmada "Qarabağ Azərbaycandır!" şüarını əks-səda doğurdu.

Həmin ilin oktyabrın 15-də isə dövlət başçısı İlham Əliyev şəxsən Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmaqla ölkənin suverenliyinin tam bərpa olunduğunu möhürlədi. Nəhayət, 8 noyabrda Xankəndi şəhərində keçirilən tarixi hərbi paradda həmin üçrəngli bayrağın nümayiş etdirilməsi ilə Azərbaycanın qürur rəmzi bir vaxtlar separatizmin yuvası olan meydanları fəth edərək milli tariximizin ən şanlı və əbədi zirvəsinə ucaldı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri