Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tarixdə iz buraxmış maliyyə “oyunları” Fırıldaqların fəsadları

Tarixdə iz buraxmış maliyyə “oyunları” Fırıldaqların fəsadları

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Maliyyə fırıldaqları tarix boyu dünya iqtisadiyyatını sarsıdan, dövlətlərin, şirkətlərin və fərdlərin ciddi itkilərlə üzləşməsinə səbəb olmuş hadisələrdir. Maliyyə manipulyasiyaları, saxta məlumatların yayılması və qanunsuz əməliyyatlarla əlaqəli olan fırıldaqlar iqtisadi inamsızlıq, hüquqi gərginliklər və sosial çətinliklərə yol açır. Müxtəlif dövrlərdə və müxtəlif coğrafi məkanlarda baş vermis “oyunlar” bəzən böyük böhranlara, hətta maliyyə bazarlarının çöküşünə gətirib çıxarıb.

Modern.az tarixdə iz buraxmış maliyyə  fırıldaqlarının bəzilərini təqdim edir:

Berni Medoff və Ponzi sxemi

ABŞ-da tanınmış maliyyəçisi olan Berni Madoff 1990-cı illərin sonlarında investorlara yüksək faizlərlə mənfəət vəd edərək böyük bir sərmayə toplamağa başladı. Madoff-un əsas fəaliyyəti "Ponzi sxemi" adlanan fırıldaqçılıq modeli üzərində qurulmuşdu. Bu sxemdə yeni investorların yatırdığı pullar əvvəlki investorların mənfəətinə çevrilir, lakin əslində heç bir real investisiya fəaliyyətinin həyata keçirilmədiyi ortaya çıxır. Medoff 2008-ci ildə tutularaq 150 ildən çox müddətə həbsə məhkum edildi. Onun fırıldağı 65 milyard dollar ziyana səbəb olmuşdu.  Təxminən 5 min  investor bu fırıldaqdan zərər çəkdi, bir çoxu isə bütün sərmayələrini itirdi. Bu hadisə maliyyə sektorunda etibarsızlıq yaratdı.

"Enron" qalmaqalı

1985-ci ildə Texasda təsis olunan "Enron "enerji şirkəti zamanla dünyanın ən böyük enerji şirkətlərindən birinə çevrilmişdi. Lakin 2001-ci ildə şirkətin maliyyə hesabatlarının manipulyasiya edildiyi və əslində şirkətin vəziyyətinin çox pisləşdiyi üzə çıxdı. "Enron" rəhbərliyi gəlirləri şişirtmək və borclarını gizlətmək üçün müxtəlif maliyyə alətlərindən istifadə etmişdi. Bununla yanaşı, şirkət öz qiymətini yüksək göstərmək üçün maliyyə manipulyasiyalarına və şirkət daxili saxtakarlıqlara əl atmışdı. Bu fırıldaq nəticəsində "Enron" iflas etdi və 20 mindən çox işçi işini itirdi. Eyni zamanda, investorlar və banklar milyardlarla dollar ziyan gördü. "Enron"un iflası ABŞ-da korporativ hüquq və maliyyə tənzimləmələrinə böyük təsir etdi və Sarban-Oxley Qanununun qəbuluna səbəb oldu.  

"Worldcom" skandalı

2002-ci ildə Amerikanın  ən böyük telekommunikasiya şirkətlərindən biri olan "Worldcom"un maliyyə manipulyasiyası ifşa olundu. Şirkət gəlirlərini şişirtmək və maliyyə vəziyyətini yaxşı göstərmək məqsədilə xərcləri gizlətmiş və borcları fərqli kateqoriyalara ayırmışdı. Dünyada minlərlə müştəriyə xidmət edən şirkət borc vəziyyətini gizlətmək üçün müxtəlif qeyri-qanuni maliyyə əməliyyatlarına əl atmışdı.  Bu skandal səbəbindən "Worldcom"un səhmləri dəyərini kəskin şəkildə itirdi və şirkət 11 milyard dollar ziyana uğradı. Şirkət rəhbərliyi arasında çoxlu sayda yüksək vəzifəli şəxs həbs olundu. "Worldcom"un iflasşirkətlərin maliyyə hesabatlarına ciddi nəzarət olunmasının vacibliyini artırdı.

2008-ci il dünya iqtisadi böhranı

2008-ci ildə dünya maliyyə bazarları ciddi böhrana sürükləndi. Bu böhranın başlıca səbəbi bankların yüksək riskli ipoteka kreditlərini çoxalmağa başlaması idi. "Lehman Brothers"  və digər məşhur banklar müştərilərə qeyri-adi və yüksək faizli kreditlər vermişdi. Nəticədə riskli kreditlər müştərilərin borcunu ödəyə bilməməsinə səbəb oldu və dünya maliyyə sistemi çökməyə başladı. 2008-ci ilin sonlarına yaxın ABŞ-ın ən böyük investisiya bankları da daxil olmaqla bir çox maliyyə qurumu iflas etdi. Bu böhran nəticəsində dünyada milyonlarla insan işini itirdi. Bir çox ölkələrdə iqtisadi tənəzzül yaşandı. Bu hadisə nəticəsində maliyyə və bank sektorunda ciddi tənzimləmələr həyata keçirilməyə başlandı, Dodd-Frank Qanunu qəbul edildi.

FIFA qalmaqalı (2015)

2015-ci ildə FİFA-nın yüksək vəzifəli üzvləri rüşvət alma, korrupsiya və digər qanunsuz maliyyə fəaliyyətləri ilə əlaqədar tutuldular. FBI və İsveçrə hökuməti tərəfindən başlanan araşdırmalar nəticəsində FIFA rəhbərliyi arasında böyük bir korrupsiya şəbəkəsinin olduğu üzə çıxdı. FIFA rəsmiləri təşkilatın müxtəlif layihələrinə  görə  rüşvət və komissiya almışdılar. Bu qalmaqal FIFA-nın etibarını sarsıtdı və təşkilatın rəhbəri Sepp Blatter daxil olmaqla bir çox yüksək vəzifəli şəxs istefa vermək məcburiyyətində qaldı. FIFA-ya qarşı hüquqi tədbirlər alındı və təşkilatda ciddi islahatlara başlandı.

"Volkswagen" emissiya qalmaqalı (Dieselgate)

2015-ci ildə Almaniyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Volkswagen"in dizel mühərriklərinin emissiya testlərini manipulyasiya etməsi ciddi qalmaqala səbəb oldu. Şirkət avtomobillərinin ətraf mühitə verdiyi zərəri azaltmaq məqsədilə testləri saxtalaşdırmış və dizel mühərriklərinin daha ekoloji olduğunu iddia etmişdi.  Əslində mühərriklər normadan çox daha çox zəhərli qazlar buraxırdı. Bu fırıldaq milyardlarla dollarlıq cərimələrə və hüquqi məsuliyyətə səbəb oldu. Şirkət xeyli avtomobilini geri çağırdı və bu qalmaqalın avtomobil sənayesi üzərindəki təsirləri çox uzun müddət hiss olundu.

"Theranos" skandalı (2015)

"Theranos" adlı biotexnologiya şirkəti qansız analizlərlə müxtəlif xəstəlikləri aşkar etməyə imkan verən cihazlar təqdim edəcəyini iddia edirdi. Şirkət milyardlarla dollar yatırım əldə etdi  və qısa zamanda yüksək qiymətləndirilmiş bir startap oldu. Sonradan ortaya çıxdı ki, şirkət bu cihazların effektiv olmadığını və əslində tibbi testləri düzgün icra etmədiyini gizlədib.  2015-ci ildə şirkətin rəhbəri Elizabet Holmes və digər rəhbər şəxslər üzərinə çox sayda iddia irəli sürüldü və onlar məhkəmə qarşısına çıxdılar. Bu skandal startaplar və innovasiya sahəsindəki aldatmaların və təqdim edilən texnologiyaların doğruluğunun əhəmiyyətini ortaya qoydu.

Piramida sxemləri və kriptovalyuta fırıldağı (2022)

2022-ci ildə FTX adlı kriptovalyuta mübadiləsi platformasının rəhbəri Sem Benkman Fraydın həyata keçirdiyi böyük bir fırıldaq ortaya çıxdı. Bankman-Frayd və komandası investorların pulunu cəlb edərək yüksək gəlir vəd etmişdi. Sonradan məlum oldu ki, şirkətin maliyyə əməliyyatları qeyri-qanuni olub. İstifadəçilərin yatırdıqları vəsaitlər yanlış istiqamətlərə yönləndirilib. FTX-in çökməsi 2022-ci ilin ən böyük maliyyə qalmaqallarından  biri oldu və kriptovalyuta bazarında qeyri-sabitlik yaratdı. Benkman-Fraydd investorları aldadaraq onları milyardlarla dollar ziyana salmışdı. Bu hadisə kriptovalyuta bazarlarının daha ciddi tənzimlənməsi zərurətini gündəmə gətirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see478

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see384

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see340

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see322

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see291

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see165

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see150

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri