Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Tarixdəki ən böyük nüvə sınaqları: Dünyanı əbədi olaraq dəyişən 5 partlayış

Tarixdəki ən böyük nüvə sınaqları: Dünyanı əbədi olaraq dəyişən 5 partlayış

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

II Dünya müharibəsində ABŞ-ın Xirosima və Naqasakiyə hücumu nüvə silahının döyüş şəraitində ilk və yeganə istifadəsi kimi tarixə düşüb. Daha sonra heç bir ölkə nüvə silahından birbaşa istifadə etməsə də, onilliklər boyu nüvə və termonüvə yüklərinin müxtəlif sınaqları keçirilib. Bu sınaqlar bəziləri üçün güc nümayişi, digərləri üçün isə nüvə yarışının başlanğıcı olub və beynəlxalq siyasətə həlledici təsir göstərib.

Qaynarinfo xəbər verir ki, "Wion" jurnalı tarixdəki ən böyük nüvə sınaqları və onların geosiyasətə, ətraf mühitə və nüvə silahlarına nəzarətə qlobal təsirindən yazıb.

Çar-bomba

SSRİ-nin həyata keçirdiyi "Çar-bomba" tarixdəki ən güclü nüvə sınağı olub. 30 oktyabr 1961-ci ildə Tu-95 bombardmançısı tərəfindən 4 000 metr hündürlükdən atılan bomba Novaya Zemlya arxipelaqı üzərində partladılıb. Gücü təxminən 50 meqaton təşkil edib. Partlayışdan yaranan göbələkvari bulud 65 kilometrə qədər yüksəlib və 40 kilometr enində olub. Ekvivalent gücü 57 milyon ton trotilə bərabər idi.

20 kilometr radiusdakı bütün binalar məhv olunub, 5-5,5 maqnituda bərabər seysmik dalğalar isə bütün dünyada qeydə alınıb. Zərbə dalğası Yer kürəsini üç dəfə dövr edib və 1000 kilometr məsafədə şüşələri sındırıb. SSRİ beynəlxalq aləmdə kəskin qınanıb. Bu sınaqdan sonra nüvə sınaqlarını məhdudlaşdıran bir sıra beynəlxalq müqavilələr imzalanıb, o cümlədən 1963-cü il "Hissəvi nüvə sınaqlarının qadağan edilməsi haqqında müqavilə".

Castle Bravo

ABŞ 1 mart 1954-cü ildə Marşall adalarında ilk quru termonüvə cihazını sınaqdan keçirib. "Castle Bravo" partlayışının gücü 15 meqaton idi və gözləniləndən üç dəfə artıq olmuşdu. Radioaktiv çöküntülər adaların əhalisinə və amerikalı hərbçilərə ciddi ziyan vurub. 

665 ada sakini yüksək radiasiyaya məruz qalıb. Radioaktiv tozlar Avropa, Avstraliya, Hindistan və Yaponiyaya qədər çataraq beynəlxalq etirazlara səbəb olub.

Castle Yankee

5 may 1954-cü ildə Marşall adalarının Bikini atolunda keçirilən "Castle Yankee" sınağı 13–13,5 meqaton gücə malik olub. Partlayış sınaq adasını tamamilə buxarlandırıb və 43 kilometr hündürlüyə qədər qalxan bulud yaradıb.

Castle Romeo

26 mart 1954-cü ildə keçirilən "Castle Romeo" sınağı 11 meqaton gücə malik olub. Yaranan buludun qırmızı, narıncı və sarı çalarları kütləvi informasiya vasitələrində nüvə partlayışının simvolik təsvirinə çevrilib. Bu sınaq da Sakit okeanda ciddi radioaktiv çirklənməyə səbəb olub.

Ivy Mike

1 noyabr 1952-ci ildə Marşall adalarında keçirilən "Ivy Mike" dünyada ilk uğurlu hidrogen bombası sınağı olub. 10,4 meqaton gücündə olan partlayış termonüvə texnologiyalarına keçidin başlanğıcı sayılır. Bu sınaq SSRİ-ni öz nüvə proqramını sürətləndirməyə məcbur edib.

Bu beş nüvə sınağı bəşəriyyətin tarixini dəyişdi, yeni silahlanma yarışına təkan verdi, geosiyasi münasibətlərə və beynəlxalq təhlükəsizlik mexanizmlərinə təsir göstərib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri