Icma.az
close
up
RU
Milton tək deyil: Tarixdəki 5 ən güclü qasırğa

Milton tək deyil: Tarixdəki 5 ən güclü qasırğa

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xoşbəxtlikdən, "Milton" Floridaya yaxınlaşanda, Saffir-Simpson şkalasına əsasən, 3 baladək zəifləyib, ancaq belə şans həmişə baş vermir. Okeanların, dənizlərin isti suları üzərində yaranan, şiddətli küləklər, dağıdıcı leysanlar və sahilyanı ərazilərdə yüksək dalğalar əmələ gətirən qasırğalar qarşısında gücsüz qalan insanın həyatını qorumaq naminə yeganə silahı ümiddir.
Qasırğanın gücü 1971-ci ildə amerikalı mühəndis Herbert Saffir və meteoroloq Robert Simpson tərəfindən yaradılan, onların adları ilə tanınan 5 kateqoriyalı şkala ilə ölçülür. Küləyin sürəti və mümkün ziyanın həcmi əsasında işləyən şkalada ilk kateqoriya ən zəif, beşinci isə ən şiddətli dərəcəni bildirir.
Tarixdə baş vermiş ən güclü qasırğalar:
1. "Əmək Günü" qasırğası (29 avqust - 10 sentyabr 1935-ci il. ABŞ-nin şərq və cənub-şərqi, xüsusilə Florida, Corciya, Şimali və Cənubi Karolina, Nyu-Cersi, Nyu-York ştatları zərər görüb)

ABŞ-də hər sentyabrın birinci bazar ertəsində qeyd olunan Əmək Günü ərəfəsində baş verən bu dəhşətli qasırğada 423 nəfər həyatını itirmiş, minlərlə bina dağılmış, elektrik və telefon naqilləri sıradan çıxmış, infrastruktura 100 milyon (hazırkı dəyərlə 6 milyon) dollar həcmində ziyan dəymişdi. Təqribən 300 km/saat sürətə malik qasırğa şkala üzrə beşinci kateqoriyaya aid idi. Hadisə qurbanlarının əksəriyyəti həmin vaxt adalar arasında salınan Dənizüstü magistralının tikintisində işləmiş 260 I Dünya müharibəsi veteranı idi.
2. "Katrina" qasırğası (23-31 avqust 2005-ci il. ABŞ-nin şimal-şərq və cənub-şərqi, eləcə də Bahama adaları və Kubanın qərbi zərər görüb)

Beşinci kateqoriyaya aid qasırğa təqribən 280 km/saat sürətə malik idi. Meksika körfəzi sahillərinə yaxınlaşdıqca sürəti daha da artmış, güclü fırtına dalğaları, leysan yağışlar törətmiş, alçaq əraziləri, xüsusilə dəniz səviyyəsindən aşağıda yerləşən Nyu-Orlean şəhərinin 80%-ni su basmışdı. Hadisə nəticəsində 1392 insan həyatını itirmiş, 135 nəfər itkin düşmüş, yüz minlərlə sakin evsiz qalmışdı. Ümumi dəyən ziyanın həcmi təqribən 125 milyard dollar idi. Ərazidə bərpa işləri uzun illər ərzində tamamlana bilmişdi.
3. "Rita" qasırğası (18-26 sentyabr 2005-ci il. Əsasən ABŞ-nin şimal-şərq və cənub-şərqi, o cümlədən Dominikan Respublikası və Puerto-Riko zərər görüb)

Sakinlərin "Katrina"nın "şıltaqlığından" hələ ayılmadıqları bir vaxtda "bacısı" Ritanın "qəzəbi" ilə üzləşmişdilər. Səkkiz gün ərzində yüz minlərlə insanın evini şumlayıb keçən qasırğanın sürəti 285 km/saata çatırdı. 120 insanın həyatını itirdiyi hadisənin ümumi ziyanı isə 10 milyard dolları ötmüşdü.
4. "Vilma" qasırğası (15-27 oktyabr 2005-ci il. ABŞ-nin Florida ştatı, Meksikanın Kintana-Ro ştatı, eləcə də Yamayka, Puert-Riko, Kuba zərər görüb)

2005-ci ilin üçüncü qasırğası ABŞ-dən nisbətən yan keçsə də, Mərkəzi Amerikaya böyük zərər vurmuşdu. Qasırğa 250-300 km/saata sürətə malik idi. Hadisədə 52 nəfər ölmüş, infrastruktrura 27 milyard zərər dəymişdi.
5. "Mariya" qasırğası (16 senyabr - 2 oktyabr 2017-ci il. ABŞ-nin şimal-şərq və cənub şərqi və Mərkəzi Amerikada Puerto-Riko, Dominika, Dominikan Respublikası, Haiti və Baham adaları zərər görüb)

Sürəti 250 km/saata çatan qasırğa Atlantik okeanında hündürlüyü 15 metri keçən dalğalar əmələ gətirmiş, ABŞ sahillərinə çatanadək Mərkəzi Amerika adalarında, o cümlədən ABŞ-nin okeanboyu ərazilərində minlərlə evi dağıtmışdı. 2018-ci ildə aparılan təhqiqata əsasən, dəhşətli təbiət hadisəsi 3 minə yaxın insanın ölümü, infrastruktrura isə təqribən 92 milyard ziyanla nəticələnmişdi.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri