Icma.az
close
up
RU
Tarixdən gələn dostluq əlaqələri

Tarixdən gələn dostluq əlaqələri

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qlobal siyasi arxitekturanın yenidən formalaşdığı, yeni çoxqütblü dünya düzəninin daha da dərinləşdiyi bir dövrdə dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu siyasət həyata keçirirlər. Dördüncü sənaye inqilabının yaratdığı yeni texnoloji çağırışlar, dəyişən iqtisadi-siyasi güc balansı ölkələrin daha çevik və əhatəli xarici siyasət aparmasını zəruri edir. Bu baxımdan, Azərbaycan Respublikasının Avrasiya ölkələri, o cümlədən Vyetnam Sosialist Respublikası ilə münasibətləri xüsusi strateji önəm daşıyır.

Azərbaycan və Vyetnam arasında dostluq münasibətləri 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qurulub. Daha sonra Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən 1983-cü ildə Vyetnama səfəri bu münasibətlərin daha da möhkəmlənməsində əməli rol oynayıb.

Ümumiyyətlə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ilin 23 sentyabr tarixində qurulub. İki ölkənin tarixən oxşar inkişaf yolu keçməsi, müstəqillik uğrunda mübarizə aparmaq və inkişaf etməkdə olan ölkə kimi beynəlxalq müstəvidə mövqe qazanmağa yönəlik fəaliyyəti onları əməkdaşlıq etməyə daha da yaxınlaşdırıb. Məhz bu ortaq təcrübə əsasında formalaşan münasibətlər bu gün də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə davamlı olaraq inkişaf edir.

İkitərəfli münasibətlərin əsasını qarşılıqlı hörmət və bərabərlik prinsipləri təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnam Sosialist Respublikasına etdiyi rəsmi səfər əməkdaşlığın yeni mərhələyə keçidini təmin etdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı bir sıra sahələr üzrə mühüm razılaşmalar əldə olundu, xüsusilə Azərbaycan sahibkarları üçün investisiya qoyuluşu ilə bağlı əlvərişli şəraitin yaradılması müzakirə olundu.

Bundan əlavə, Vyetnam rəsmi şəxslərinin Azərbaycana səfərləri də diplomatik münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verib. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti, hökumətlərarası komissiyanın yaradılması və ekspertlər səviyyəsində aparılan müzakirələr iki ölkə arasında praktiki əməkdaşlığın hüquqi və institusional əsaslarını formalaşdırıb.

Azərbaycan və Vyetnam müxtəlif beynəlxalq platformalarda da uğurla əməkdaşlıq edirlər. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda iki ölkə bir-birinin təşəbbüslərini dəstəkləyir, ortaq mövqelər nümayiş etdirirlər. Xüsusilə, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması istiqamətində apardığı prinsipial siyasət Vyetnam tərəfindən yüksək qiymətləndirilib.

İqtisadi əlaqələrin dərinləşməsi də uğurla həyata keçirilir.Həm Azərbaycan, həm də Vyetnam bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı addımlar atırlar. Azərbaycanın neft-qaz sektorundakı təcrübəsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, Vyetnamın isə sürətlə artan sənaye gücü və istehsal potensialı qarşılıqlı investisiya-texnologiya mübadiləsi üçün əlverişli zəmin yaradır.

07 may 2025-ci il tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfərinə gəlməsi yarım əsrdən artıq tarixə malik münasibətlərin yeni müstəvidə inkişaf edəcəyini deməyə əsas yaradır. Prezident İlham Əliyevin 06 may tarixində “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, “Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.”

Ölkə başçısı müsahibə zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda mədəniyyət, humanitar və təhsil sahələrində də müsbət dinamikasını vurğuladı.
Hər iki ölkənin zəngin mədəni irsi, qədim ənənələri və multikultural cəmiyyəti bu istiqamətdə əməkdaşlığın qurulmasında stimullaşdırıcı rol oynayır. Xüsusilə, Heydər Əliyev Fondunun əlaqələndirilməsi və təşkilatçılığı ilə təhsil sahəsində mühüm əhəmiyyət kəsb edən işlər görülüb.

Ümumiyyətlə, Azərbaycan–Vyetnam münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi adlandırmaq olar. Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər zaman sülhün, təhlükəsizliyin, sabitliyin carçısı olan Azərbaycanın xalqlar arasında münasibətlərin inkişafına verdiyi dəyətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektrolu xarici siyasət Azərbaycanın Asiya-Sakit okean regionu ilə, o cümlədən Vyetnamla əlaqələrinin daha da dərinləşəcəyinə və yeni müstəvidə strateji tərəfdaşlığın yaranacağını ortaya qoyur.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 May 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see490

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see320

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see254

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see220

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see220

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see214

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see184

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see179

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see176

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see175

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see174

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see171

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see169

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see168

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see163

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see159

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see158

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see156

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri