Icma.az
close
up
RU
Tarixdən konstitusiyalı dövlətə gələn yol

Tarixdən konstitusiyalı dövlətə gələn yol

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransın plenar iclasını açaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində bölmədə keçirilən konfrans və tədbirlər, görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib, bu gün baş tutan konfransın professor Vəli Baxşəliyevin təşəbbüsü ilə keçirildiyini qeyd edib. Bölmə sədri bildirib ki, konfransın materialları artıq çap olunub.

Bölmə sədri İsmayıl Hacıyev “Azərbaycanın tarixi ərazisi olan Qərbi Zəngəzurun Ermənistan SSR tərkibinə verilməsi” başlıqlı məruzəsini təqdim edib. Akademik XIX əsrdə Yelizavetpol quberniyasının tərkibində mövcud olmuş Zəngəzur mahalı, onun əhatə etdiyi ərazilərdən bəhs edib. Zəngəzur toponiminin etimologiyası, əhalisinin etnik tərkibi, bölgəyə ermənilərin süni şəkildə köçürülməsi sayəsində burada demoqrafik vəziyyətin dəyişdirilməsi barədə söz açıb.

Çar Rusiyasının ermənipərəst siyasətinin Sovet Rusiyası zamanında da davam etdiyini nəzərə çatdıran tarixçi alim “mübahisəli” ərazilərimizin ermənilərə verilməsindən, dövrün ictimai-siyasi reallığı və Nəriman Nərimanovun mövqeyi ilə bağlı elmdə mövcud olan bəzi fikir ayrılıqlarından danışaraq mövzu ilə bağlı aparılan araşdırmaları, qələmə alınan elmi tədqiqat əsərlərini diqqətə çatdırıb. Professor İsmayıl Hacıyev Qərbi Zəngəzurun itirilməsinin Azərbaycan və bütünlükdə Türk dünyası üçün zərərləri, Zəngəzur dəhlizi və başqa mühüm məsələlərə toxunub.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanda qədim mədəniyyətlərin izləri” mövzulu məruzəsində bildirib ki, muxtar respublikada aparılan arxeoloji tədqiqatlar bu ərazidə insanların hələ Daş dövründən yaşadığını sübut edir. Alim vurğulayıb ki, Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edib.

Alim qeyd edib ki, bölgədə boyalı qablar, Ubeyd, Dalmatəpə, Xocalı–Gədəbəy mədəniyyətlərinin izlərinə rast gəlinməsi Naxçıvanın Şimali Mesopotamiya və Urmiya hövzəsi ilə əlaqələrinin Neolit dövrünə gedib çıxdığını göstərir. Naxçıvan Cənubi Qafqazla Yaxın Şərq arasında mədəni körpü rolunu oynamış və burada yaşayan tayfalar öz müstəqilliklərini qorumaq uğrunda mübarizə aparmışlar. Muxtar respublikanın arxeoloji abidələrlə zəngin olduğunu dilə gətirən arxeoloq-alim bildirib ki, aparılan araşdırmalar və onların nəticəsi bölgədə hələ kəşf olunmamış xeyli sayda arxeoloji abidənin mövcud olduğunu deməyə əsas verir.

Məruzəçilər konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırıblar.

Konfrans günün ikinci yarısında bölmə iclasları üzrə davam edib. “Tarix” və “Arxeologiya və Etnoqrafiya” bölmələri üzrə 20-yə yaxın elmi məruzə təqdim olunub.

Səbuhi HƏSƏNOV
XQ-nin Naxçıvan müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri