Icma.az
close
up
RU
Tarixə zəfər möhürü vuran lider

Tarixə zəfər möhürü vuran lider

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən 42 yaşı vardı və o, dünyanın ən gənc dövlət başçılarından biri idi. Həmin vaxtdan 21 il keçir. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir.

Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin, dövlət strukturları bərpa edilmiş Azərbaycan idisə, digər tərəfdən həm də məğlubiyyətə uğramış və torpaqlarının 20 faizi erməni işğalı altında qalan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həll edilməsi zəruri olan gənc respublika idi.

Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də sürətlə dəyişən və daim rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Yəni istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə, milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında, əslində, bir möcüzə idi.

İlham Əliyev bu möcüzəni yarada bildi.Yeni əsrin yeni lideri İlham Əliyev ötən 21 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasının əsasını təşkil edən üç mühüm güc – iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Prezidentliyi dönəmində bütün istiqamətlər üzrə xalqımıza böyük uğurlar qazandıran, ölkəmizi hərtərəfli surətdə inkişaf etdirən Prezident İlham Əliyev ərazi bütövlüyü və suverenliyi tam təsdiq olunmuş müstəqil Azərbaycanın qüdrətli lideridir. Bundan sonrakı dövrdə Azərbaycan Respublikasının çoxcəhətli inkişafının təminatı, ölkəmizin ərazi bütövlüyünün etibarlı şəkildə qorunması və dövlət suverenliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə meydana çıxacaq problemlərin milli mənafeyimizə uyğun surətdə həll edilməsi üçün əsl dövlət başçısından tələb olunan bütün keyfiyyətlər və xüsusiyyətlərin hamısı ən yüksək səviyyədə İlham Əliyevin simasında cəmlənmişdir. Bu gün dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli yüksək siyasi-mənəvi keyfiyyətlərə, geniş intellektual imkanlara, böyük nüfuza malik olan və xalqının sarsılmaz etimadını qazanmış liderlər göstərmək çətindir.

Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, fəal aktorlardan birinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir. Prezident İlham Əliyev ölkəsini lider dövlətlər sırasına yüksəldib. Bununla da Ulu öndərin sovet dövründə Azərbaycanı respublika kimi, XX əsrin 90-cı illərində isə müstəqil dövlət kimi xilas etməsi prosesi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla və qətiyyətlə həyata keçirilmişdir.

İlham Əliyev işğalçı Ermənistan üzərində savaşı qazanaraq sübut etdi ki, Azərbaycan nəinki müstəqil dövlət kimi inkişaf etməyə qadirdir, o, həm də regionun aparıcı dövləti və lideri olmaq qüdrətindədir.

Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin edib. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini qurur.

Nəticə etibarilə, yuxarıda sadalanan bütün nailiyyətlərimizin baş tacı Vətən müharibəsində əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Prezident İlham Əliyev hər dəfə tarixi qələbəmizin birinci qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də, hamımız bilirik ki, milli güc yalnız milli lider tərəfindən təşkilatlandırılanda və idarə olunanda həqiqi milli gücə çevrilir. Ona görə də Prezident İlham Əliyev, sözün əsl mənasında, xalqımızın Milli Qəhrəmanı, böyük tarixi şəxsiyyət və böyük dövlət xadimidir. Azərbaycan naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq! Doğum gününüz mübarək, cənab Prezident!

Tənzilə RÜSTƏMXANLI,
Milli Məclisin deputatıPrezident

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see355

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see306

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see292

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see284

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see276

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see275

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see270

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see265

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see240

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see234

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see225

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see220

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see220

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see218

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see214

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see213

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see207

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see207

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see206

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri