Icma.az
close
up
RU
Tarix yazan və adını tarixə yazdıran lider

Tarix yazan və adını tarixə yazdıran lider

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Müasir müstəqil Azərbaycanın qurucusu və xalqımızın xilaskarı dahi Heydər Əliyev Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev haqqında demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.  Bəli, bu sözlər hələ 22 il öncə sözü imzası qədər dəyərli olan mahir diplomatın, hərbi  strategiyası parlaq Qələbə ilə nəticələnən tarixi Sərkərdəmizin-qalib xalqın,qalib lideri olan İlham Əliyevin uzaqgörənliyini və onun yüksək liderlik keyfiyyətlərini təsdiq etmişdi.

Prezident İlham Əliyev... Bu adı eşidəndə, bir tarixçi, siyasi fəaliyyətlə məşğul olan şəxs və ən əsası bir vətəndaş kimi iftixar hissi keçirdiyimi və bu adın nəinki region və ya cəmiyyətimiz üçün, hətta bütün dünya liderləri və ölkələri  üçün nümunə olduğunu, bir sözlə, onun siyasi və şəxsi nöqteyi-nəzərdən portiret cizgilərinin böyük mənalar kəsb etdiyini qürurla vurğulamaq istəyirəm. İlham Əliyev- Milli lider, müzəffər tarixi Sərkərdə, mahir strateq, güclü diplomat, yüksək insani və liderlik keyfiyyətlərini  özündə təcəssüm etdirən fenomen şəxsiyyətdir.!  O lider ki, Azərbaycan xalqının qəlbinə və yaddaşına  əbədi olaraq həkk olunan şanlı və şərəfli tariximizin müəllifidir.  O lider ki, sadəcə xalqımızın 30 illik yurd həsrətinə deyil,həmçinin  əldə etdiyi parlaq Qələbə nəticəsində Ermənistan təcavüzkarlarının əsrlərdir davam edən işğalçılıq siyasətinə son qoymaqla məhz onlara havadarlıq edən riyakar qüvvələrin də məkirli planlarını iflasa uğratmışdır. O lider ki,  Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanla keçirdiyi beynəlxalq səviyyəli görüşlərdə, baş nazir daxil olmaqla, Ermənistanın bütün tarixiçi və siyasətçilərinə  sözün həqiqi mənasında əsl tarix dərsi keçib, Azərbaycanın ədalətli mövqeyini tarixi faktlar əsasında layiqincə diqtə etməyi bacardı.  O lider ki, Cənubi Qafqaz regionuna davamlı və dayanıqlı sülhün gəlməsi naminə bütün bilik və bacarıqlarını səfərbər edib, Qarabağı azadlığına qovuşdurdu və bir əsrdir  həsrətlə baxdığımız doğma yurdumuza-Zəngəzur mahalına günəş kimi işıq saldı və bununla da bizim-qədim Azərbaycan torpaqlarının əzəli sahiblərinin haqq-ədalətə əsaslandığını bütün dünyaya nümayiş etdirdi.  O lider ki, Valday diskussiyası və Münhen konfransı kimi əhəmiyyətli müstəvilərdə Azərbaycanın milli mövqeyini tarixi qaynaqlara(toponimlər,oykonimlər,xəritələr və.s)  istinadən bütün dünya ictimaiyyətinə peşəkarcasına çatdırıb, tarixi ədaləti bərpa edəcəyinə söz verdi və nəhayət  2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusu ilə birgə Zəfər Zirvəsini fəth etdi. 2023-cü ilin 15 oktyabr tarixində isə bütün erməni seperatizmini darmadağın edərək, doğma Xanakəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını milli ruhumuzun dolaşdığı Qarabağın səmasına ucaltdı və sözünün imzası qədər dəyərli olduğunu əyani şəkildə sübuta yetirdi. O lider ki, beynəlxalq aləmdə dünya ölkələrinin rəhbərləri-dövlət və hökümət başçıları da  Onu ən mükəmməl şəxsiyyət və müdrik prezident kimi qəbul edir. Türkiyə Respublikasının prezidenti R.T.Ərdoğanın  “Vətən müharibəsi müddətində müxtəlif təxribatlara baxmayaraq, İlham qardaşım qətiyyətli və soyuqqanlı liderlik nümayiş etdirərək Zəfərin baş memarı oldu”, ABŞ prezidenti D.Trampın “Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız, siz böyük lidersiniz" ,  Rusiya prezidenti V.Putinin “Mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi, öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir”, Serbiya prezidenti Aleksandr Vuçiçin “sözü imzası qədər kəsərli olan İlham Əliyev bu gün dünya liderləri arasında ən güvənilən, ən etibarlı şəxsiyyətlərdən biridir. Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm”, Macarıstan Baş naziri Viktor Orbanın  "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm" və eləcə də digər liderlərin İlham Əliyev haqqında söylədiyi bu cür dəyərli fikirlər hörmətli və nüfuzlu liderimizin mükəmməl xarizmaya malik bənzərsiz Prezident olduğunu təsdiqləyir.  Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 22 il ərzində Azərbaycan saysız-hesabsız uğurlara imza atmışdır. Beynəlxalq təşkilatların müvafiq hesabatlarında sosial,iqtisadi,ictimai,siyasi və eləcə də digər sahələrdəki nailiyyətlərinə görə ölkəmiz bu gün dünyanın inkişaf etmiş ölkələri sırasındadır.

44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm Zəfərlə Prezident İlham Əliyev sadəcə XVIII əsrdən etibarən C.Qafqaza köçürülən erməni təcavüzkarlarının ərazi iddiasını və 200 illik əsarətini deyil, ümumilikdə onların Balkan yarmadası üzərindən Şərqi Anadolu və Suriya çöllərinə köç etmiş əcdadlarının 3 min ildir uydurduğu “böyük Ermənistan” mifologiysını darmadağın etdi! Məhz ona görə də İlham Əliyev kimi tarixi Sərkərdə və Liderlə eyni əsrdə yaşayıb, şanlı hadisələrə şahidlik etdiyim üçün çox xoşbəxtəm! 

Beynəlxalq hüququn deyil, məhz güc amilinin əsas rol oynadığı və haqsız qarşıdurmaların höküm sürdüyü dünyada, regional və qlobal səviyyədə baş vermiş geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda, həmçinin informasiya cəbhəsində ölkəmizin maraqlarına qarşı yönəlmiş qərəzli xarici təzyiqlərin davam etdiyi bir dönəmdə Azərbaycanda milli təhlükəsizliyin və sabitliyin layiqincə təmin edilməsinə, eləcə də yurdumuzun hər diyarında şanlı bayrağımızın qürurla dalğalanmasına görə bizim hər birimiz tarixi Sərkərdəmizə-cənab İlham Əliyevə dərin minnətdarlıq hissini ifadə edirik. Bir sözlə, siyasi və tarixi nöqteyi-nəzərdən proseslərə obyektiv şəkildə baxaraq, müqayisəli təhlil apararaq, dünyada cərəyan edən neqativ hadisələr-müharibələr, qarşıdurmalar, terror və təxribat aktları fonunda müstəqil dövlətin müstəqil vətəndaşı kimi bütün səmimiyyətimlə bir şeyi arzulayıram: “Allah cənab İlham Əliyevi qorusun, O da bizi”.

Tural İsmayılov

YAP Yevlax rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri