Icma.az
close
up
RU
Tarixi dəyişən tapıntı: VI əsrə aid türk sikkəsi aşkarlanıb

Tarixi dəyişən tapıntı: VI əsrə aid türk sikkəsi aşkarlanıb

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu barədə Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin eksperti, professor Qeybulla Babayarov ilk dəfə Türkiyənin "TRT Haber" telekanalına məlumat verib. O vurğulayıb ki, bu tapıntı türk tarixini dəyişdirə bilər. Alimin sözlərinə görə, sikkə paytaxt Daşkəndin yaxınlığındakı qədim şəhər xarabalıqlarında aşkarlanıb.
"Tapılan tunc sikkələrin 20-dən çoxu Qərbi Göytürk dövlətinə aiddir. Sikkələrdən 3-də "yabğu", 5-də "yabğu xaqan", 9-da isə "xaqan" yazılıb. Maraqlıdır ki, sikkələrdən ikisində isə soğdca "türk xaqan" ifadəsi var. Bu sikkələrdə həmçinin Qərbi Göytürk dövlətinin yabğuluqlar dövrünə (VI əsrin son rübü - VII əsrin əvvəlləri) məxsus damğa da diqqəti çəkir", - Babayarov bildirib.
O vurğulayıb ki, tapılmış sikkələr Qərb Göytürk dövlətinin yabğu-xaqanlıq (VI əsrin əvvəlləri - VI əsrin 30-cu illəri) və xaqanlıq dövrlərinə (630-740-cı illər) məxsus sikkələrdən fərqlənir.
"Türk tarixindəki sikkələr üzərində ilk dəfə məhz bu tapıntılarda "türk xaqan" termini ilə həm dövləti quran millətin adını, həm də dövlətin adını görürük. Belə qənaətə gəlmişik ki, həmin sikkələr İstemi xaqanın nəvələrinin adına buraxılıb", - alim deyib.
Tapıntılarla əlaqədar əsas məqam isə budur ki, sikkələr "türk” sözünün keçdiyi ilk tarixi sənədlərdir.
"Türk xaqan" sözünə tarixdə ilk dəfə VIII əsrin birinci rübündə Orxon kitabələrində rast gəlirik. Həmin dövrdə Çin mənbələrində də bu ifadə qarşımıza çıxır. Tapılan sikkələr isə göstərir ki, "türk” sözünün tarixi daha 150 il əvvələdək gedib çıxır; Orxon kitabələri 730-cu illərdə ucaldılıb, ancaq bu sikkə 580-610-cu illərə aiddir. Beləliklə, "türk" adının tarixi 1400-1500 illik dövrü əhatələyir", - Qeybulla Babayarov deyib.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri