Icma.az
close
up
RU
Tarixi ədalət, yeni geosiyasi reallıqlar

Tarixi ədalət, yeni geosiyasi reallıqlar

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyaları altında Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin bütün sferalar üzrə inkişafını təmin etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi,qətiyyəti, mahir diplomatiyası və rəhbərlik etdiyi yenilməz Azərbaycan Ordusunun rəşadəti ilə 30 illik erməni təcavüzünə son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilmişdir. Möhtərəm Prezident ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində daim Ermənistana sülh təklifi ilə Azərbaycanın konstruktiv mövqeyini çatdırmışdır.

Əfsuslar olsun ki,Ermənistan siyasi rəhbərliyi bu humanist çağırışlardan bir dərs çıxarmadı, nəticədə 44 günlük Vətən müharibəsində məğlub olaraq kapituliyasiya aktına imza atdı. Bildiyimiz kimi Ermənistan siyasi rəhbərliyi bu günə qədər Üçtərəfli Bəyanatın şərtlərinə tam şəkildə riyaət etməyib. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda, yerli və xarici televiziya kanallarına olan müsahibələrində dəfələrlə vurğulayıb ki, Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına sığınaraq, revanşist meyillərdən əl çəkməzsə bu onların daha ağır məğlubiyyəti ilə sonlanacaq növbəti dərsi olacaq.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Prezident İlham Əliyev müsahibə çərçivəsində verilən suallara tarixi həqiqətlərə uyğun cavablar verib. Xüsusilə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin hazırda hansı mərhələdə olmasını, sülh müqaviləsinin imzalanmasının gecikmə səbəblərini və digər bir sıra tarixi faktları diqqətə çatdırıb. Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.
Bəli,cənab Prezidentin verdiyi tarixi mesajdan həm Ermənistan siyasi rəhbərliyi, həm də onların riyakar havadarları sözün həqiqi mənasında dərs çıxarmalıdır. Əks təqdirdə, Ermənistan 2020-ci və 2023-cü illər ərzində həyata keçirilmiş uğurlu anti-terror tədbirlərimizlə növbəti dəfə üz-üzə qalacaq. Azərbaycanın mövqeyi humanizm prinsiplərinə əsaslanır, konsturktiv və ədalətli xarakter daşıyır. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi ilə regionda ədalətli tarixi reallıq yaratmışdır. Ermənsitan siyasi rəhbərliyi ya bu həqiqətlərlə barışacaq, ya da havadarlarının məkirli planları çərçivəsində cəhənnəmə sürüklənəcək.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri