Icma.az
close
up
RU
Tarixi ədalətin bərpası və gələcəyə doğru inamlı addımlar ŞƏRH

Tarixi ədalətin bərpası və gələcəyə doğru inamlı addımlar ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

26 Avqust Azərbaycan xalqı üçün təkcə bir təqvim günü deyil, Laçın şəhərinin öz sahiblərinə – azad və müstəqil Azərbaycana qovuşduğu, tarixi ədalətin bərpa olunduğu əlamətdar gündür. Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizənin nəticəsi olaraq, Laçın yenidən dirçəlir, inkişaf edir və gələcəyə doğru böyük inamla irəliləyir. Laçın rayonu 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu işğalın arxasında yalnız hərbi məqsədlər deyil, bölgədə süni şəkildə etnik-siyasi vəziyyəti dəyişmək, Azərbaycan torpaqlarını parçalamaq və bölgədə qeyri-qanuni idarəetmə qurmaq kimi məkrli niyyətlər dayanırdı. Laçının strateji mövqeyi – Ermənistanla işğal altındakı Qarabağ arasında birbaşa əlaqə rolu oynaması – bu şəhəri separatçılar və onların havadarları üçün xüsusi əhəmiyyətli edirdi. Ancaq Azərbaycan xalqının iradəsi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi bu planlara son qoydu. 2020-ci il 10 noyabr bəyanatı əsasında Laçın rayonu, 2022-ci ilin 26 avqust tarixində Laçın şəhəri də daxil olmaqla tam nəzarətə götürüldü. Laçın azad olunduqdan dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Əhalinin təhlükəsiz və komfortlu şəkildə qayıdışını təmin etmək üçün müasir infrastruktur layihələri həyata keçirilir. Bunlar sırasında yeni yolların çəkilməsi, su, qaz, elektrik xətlərinin yenidən qurulması, sosial obyektlərin – məktəb, xəstəxana və mədəniyyət mərkəzlərinin tikintisi xüsusi yer tutur. Laçının strateji mövqeyinə uyğun olaraq burada inşa edilən Laçın Beynəlxalq Hava Limanı, Azərbaycanın bu bölgədəki iqtisadi-siyasi gücünü daha da artıracaq. Təməlqoyma mərasimi 2021-ci ildə keçirilmiş bu layihə təkcə nəqliyyat baxımından deyil, həm də turizm, ticarət və beynəlxalq əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hava limanı həm yerli əhalinin rahatlığını təmin edəcək, həm də Laçının dünyaya açılan qapısına çevriləcək. Azərbaycanın yenidən qurulan bölgələri, xüsusilə Laçın, artıq beynəlxalq tədbirlərin, forumların, konfransların keçirildiyi məkana çevrilməkdədir. Bu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki siyasi, iqtisadi və mədəni potensialın dünyaya nümayiş etdirilməsi baxımından vacibdir. Laçının belə tədbirlərə ev sahibliyi etməsi, regionun sabitlik və inkişaf mərkəzinə çevrildiyini göstərir. 26 Avqust – Laçın şəhəri günü Azərbaycanın güclü dövlət iradəsinin, xalqın birliyinin və tarixi ədalətin təntənəsinin simvoludur. İşğal və dağıntılardan sonra Laçın bu gün yenidən doğulur. Bərpa olunan şəhər təkcə yenidən qurulan tikililərlə deyil, həm də əzəli sahiblərinin qayıdışı ilə canlanır. Laçın artıq yalnız bir şəhər deyil – dirçəlişin, qələbənin və gələcəyə doğru inamlı addımların rəmzidir.
Vəfa İsmayılova
YAP Laçın rayon təşkilatının 48 saylı ƏPT-nin sədri
Laçın şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri