Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Tarixi ədalətin bərpası, milli dirçəliş ŞƏRH

Tarixi ədalətin bərpası, milli dirçəliş ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının çoxəsrlik şanlı tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr tarixi sadəcə bir təqvim günü deyil, milli qürurumuzun, sınmaz iradəmizin və əzəmətimizin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı tarixi Sərəncama əsasən, hər il noyabrın 8-i ölkəmizdə Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün 30 illik həsrətə son qoyan Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin, Ordumuzun rəşadətinin və xalqımızın dəmir yumruq kimi birliyinin əbədi rəmzidir. Şuşa şəhəri günü Azərbaycanın tarixinə yazılan ən şərəfli səhifələrdən biri olmaqla yanaşı, həm də bütün Türk dünyasının fəxarət mənbəyidir.
XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa strateji mövqeyi, əzəmətli qalaları və zəngin mədəni mühiti ilə qısa müddətdə bölgənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Sıldırım qaya üzərində ucalan bu möcüzəvi şəhər Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Mir Möhsün Nəvvab kimi saysız-hesabsız dahi şəxsiyyətlər bəxş edərək Azərbaycanın mədəniyyət paytaxtı statusunu qazanmışdır. Şuşa sadəcə binalardan və küçələrdən ibarət bir məkan deyil, hər daşında, hər qayasında milli ruhumuzu və kimliyimizi yaşadan müqəddəs bir ocaqdır.
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə Şuşa ağır günlərini yaşadı. 30 ilə yaxın bir müddətdə şəhərin tarixi abidələri, məscidləri, muzeyləri və mədəni irsi vəhşicəsinə dağıdıldı, saxtalaşdırılmağa cəhd edildi. Lakin Azərbaycan xalqı Şuşasız keçən hər bir günü nisgil və həsrətlə yaşasa da, onun azad olunacağına olan inamını bir an belə itirmədi. Dövlətimizin yürütdüyü uzaqgörən siyasət, iqtisadi güc və Ordu quruculuğu bizi pillə-pillə böyük Zəfərə yaxınlaşdırdı.
2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə dastan yazdı. Şuşanın azad edilməsi əməliyyatı isə dunya hərb dərsliklərinə düşəcək misilsiz bir qəhrəmanlıq nümunəsi oldu. Azərbaycanın məğrur xüsusi təyinatlıları, cəsur əsgər və zabitlərimiz ağır hərbi texnikanın keçə bilmədiyi sıldırımlı qayaları, sıx meşələri yüngül silahlarla keçərək, əlbəyaxa döyüşdə düşməni darmadağın etdilər. Noyabrın 8-də Şuşa qalasında üçrəngli bayrağımızın dalğalanması ilə müharibənin taleyi həll olundu və düşmən təslim olmağa məcbur edildi.
Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. İşğaldan azad olunduqdan dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Qısa müddət ərzində Şuşanın tarixi görkəmi özünə qaytarıldı, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Vaqif məqbərəsi, Bülbülün ev-muzeyi, Natəvanın sarayı daxil olmaqla onlarla tarixi abidə əsaslı şəkildə bərpa olundu. Tarixi ənənəyə uyğun olaraq Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalı və Vaqif Poeziya Günləri yenidən dirçəldildi.
Bu gün Şuşa təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının və beynəlxalq aləmin diqqət mərkəzindədir. 2023-cü ildə TÜRKSOY tərəfindən "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi şəhərin qlobal miqyasda nüfuzunu bir daha sübut etdi. Şuşada keçirilən beynəlxalq konfranslar, diplomatik görüşlər və mədəniyyət tədbirləri bu qədim şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Böyük Qayıdış proqramı çərçivəsində Şuşaya doğma sakinlərin qayıdışı artıq reallığa çevrilib. Şəhərdə müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, otellər və infrastruktur obyektləri istifadəyə verilir. İllər boyu yurd həsrəti ilə yaşayan şuşalılar indi öz baba ocaqlarında yeni, işıqlı həyat qururlar. Küçələrdə uşaq gülüşləri eşidilir, məktəblərdə zəng səsi ucalır və Şuşa öz əzəli ruhuna qovuşur.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri