Icma.az
close
up
RU
Tarixi ədalətin təntənəsi Qubadlı azaddır ŞƏRH

Tarixi ədalətin təntənəsi Qubadlı azaddır ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. - Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Qubadlının azadlığının tarixi mənasını özündə ehtiva edir. Bu fikir həm də Qubadlı ilə bağlı bütün hekayənin - işğaldan qayıdışa qədər keçən yolun xülasəsidir.

Söhbət Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonundan gedir. Şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan Zəngilanla həmsərhəd olan, qərbdən Ermənistanla sərhədi olan bu rayon təkcə coğrafi mövqeyinə görə deyil, həm də təbiətinə görə strateji əhəmiyyət daşıyır. Bərgüşad və Həkəri çaylarının can verdiyi münbit torpaqları, meşələri ilə seçilən Qubadlıda işğala qədər 30 mindən çox insan yaşayırdı. Məhz bu abad diyar 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu və bundan sonra rayonun başına gətirilən müsibətlər təkcə dağıntı ilə bitmədi.

Çünki işğal dövründə rəsmi İrəvan Qubadlını da öz qanunsuz siyasətinin poliqonuna çevirdi. Beynəlxalq hüquqa, Cenevrə Konvensiyalarına zidd olaraq Suriya və Livandan gətirilən erməni ailələrinin Qubadlıda, eləcə də digər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılması həyata keçirildi. Bununla İrəvan təkcə torpaqlarımızı işğalda saxlamaq deyil, həm də demoqrafik tərkibi dəyişdirmək, Azərbaycan izini silmək istəyirdi. Lakin bu saxta məskunlaşma siyasəti də tarixi həqiqəti dəyişə bilmədi və bütün bu cinayətlərin cavabı döyüş meydanında verildi. Bu cavab 2020-ci ilin payızında gəldi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vurdu və bu zərbələrin ən həlledicilərindən biri məhz Qubadlı istiqamətində oldu. Çətin relyefə, illərlə qurulmuş istehkamlara baxmayaraq, qəhrəman əsgərlərimiz oktyabrın 25-də Qubadlı şəhərini və ətraf kəndləri azad etdi. Bununla da Qubadlı rayonu tamamilə işğaldan azad edildi. Bu qələbə Laçın dəhlizinə nəzarəti ələ keçirməyə imkan verdi və ümumi Zəfərimizi yaxınlaşdıran tarixi hadisəyə çevrildi. İşğaldan azad olunma isə öz növbəsində Qubadlı üçün tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu.

Həmin yeni mərhələ bu gün Qubadlının yeni inkişaf tarixi kimi yaşanır. Azadlıqdan dərhal sonra dövlət tərəfindən Böyük Qayıdış Proqramı çərçivəsində rayonun Baş planı hazırlandı, Qubadlı yarımstansiyası tikilərək istifadəyə verildi, yollar, körpülər, su və elektrik xətləri bərpa olundu. Dağıdılmış kəndlərin yerində ağıllı kənd layihələri əsasında müasir yaşayış məntəqələri salınır və artıq keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdırlar. Təbii ki, bu qayıdışın davamlı olması və bölgənin Şərqi Zəngəzur iqtisadi rayonunun aparıcı mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm infrastruktur lazım idi. Məhz bu zərurətdən irəli gələrək 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu sərəncam Qubadlının yeni inkişaf tarixinin məntiqi davamıdır. Çünki yeni yol Qubadlını və Laçını ölkənin əsas nəqliyyat şəbəkəsinə birləşdirəcək, yük və sərnişin daşımalarını asanlaşdıracaq, bölgədə sahibkarlığın, turizmin və kənd təsərrüfatının inkişafına təkan verəcək. Bu gün Qubadlıda çəkilən hər yol əslində sabahın rifahına, insanları öz yurduna aparan ümid yoludur.

Bir vaxtlar işğalın və qanunsuz məskunlaşmanın qurbanı olan Qubadlı bu gün öz sahiblərinə qovuşub, yeni inkişaf tarixini yazır və bu tarix bir daha sübut edir ki, ədalət gec-tez öz yerini tapır.

Fərizə Salahlı

YAP Naxçıvan şəhər təşkilatı “Nizami 12” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri