Icma.az
close
up
RU
Tarixi ədalətin təntənəsi ŞƏRH

Tarixi ədalətin təntənəsi ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Kəlbəcər rayonu coğrafi mövqeyinə və mürəkkəb relyefinə görə strateji əhəmiyyətə malik ərazilərimizdən biridir. Rayonun hər tərəfdən dağlarla əhatə olunması onun təbii müdafiə imkanlarını artırır. 1993-cü il aprelin 2-də Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal edilməsi digər ərazilərimizin də itirilməsi baxımından ciddi təhlükə yaratdı. Həmin dövrdə paytaxt Bakıda vəzifə bölgüsü və hakimiyyət uğrunda mübarizə ilə məşğul olan AXC-Müsavat hakimiyyəti Qarabağı, ümumiyyətlə, Ermənistanla sərhəddə yerləşən rayonları diqqətdən kənarda qoymuşdu. Kəlbəcərin işğalı xalqımız üçün böyük faciə idi. Rayon sakinləri gözləri qarşısında baş verən bu dəhşətli hadisələrə qarşı əliyalın və köməksiz vəziyyətdə qalmışdılar.

Dövlət nəzarətinin və lazımi müdafiə tədbirlərinin olmaması düşmənə daha da cəsarət verirdi. Silahlı erməni birləşmələri Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdilər. Müqavimətlə qarşılaşmayan düşmən qüvvələri insanları müxtəlif yollarla aldatmaqla, o cümlədən Bakıdan göndərilmiş helikopter adı ilə onlara yalan vədlər verərək girov götürür və Ermənistan ərazisinə aparırdılar. Ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan Kəlbəcər AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və müdafiənin lazımi səviyyədə təşkil olunmaması nəticəsində cəmi bir neçə gün ərzində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Kəlbəcərin işğalı Ermənistanın Azərbaycanın digər rayonlarını da işğal etmək imkanlarını genişləndirdi.
Kəlbəcər 27 il, 7 ay, 23 gün düşmən tapdağı altında qaldı. Rayonun işğalından sonra BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul edərək bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb etdi. Lakin Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. Beynəlxalq ictimaiyyət isə qətnamələrin icrasının təmin edilməsi istiqamətində lazımi təsirli tədbirlər görmədi. Nəticədə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr uzun illər kağız üzərində qaldı.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başlandı. Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən düşünülmüş siyasəti və qətiyyətli mövqeyi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın üç rayonundan çıxarılmalı oldu. Həmin rayonlardan biri də Kəlbəcər idi.
Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcər istiqamətində strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti ələ keçirmiş, bununla da düşmənin istifadə etdiyi nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət imkanlarını genişləndirmişdi. Ümumilikdə, Kəlbəcər rayonunun hərbi əməliyyatlar keçirilmədən Azərbaycana qaytarılması dövlətimiz üçün həm hərbi, həm də diplomatik baxımdan mühüm uğur idi. Beləliklə, Azərbaycan Ordusu heç bir hərbi itki vermədən Kəlbəcərin azad edilməsinə nail oldu. Qarşıdan gələn qış mövsümünü, Kəlbəcərin mürəkkəb relyefini və təbii istehkamlarla zəngin ərazisini nəzərə alsaq, burada hərbi əməliyyatların keçirilməsinin nə qədər çətin olacağını aydın təsəvvür etmək mümkündür. Lakin Azərbaycan Ordusunun qüdrəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti ölkəmizin bu istiqamətdə də mühüm uğur qazanmasını təmin etdi.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev Kəlbəcər rayonuna hər səfəri zamanı burada görülən işlərlə yaxından tanış olur, çoxsaylı təməlqoyma mərasimlərində və istifadəyə verilən obyektlərin açılışlarında iştirak edir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də həyata keçirilən quruculuq işləri dövlət başçısının xüsusi diqqət və nəzarətindədir. Sakinlərin doğma yurd-yuvalarına qayıdaraq rahat və təhlükəsiz şəraitdə yaşamaları üçün rayonda müasir infrastruktur yaradılır, yollar çəkilir, yaşayış məntəqələri və sosial obyektlər bərpa olunur. Bütün bunlar Kəlbəcərin iqtisadi potensialının üzə çıxarılmasına, turizmin inkişafına və rayonun əvvəlki şöhrətinin bərpasına xidmət edir.
Bir sözlə, Kəlbəcər bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Vaxtilə düşmən tapdağı altında qalan bu qədim yurdumuz bu gün Azərbaycan dövlətinin gücü, xalqımızın iradəsi və quruculuq əzmi sayəsində yenidən dirçəlir. Kəlbəcərin hər bir kəndində, hər bir guşəsində həyat yenidən canlanır. Doğma torpaqlarına qayıdan sakinlərin sevinc dolu günləri isə tarixi Zəfərimizin ən böyük bəhrələrindən biridir.

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri