Icma.az
close
up
RU
Tarixi Qələbə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyub

Tarixi Qələbə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyub

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə qəhrəman milli ordumuz tərəfindən işğaldan azad edilən ərazimizdir. 44 gündə düşmənin 30 il ərzində torpaqlarımızda qurduğu keçilməz sədlər yerlə yeksan olundu. 30 il düşmən tapdağı altında inləyən, doğmasını gözləyən Qarabağımız anası Azərbaycana qovuşdu.

Doğmalarının addım səsi ilə üzü güldü torpaqlarımızın. Bir-birindən gözəl, tarixi və mədəniyyət abidələri, yeraltı-yerüstü sərvətləri ilə zəngin olan yurd yerlərimiz öz sahiblərinə qaytarıldı. 4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur. Artıq azad torpaqların hər birində müharibə bitən gündən bərpa işləri gedir. Artıq Böyük Qayıdış Proqramına əsasən dədə-baba yurdlarına həsrət qalanlar doğma Cəbrayıla qayıdır.
Bütün azad edilmiş torpaqlarımız kimi, Cəbrayıla da yeni həyatla 30 il əvvəlki çağlarından da gözəl mənzərələr bəxş olunur. Nəzərə alsaq ki, dövrümüz 30 il əvvəlkindən daha müasirdir, belə olan təqdirdə bu müasirliyin qədim torpaqlarımıza verəcəyi yenilikləri yaxın gələcəkdə görəcəyik. Qədimliyin fonunda müasirliyin tətbiqi isə hər biri turizm üçün böyük əhəmiyyətə malik torpaqlarımıza gələnləri heyran edəcək.
Bu il 2020-ci ildə əldə etdiyimiz şanlı Zəfərin artıq beşinci ilidir. Beləliklə, Cəbrayıla həyat qayıdır. Cəbrayıllıların ata-baba yurduna qayıtması üçün burada dövlətimiz tərəfindən əsaslı işlər həyata keçirilir. Çox keçməz, cəbrayıllıların hamısı yurduna qayıdar. Cəbrayılda bu gün yaradılan hər şey onların gələcək rifahına xidmət edir. Dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss edən cəbrayıllılar inanırlar ki, tezliklə doğma yurdları Azərbaycanımızın çiçəklənən diyarına çevriləcək.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see163

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri