Icma.az
close
up
RU
Tarixi qələbə, milyonlar gətirən tarixi qol!

Tarixi qələbə, milyonlar gətirən tarixi qol!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şarlott”dakı “Bank of Arena” stadionunda tarix yazıldı. O mənada ki, “Benfika” 10 məğlubiyyət və 3 heç-heçənin ardından, nəhayət, “Bavariya”nı məğlub etməyi bacardı.

Ədalət naminə deyək ki, münhenlilər Şelderupun 13-cü dəqiqədə vurduğu qolun əvəzini çıxmaq üçün əlindən gələni etdi. Xüsusən də 2-ci hissə onların aşkar üstünlüyü şəraitində keçdi. Ancaq “Bavariya” çoxlu qol vəziyyətini boşa verdi. Trubin də qapıda möcüzəvi seyvlər etdi. Epizodların birində Kimmix ukraynalı qapıçını məyus etməyi bacarsa da, Keyn ofsaydda idi. Nəticədə “Benfika” növbəti mərhələyə lider, “Bavariya” qrup ikincisi kimi adladı.
“Oklend Siti” – “Boka Xuniors” oyunu tarixə düşdü. Təbii ki, biz onun turnirin tarixinə fasilə yaranan 5-ci oyun kimi düşməsini nəzərdə tutmuruq. Bəli, 56-cı dəqiqədə, yəni Qreyin bərabərlik qolundan az sonra qasırğa təhlükəsi ilə komandalar paltardəyişmə otağına yollandı. 45 dəqiqə sonra canlanan oyunda daha qol vurulmadı. Amma Qreyin – bədən tərbiyəsi müəlliminin bərabərlik qoluna xüsusi toxunmağa dəyər.
Turnirin reqlamentinə görə, qrup mərhələsindəki hər heç-heçə komandaya 1 milyon dollar qazandırır. Bu komandanın oyunçularının hər həftə orta hesabla 84 avro qazandığını nəzərə alsaq, inanılmaz puldu. Ümumiyyətlə, “Oklend Siti” turnirdə iştiraka görə nəzərdə tutulan bonusla birgə 4,6 milyon qazanıb ki, bu da klubun 7 illik büdcəsinin təmin olunması deməkdi!
C qrupu, 3-cü tur
Benfika – Bavariya 1:0 (1:0)

Benfika (Lissabon, Portuqaliya): Trubin, Eursnes, A.Silva, Otamendi, Dal, Sançeş (Bayrami, 78), Barreyro, Di Mariya (Reqo, 87), Prestianni (Kökçü, 54), Şelderup (Aktürkoğlu, 54), Pavlidis (Qoveya, 87).
Bavariya (Münhen, Almaniya): Noyer, Bue (Laymer, 62), Upamekano (Ta, 58), Stanişiç, Gerreyro, Palyinya (Kimmix, 46), Pavloviç, Sane, Bişof (Keyn, 46), Qnabri (Olise, 46), Müller.
Qol: Şelderup, 13.
Vərəqələr: Sançeş, 19. Otamendi, 46. Qoveya, 89 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
24 iyun. Şarlott. 33287 tamaşaçı.
Oklend Siti - Boka Xuniors 1:1 (0:1)
Oklend Siti (Yeni Zelandiya): Gerrou, Laqos (Li, 83), Boksall, Mitçell, Qrey, Murati (Veyl, 54), Manikum (Zeb, 68), İliç, Qarriqa (Konnolli, 54), Yu (Ellis, 54), Bevan.
Boka Xuniors (Buenos Ayres, Argentina): Marçesin, Blanko, Pelleqrino, Di Lollo, Advinkula, Palasios, Battalya, Velasko (Brayda, 54), Merentiel, Kavani (Ximenes, 54), Sebalyos (Senon, 26).
Qollar: Gerrou, 26-öz qapısına (0:1). Qrey, 52 (1:1).
Vərəqə: yoxdu.
Hakim: Qlenn Nüberq (İsveç).
24 iyun. Neşvill. 16899 tamaşaçı.
1. Benfika 3 2 1 0 9-2 7
2. Bavariya 3 2 0 1 12-2 6
3. Boka Xuniors 3 0 2 1 4-5 2
4. Oklend Siti 3 0 1 2 1-17 1

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri