Tarixi rekord: qızılın rəqibi güclənir? Qiyməti ilk dəfə bu həddə çatdı
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Gümüşün dünya bazarlarında qiyməti tarixdə ilk dəfə 100 dollar həddini aşaraq 103,2 dollara yüksəlib.
Bu bahalaşma investorların qızıl əvəzinə gümüşə yönəlməsinin göstəricisi sayıla bilər? Prosesin dünya və Azərbaycan bazarına hansı təsirləri mümkündür?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, gümüşün qiymətindəki tarixi rekord əsasən investor maraqlarının dəyişməsini göstərə bilər:
“Adətən investorlar bazarda qeyri-müəyyənlik artanda və ya inflyasiya narahatlığı olduqda təhlükəsiz liman axtarırlar. Ənənəvi olaraq bu rol qızılın üzərinə düşür, amma son zamanlar gümüş həm sənaye tələbi, həm də investisiya marağı ilə diqqət çəkir. Bu müəyyən dərəcədə investorların qızıl əvəzinə gümüşə yönəlməsinin əlaməti ola bilər, lakin tam əvəz etməsi demək deyil”.
İqtisadçı bildirib ki, dünya bazarında bu tendensiya davam edərsə, gümüşün qiyməti daha da arta bilər:
“Bunun isə metal bazarına və enerji, elektronika kimi sənaye sahələrinə təsiri mümkündür. Çünki gümüş bir çox sənayedə istifadə olunur. Azərbaycanda isə qiymətlərin yüksəlməsi ilə idxal və istehsal xərclərinə, eləcə də yerli investorların sərmayə qərarlarına təsir edə bilər. Məsələn, əgər gümüşü əsas alan məhsulların qiyməti qalxsa, bu inflyasiya təzyiqini bir qədər artırar. Eyni zamanda investorlar daha çox qısa müddətli qazanc üçün gümüşə yönələ bilər ki, bu da yerli maliyyə bazarında likvidliyi dəyişdirə bilər. Əsas odur ki, bu proses həm qlobal, həm də lokal səviyyədə qiymət dalğalanmalarını artıracaq, sənaye və maliyyə sahələrində adaptasiya tələb edəcək”.
Ləman İmran
Globalinfo.az
Baxış sayı:70
Bu xəbər 26 Yanvar 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















