Tarixi səhnədə Novruz: Romada Azərbaycan mədəniyyətinin ecazkar təqdimatı
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 mart, AZƏRTAC
İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən xalqımızın ən qədim və zəngin bayramlarından biri olan Novruz bayramı münasibətilə “Odlar Yurdunun Ritmləri” adlı konsert proqramı təşkil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Mədəniyyət Nazirliyi və İtaliyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbir Romada tarixi-mədəni əhəmiyyəti ilə seçilən Torlonia Teatrında baş tutub.
Səfir Rəşad Aslanov Novruz bayramının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu ənənənin milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını bildirib. Novruzun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olduğu və BMT təqvimində martın 21-nin Beynəlxalq Novruz Günü kimi təsdiqləndiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə və Romada təhsil alan azərbaycanlı tələbə Rauf Cabbarov Azərbaycan və italyan dillərində təqdimatlar edərək, Novruz ənənələrindən, tədbirin əhəmiyyətindən danışıb, iştirakçı musiqiçilər və rəqqaslar barədə məlumat veriblər.
Tədbir bədii hissə ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 19 Mart 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















