Azərbaycan musiqi irsinin beynəlxalq səhnədə təqdimatı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
BA Cultural Center musiqi, incəsənət və mədəni mübadilə vasitəsilə beynəlxalq əməkdaşlığın inkişafını, müxtəlif mədəniyyətlər arasında dialoqun qurulmasını və yaradıcı təşəbbüslərin dəstəklənməsini hədəfləyən mədəniyyət mərkəzidir.
Mərkəzin rəhbəri Billurə Bernard bildirib ki, BA Cultural Center Anqolanın paytaxtı Luandada 22–25 oktyabr tarixlərində keçirilən Beynəlxalq AngoJazz Festivalının 5-ci buraxılışının tərəfdaşı olmaqdan qürur duyur.
Bu tərəfdaşlıq çərçivəsində Mərkəz istedadlı tarzen Rövşən Qurbanovun və istedadlı muğam ifaçısı Rəvanə Qurbanovanın festivalda iştirakını dəstəkləyir. Azərbaycan musiqiçilərinin iştirakı ölkəmizin zəngin musiqi irsini beynəlxalq auditoriyaya təqdim etmək, Azərbaycan ilə Anqola arasında mədəni əlaqələri gücləndirmək və müxtəlif musiqi ənənələri arasında yaradıcı əməkdaşlığı təşviq etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bu təşəbbüs BA Cultural Center-in mədəni diplomatiyaya, beynəlxalq incəsənət əməkdaşlığına və Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasına verdiyi önəmi əks etdirir.
Festival çərçivəsində musiqiçilər Luandanın müxtəlif səhnələrində konsert proqramları ilə çıxış edəcək, həmçinin ustad dərslərində (master-klasslarda) iştirak edəcəklər
Musiqi vasitəsilə Azərbaycan və Anqola arasında mədəni körpülər yaranır. Azərbaycan musiqiçilərinin AngoJazz Festivalında iştirakı musiqinin coğrafi və dil sərhədlərini aşaraq xalqları birləşdirmək gücünü nümayiş etdirir.
Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsi olan tar və dərin emosional ifadə imkanları, improvizasiya ənənəsi ilə seçilən muğam sənəti festivalın beynəlxalq musiqi proqramına özünəməxsus rəng qatır.
Rövşən Qurbanov və Rəvanə Qurbanovanın iştirakı Angolalı dinləyicilərə Azərbaycan musiqisinin zənginliyini daha yaxından tanımaq, eyni zamanda müxtəlif ölkələrdən olan ifaçılarla yeni yaradıcılıq əlaqələri qurmaq imkanı yaradır.
Azərbaycanın ənənəvi musiqisinin caz və digər musiqi üslubları ilə eyni səhnədə təqdim olunması mədəni müxtəlifliyin, qarşılıqlı hörmətin və yaradıcı mübadilənin əhəmiyyətini vurğulayır.
BA Cultural Center beynəlxalq mədəni əməkdaşlığın inkişafına və müxtəlif ölkələrdən olan sənətçilərin bir araya gəlməsinə töhfə verməyi öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.
Mərkəzin prezidenti Billura Bernard Anqolada yaşadığı dövrdən bu ölkə ilə şəxsi və mədəni bağlılığa malikdir. O, 2023-cü ildə müxtəlif insanları və mədəniyyətləri bir araya gətirməyi hədəfləyən “Sons Unidos” layihəsini təşkil edib.
AngoJazz Festivalında Azərbaycan nümayəndə heyəti ilə tərəfdaşlıq bu fəaliyyətin davamı olmaqla, Azərbaycan musiqiçilərinin beynəlxalq səviyyədə tanıdılmasına, ölkəmizin zəngin musiqi irsinin yeni auditoriyalara çatdırılmasına və Azərbaycan ilə Anqola arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Billura xanım beynəlxalq musiqiçiləri bir araya gətirən səhnədən söz açıb. Deyib ki, AngoJazz Festivalının builki proqramı müxtəlif ölkələri və musiqi ənənələrini təmsil edən ifaçıları bir araya gətirir.
Festivalın proqramında fransalı musiqiçilər Elise Vassallucci və Nghia Duong, almaniyalı musiqiçilər Julien Hucq və Jean-Louis, amerikalı zərb alətləri ifaçısı Jaylen Petinaud, portuqaliyalı musiqiçilər Ricardo Coelho və Gil Silva, İtaliyanın tanınmış P.A.F. musiqi qrupu, eləcə də Konqo və Anqola musiqi səhnəsi ilə əlaqəli beynəlxalq səviyyədə tanınan Lokua Kanza kimi sənətçilər yer alır.
Azərbaycan musiqiçiləri də bu beynəlxalq sənət birliyinin tərkibində çıxış edərək öz ənənələrini dünya musiqisinin müxtəlif istiqamətləri ilə bir araya gətirirlər.
Festivalın təşkilinə və beynəlxalq mədəni əməkdaşlığın inkişafına Luandadakı diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar dəstək göstərirlər.
Mədəniyyət — beynəlxalq anlaşma və dostluq vasitəsidir. AngoJazz Beynəlxalq Festivalının 5-ci buraxılışı Anqolanın Luanda şəhərində, Sülh Mədəniyyəti platforması olan Bienal de Luanda (Luanda Biennalesi) ilə uzlaşaraq keçirilir
BA Cultural Center üçün bu festivalda Azərbaycan nümayəndə heyətinə dəstək göstərmək yalnız musiqi tədbirində iştirak deyil, həm də ölkəmizin mədəni irsinin təbliği, yeni beynəlxalq əlaqələrin qurulması və xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.
Rövşən Qurbanov və Rəvanə Qurbanovanın iştirakı vasitəsilə Mərkəz ənənəvi Azərbaycan musiqisinin beynəlxalq səhnədə tanıdılmasına, müxtəlif mədəniyyətlər arasında yaradıcı dialoqun inkişafına və musiqinin universal ünsiyyət dili kimi rolunun gücləndirilməsinə töhfə verir.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















