Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Tarixi turizm marşrutu genişlənir

Tarixi turizm marşrutu genişlənir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Son dövrlərdə turizm sənayesinin inkişaf etdirildiyi ölkələrdə diqqət yetirilən sahələrdən biri də tarixi məkan və abidələrin turist marşrutlarına daxil edilməsidir. Qədim Naxçıvanda da turizmi inkişaf etdirməkdə tarixi irsin və nadir məkanların potensialı yüksək, marşrutu genişdir.

Naxçıvanın qədim yaşayış məskəni kimi minilliklərə gedib çıxan tarixinin turistlər üçün maraqlı obyekt və abidələrinə hər qarışında rast gəlmək olar. Aparılan arxeoloji təhlillər də bu qədim Azərbaycan diyarının zəngin tarixə və mədəniyyətə malik olmasını sübut edir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu son illərdə qədim diyarda tarixi turizmin önəmli sahəsi sayılan önəmli arxeoloji tədqiqatlar aparmışlar.

Turizm mütəxəssislərinə görə, insanlarda arxeoloji abidələrə maraq tədqiq olunduğu yerlərdə daha cəlbedici və maraqlı görünür. Arxeoloji turizm isə mədəni turizmin daxilində yer alan və insanların qədim dövrə, keçmişə marağından doğan istək əsasında formalaşan turizm növüdür. Əsas məqsəd arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələrinin aşkar edildiyi ərazidə nümayiş etdirilməsidir.

İnstitutdan bildirdilər ki, ötən əsrin 30-cu illərində Oğlanqala, Şahtaxtı, Şortəpə abidələrində, 1951–1964-cü illərdə isə I Kültəpə, Sədərək kəndindəki şəhər yerində, 1960–1969-cu illərdə II Kültəpə və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə digər sahələr kimi, Azərbaycanda, eləcə də muxtar respublikada tarixi və memarlıq abidələrinin, xüsusilə arxeoloji araşdırmaların tədqiqinə daha diqqətlə yanaşılmışdır. 1981-ci ilin sentyabr ayında Ulu öndərin təşəbbüsü ilə “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərar qəbul edilmişdir.

Bu sənədin arxeologiya və etnoqrafiya elmlərinin inkişafında mühüm əhəmiyyəti olmuş, muxtar respublikamızın Qazma, Xaraba Gilan, Sumbatan, Haqqıxlıq, Şahtaxtı, Ovçular təpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta və digər abidələrində arxeoloji tədqiqatlar aparılmışdır. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə bu sahənin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. 2001–2002-ci illərdə Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan–Gəmiqaya ekspedisiyası təşkil edilmiş, yeni qayaüstü təsvirlər və arxeoloji abidələr aşkar edilərək tədqiq olunmuşdur.

Son illərdə Şahtaxtı, Xaraba Gilan, Оvçular təpəsi, Оğlanqala, I Maxta Kültəpəsi, Ərəbyеngicə, Xələc, I Kültəpə, Meydantəpə, Qazma mağarası, Rəsul dərəsi və digər abidələrdə aparılan arxeoloji tədqiqatlar zamanı maddi və mənəvi mədəniyyətimizlə bağlı maraqlı arxeoloji materiallar, mühüm elmi nəticələr əldə olunmuşdur.

Оvçular təpəsi, Оğlanqala, Duzdağ abidələrindəki arxeoloji qazıntılarda yerli mütəxəssislərlə yanaşı, ABŞ, Almaniya, Macarıstan, İsveç, İtaliya, Suriya, Türkiyə və Fransa arxеоlоqları da iştirak etmişlər. Son illərdə isə Azərbaycan–Amerika Birləşmiş Ştatları və Azərbaycan–Fransa arxeoloji ekspedisiyalarının muxtar respublika ərazisində yerləşən Qız qalası yaşayış yeri, Qız qalası nekropolu, Ovçular təpəsi, Duzdağ, I Kültəpədə apardığı tədqiqatlar xüsusi əhəmiyyəti ilə seçilir.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyasında böyük maraq doğurmuş Qız qalası yaşayış yerinin və tarixi turizm baxımından önəmini belə açıqladı:

– Bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı Boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar aşkar olunub. Tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir.

Son illərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir. Bununla yanaşı, aparılan araşdırmalarda Naxçıvanın erkən əkinçilik, Kür–Araz, boyalı qablar, şəhərsalma mədəniyyətlərinin əsas mərkəzlərindən biri olması öz təsdiqini tapır. Bütün bunlar isə muxtar respublikada arxeoloji turizmin inkişaf etdirilməsi üçün çox böyük potensialın olduğundan xəbər verir. Belə olan halda, niyə turizmin bu sahəsinin inkişafında maraqlı olmayaq.

Nəzərə alaq ki, arxeoloji turizmin inkişafı digər turizm növlərindən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Birinci onu nəzərə alaq ki, arxeoloji turizmə maraqlı olan turistlər, əsasən, intellektual, ziyalı turistlər olur. Belə turistlərin əksəriyyəti gördükləri, tanış olduqları ərazilərlə bağlı öz ölkələrində müəyyən məlumatlar və yaxud materiallar hazırlayıb yaymaqda maraqlı olurlar. Hətta bəzi ölkələrdə arxeologiyaya marağı olan müxtəlif peşə sahibləri öz məzuniyyətlərini arxeoloji qazıntı sahələrində keçirməyə üstünlük verirlər.

Bütün bunlar onu göstərir ki, əcnəbi turistlərin Naxçıvanda arxeoloji ərazilərlə, tarixi abidələrlə tanış olması həm də bu qədim diyarımızın təbliği baxımından əvəzolunmaz vasitədir. Necə deyərlər, insanlar tarixi faktları kitabdan oxumaqdansa, onu “yerində görməkdən” daha çox razı qalarlar.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri