Icma.az
close
up
RU
Tarixi Vətənə qovuşduran 8 addım Zəfər muzeyindən REPORTAJ

Tarixi Vətənə qovuşduran 8 addım Zəfər muzeyindən REPORTAJ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 22 noyabr, Göyçək Mahmudlu, Orxan Kərimov, AZƏRTAC

Səkkiz rəqəmi Azərbaycan xalqı üçün xüsusi məna ifadə edir. Otuz ilə yaxın davam edən işğalın başa çatdığı, miflərin darmadağın edildiyi və qəhrəmanlığın simvolu olan 8 rəqəmi... 8 Noyabr metrostansiyası, 8 Noyabr prospekti, Zəfər parkındakı 8 Noyabr memorial abidəsi və nəhayət, 8 zaldan ibarət Zəfər muzeyi... Muzeyin açılışı da elə noyabrın 8-nə təsadüf etdi.

AZƏRTAC-ın müxbirləri Zəfər muzeyini ziyarət ediblər. Muzeyə yaxınlaşarkən “Qarabağ Azərbaycandır!” yazılmış lövhənin qarşısında qalib ölkə Prezidenti İlham Əliyevin fotosu əks olunub. Divarlarda Vətən fədailərinin adları həkk olunub. Onların adlarını oxuduqca qürur və kədər hissləri bir-birinə qarışır. Girişdə Vətən müharibəsində Zəfərin qazanılmasının başlıca amil olan, xalq-ordu-dövlət birliyinin təcəssümü olan “Dəmir yumruq” instalyasiyası və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışından fikirlər əks olunub.

Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlanan ilk zalı ziyarətçinin həmin torpaqların çal-çağırlı vaxtlarına aparır. Zalın divarlarındakı barelyeflər bölgənin qədim tarixi abidələrini əks etdirir, videomateriallar isə Qarabağın memarlıq irsindən və çoxəsrlik tarixindən bəhs edir. Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə divardakı kitab instalyasiyasında xüsusi yer ayrılıb. Mərkəzdəki interaktiv kitablar Qarabağın təbiətini, ədəbi irsini, musiqisini və xalq sənətlərini kəşf etməyə imkan yaradır. Zalın sonundakı ekranlar Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərin həyatını daha yaxından tanımağa şərait yaradır. Bu məkan Qarabağın keçmişi, bu günü və gələcəyə daşıdığı ruhu birləşdirən yaddaş simvoluna çevrilir.

“Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” adlanan növbəti zal Qarabağ münaqişəsinin ağrılı, lakin unudulmaz səhifələrini əks etdirir. Zaldakı eksponatları izlədikcə əzəli və əbədi torpaqlarımızın başının üstünü alan qara buludlar, anidən çökən qaranlıq, üzlərdə donan təbəssüm göz önünə gəlir. Lakin o günlər qayıdacağına ümid verən bir işıq da sezilir…

Zalın mərkəzində Qarabağda işğal dövründə dağıdılmış binaların taleyinə həsr olunan kompozisiya yerləşir. Ağdamdan gətirilmiş daşlardan yaradılan bu əsər həyatın yenidən dirçəlişini simvolizə edir. Böyük ekranda qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımı və mina qurbanları, eləcə də işğal dövründə dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Zalda münaqişənin tarixi kökləri, xronologiyası, eyni zamanda, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Burada Ermənistan tərəfindən törədilmiş terror aktları və müharibənin ağır nəticələrinə dair faktlar da əksini tapıb.

Muzeyin üçüncü “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” zalı Vətən müharibəsinə həsr olunub. Zalın mərkəzində LED monolitlər süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçi üçün döyüş atmosferi yaradır. Həmin hissədə quraşdırılmış 5 vertikal monitorda döyüş əməliyyatları, hərbi uğurlar və mülki əhaliyə qarşı hücumlarla bağlı materiallar təqdim olunur. İnteraktiv monitorlar vasitəsilə ziyarətçilər 44 gün ərzində baş vermiş bütün önəmli hadisələri, eləcə də ölkə başçısının xalqa və mətbuata müraciətlərini izləyə bilərlər. Holoqrafik ekranlar müasir hərbi texnikanı və əsgərlərin avadanlıqlarını 3D formatda nümayiş etdirir, mərkəzdəki interaktiv xəritələr isə azad olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların mərhələlərini ardıcıllıqla canlandırır.

Zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri nümayiş olunur. Burada Prezident İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsi və Zəfər Günü ilə bağlı qəbul edilmiş bir sıra Fərman və sərəncamlar sərgilənir.

“Şanlı Zəfər. Şuşanın azad olunması” zalı mistik gücə malikdir. Vətən müharibəsinin unikal məqamları, qəhrəmanların şəhid və yaralı döyüş yoldaşlarını çiynində alaraq yalın əllə sıldırım qayalara dırmaşdıqları Şuşa əməliyyatı göz önünə gəlir.

Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitor şəhərin müharibə dövründə və bərpadan sonra olan görüntülərini təqdim edir. Böyük ekranda Şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

“Qəhrəmanlar yolu” adlı zalda böyük monitorda Qarabağın gün batımı fonunda döyüşçülərin qürurla irəlilədikləri anlar təsvir olunur. Burada Vətən müharibəsi qəhrəmanlarına təqdim olunan orden və medallar nümayiş edilir. Həmin zal ziyarətçiləri xalqın birliyi və qələbə sevincinin simvolizə edildiyi növbəti zala aparan dəhliz rolunu oynayır.

Muzeyin altıncı “Qarabağ Azərbaycandır!” zalına daxil olarkən beş il əvvəl baş verənlər - üçrəngli bayraqları başı zərinə qaldıraraq küçələrə axışan sakinlərin Qələbə sevinci, onların bir-birini qucaqlayaraq təbrik etməsi, ərşə ucalan dualar, alqışlar, şəhidlər üçün axıdılan göz yaşları – bir film fraqmenti kimi yada düşür.

Zalın mərkəzində Murano şüşəsindən hazırlanmış Şanlı Zəfərin və Qarabağın dirçəlişinin simvoluna çevrilmiş Xarıbülbül çiçəyinin instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfər sevincinin səhnələri nümayiş olunur.

“Dövlət suverenliyinin bərpası. 20.09.2023” zalı isə izləyiciləri Vətən müharibəsinin məntiqi davamı olan antiterror əməliyyatlarına aparır. Azərbaycan Ordusunun bölmələri qarşısında 24 saat tab gətirməyərək ağ bayraq qaldıran Ermənistan ordusunun tör-töküntülərinin biabırçı məğlubiyyəti, Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və müasir tarixindəki əsas qələbələr təqdim edilir. Monitorlar vasitəsilə Vətən müharibəsindən əvvəl və Zəfər günündən sonra şəhid olanların əziz ruhuna ehtiram ifadə olunur.

Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” zalı isə işğal edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiya şəhid övladlarının səsi ilə Qarabağın gələcəyi üçün ümid dolu mesajlar verir. Üç işıqlı keçid bərpa, ekoturizm və inkişafla əlaqədar görüləcək işlərdən soraq verir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur, interaktiv ekranlarda bərpa layihələri nümayiş edilir.

Ekspozisiya zalının çıxışında qonaqlar üçün xatirə kitabı yerləşdirilib. Həmçinin “Danışan fotolar” adlı bölmədə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin fotoşəkilləri var.

Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Burada, həmçinin Azərbaycan tarix və mədəniyyətini özündə əks etdirən suvenirlərin satıldığı kiçik satış məntəqəsi də mövcuddur.

Xatırladaq ki, Zəfər muzeyi Prezident İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri