Uzaqda olsalar da, Vətənə bağlıdırlar Pavlodardan reportaj FOTO
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pavlodar, 8 sentyabr, AZƏRTAC
Dəmiryol vağzalında oturub Pavlodara – Qazaxıstanın şimal şəhərlərindən birinə səfərim haqqında məqaləni tamamlayıram. Təsadüfən saatıma baxdım: qatarın yola düşməsinə cəmi altı dəqiqə qalır. Noutbuku bağlayıb çantama qoymalı, sonra isə qaçmalıyam. Bütün gücümlə qaçıram. Qatarın yanında eşidirəm: “Sizin vaqon beşincidir”. Həyəcanla deyirəm: “Çatmayacağam!”. “Çatacaqsınız”, – deyə bələdçi bərkdən və arxayınlıqla cavab verir. Çətinliklə qaçıb vaqona minirəm və az keçmir ki, qatar hərəkətə başlayır...
Məqaləyə sondan başladım. Bəs necə oldu ki, bu İrtış sahilindəki şəhərə gəldim? Nə üçün diqqətimi cəlb etdi? İndi də ondan bəhs edim.
Azərbaycanda az adam bilir ki, Qazaxıstanın şimalında azərbaycanlılar yaşayır. Həm də Pavlodar şəhərindəki iri bir müəssisə olan tramvay idarəsi azərbaycanlı Cəfər Mahmudovun adını daşıyır.
Axı, belə adlar təsadüfi olmur, insana sağlığında qazandığı xidmətlərə görə verilir. Onun fəaliyyəti dövründə tramvay yollarının marşrut şəbəkəsi 18,1 kilometr uzanmışdı.

Cəfər Mahmudovun vəfatından illər keçsə də, Qazaxıstanda onu görkəmli şəxsiyyət kimi xatırlayırlar. Elə bölgədə olduğu kimi...
Qazaxıstana gələn ilk gündən ağlımdan bu fikir çıxmırdı: azərbaycanlıların yaşadığı yerləri ziyarət etmək və onlar haqqında təəssüratlarımı qələmə almaq. Elə Pavlodar da uyğun məkanlardan biridir. Lakin Pavlodarda demək olar ki, heç kimi tanımırdım.
Səfərdən əvvəl “Vətən” cəmiyyətinin sədri Müslim Mahmudova zəng etdim, Pavlodara gəlmək və buradakı azərbaycanlılar haqqında material hazırlamaq niyyətimi dedim.
Görüşə qədər tərəddüd edirdim ki, görəsən, tanımadığım şəhərdən reportaj hazırlaya biləcəyəm? Amma Müslimlə görüşümüzdə onun atası Cəfər Mahmudovdan və azərbaycanlı icmasının həyatından həvəslə və istəklə danışması şübhələrimi dağıtdı.

Cəfər Mahmudovun vəfatından illər keçsə də, Qazaxıstanda onu görkəmli şəxsiyyət kimi xatırlayırlar. Elə bölgədə olduğu kimi...
Qazaxıstana gələn ilk gündən ağlımdan bu fikir çıxmırdı: azərbaycanlıların yaşadığı yerləri ziyarət etmək və onlar haqqında təəssüratlarımı qələmə almaq. Elə Pavlodar da uyğun məkanlardan biridir. Lakin Pavlodarda demək olar ki, heç kimi tanımırdım.
Səfərdən əvvəl “Vətən” cəmiyyətinin sədri Müslim Mahmudova zəng etdim, Pavlodara gəlmək və buradakı azərbaycanlılar haqqında material hazırlamaq niyyətimi dedim.
Görüşə qədər tərəddüd edirdim ki, görəsən, tanımadığım şəhərdən reportaj hazırlaya biləcəyəm? Amma Müslimlə görüşümüzdə onun atası Cəfər Mahmudovdan və azərbaycanlı icmasının həyatından həvəslə və istəklə danışması şübhələrimi dağıtdı.

İcmanın nümayəndəsi Rövşən bu şəhərə səfərimin ilk günü mənə bələdçilik etdi. Təsadüfən öyrəndim ki, o, uşaqlığını mənim kimi Hacıkənddə keçirib. Onunla söhbət edərkən tez-tez özümə deyirdim: “Dünya necə də kiçikdir!”.
Artıq yaşlaşmış Rövşənin üç ali təhsili var. Ciddi xəstəlikdən əziyyət çəksə də, bütün günü mənimlə birgə oldu, şəhəri göstərirdi. Bir anlıq xəcalət çəkdim: güclü ayaq ağrısına rəğmən, yenə də mənim bələdçim olaraq qalırdı.

İkinci gün məni müşayiət edən isə Azərbaycan icmasının ən fəal nümayəndələrindən biri Şaiq idi. O, bütün işlərini kənara qoyub mənə bir gününü həsr etdi. Onunla söhbətdən məlum oldu ki, Vətəndən uzaqda yaşasalar da, ölkəmizdə gedən proseslərdən, inkişafdan xəbərdardırlar. Şaiqin sözlərindən anladım ki, Pavlodardakı azərbaycanlı icması həm də ən həmrəy icmalardan biridir.
Burada rastlaşdığım digər maraqlı şəxsiyyət isə Ceyhun idi. O, rus, özbək və qazax dillərində sərbəst danışır, bu da onu əsl universal həmsöhbət edir. Axı, bir neçə dil bilən insanlara tez-tez rast gəlmək olmur...
Azərbaycanlıların Pavlodarda idman sahəsində də fərqlənmələri məni ürəkdən sevindirdi. 34 yaşlı Sadiq karate-kyokuşinkay üzrə nailiyyətlərə imza atıb və gənc idmançıların yetişməsində əlindən gələni edir.

Bu görüşlərin yekununda deyə bilərəm ki, Pavlodarda azərbaycanlılar müxtəlif sahə və peşələrdə təmsil olunublar – idmandan İT-yə, xidmət sahəsindən dövlət idarəçiliyinə qədər.
Daha sonra Dostluq Evində görüş təşkil olundu. Burada 24 etno-mədəni təşkilatı birləşdirən Qazaxıstan Xalq Vilayət Assambleyası fəaliyyət göstərir. Dostluq Evində Azərbaycan dilini öyrənən uşaqlar toplaşmalı idi.

İlk gələn Pavlodarda uzun illər yaşayan keçmiş pedaqoq Elmira Zeynalova oldu.

Onunla söhbətimizin ilk dəqiqəsindən başa düşdüm ki, o, Vətəndən uzaqda yaşayan azərbaycanlıların öz dilini öyrənməsi üçün ömrünü bu işə həsr edib.
Bir qədər sonra uşaqlar da gəldi. Onları buraya valideynləri gətiriblər, hansı ki bir vaxtlar özləri də burada Azərbaycan dilini öyrəniblər.

Çox millətli şəhər olan Pavlodardakı azərbaycanlıları şərti olaraq iki qrupa bölmək olar: bəzilərinin Azərbaycanda qohumları var və onlar tez-tez Vətənə gedib-gəlirlər, digərləri isə artıq bir neçə nəsildir Qazaxıstanda yaşayır və tarixi Vətənlə qohumluq bağlarını itiriblər. Sonuncular üçün Azərbaycan dilini öyrənmək xüsusilə vacibdir, çünki Azərbaycanda onları qarşılayacaq yaxın qohumları yoxdur. Bu səbəbdən dilin öyrənilməsi onların övladları üçün ayrıca əhəmiyyət kəsb edir.


Şəhər, xüsusilə də sahilboyu mənə çox xoş təsir bağışladı. Böyük və gözəl İrtış çayı şəhərin yaxınlığından keçir, Pavlodara bir başqa görkəm verir. Burada insanlar çox ünsiyyətcil, qonaqpərvərdir, axşamlar isə hamı sahilə üz tutur.


Burada keçirdiyim vaxt çox tez ötüb keçdi. İndi isə vağzalda oturub məqaləni yazıram və düşünürəm ki, bu yerlərdə uzun müddət yaddaşımdan silinməyəcək təəssüratlarımı oxuculara necə çatdırım. Elə bu an yadıma düşür ki, cəmi 6 dəqiqə qalıb, qatara çatmalıyam…
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Pavlodar

