Icma.az
close
up
RU
Tarixi yaddaş, müasir quruculuq, gələcək hədəflər

Tarixi yaddaş, müasir quruculuq, gələcək hədəflər

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəngilan Azərbaycanın həm tarixi acılar, həm də möhtəşəm dirçəliş və Böyük Qayıdış təntənəsi yaşadan müqəddəs və strateji bölgələrindən biridir.XIX əsrin əvvəllərində Rusiya tərəfindən işğal edilərək Zəngəzur qəzası tərkibinə daxil edilən bölgə, 1920-ci ildə bolşeviklərin təzyiqi ilə ağrılı tarixi proseslərlə üzləşdi. 1993-cü il oktyabrın 29-da 67 günlük ağır mühasirədən sonra işğal olunan Zəngilan, 27 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 20 oktyabr 2020-ci ildə qüdrətli ordumuz tərəfindən azad edildi.

Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 20 Oktyabr – Zəngilan şəhəri günü hər il ölkə ictimaiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur.
Bu gün artıq azad nəfəs alan Zəngilan sürətlə yenidən qurulur. Dünya miqyasında unikal "Ağıllı kənd" kimi tanınan Ağalı kəndi, eləcə də Zəngilan şəhəri və Məmmədbəyli kəndi sakinlərini qoynuna alıb. Şəhərin 2040-cı ilədək inkişaf Baş planı icra edilir, müasir yaşayış kompleksləri istifadəyə verilir.
Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və 126.3 kilometrlik Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu bölgəni beynəlxalq nəqliyyat xəritəsinin mərkəzinə çevirir.
Həkəri çayı üzərində qurulan Arximed tipli su elektrik stansiyaları, yaşıllaşdırma layihələri və Azərbaycan-Türkiyə ortaq layihəsi olan "Dost Aqropark" rayonun iqtisadi gücünü bərpa edir.
Beləliklə, Zəngilanın dirçəlişi sadəcə bir bölgənin quruculuq salnaməsi deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən regional güc nümayişidir. 132 kilometrlik Azərbaycan-İran sərhədinin bərpası və addım-addım gerçəkləşən Zəngəzur dəhlizi tarixi ədalətin masada və meydanda təsdiq olunmasının ən parlaq sübutudur. Dünən didərgin düşən zəngilanlıların bu gün öz doğma torpaqlarında qurduğu firavan həyat, zamanında xalqımıza qarşı edilən tarixi haqsızlıqlara və işğalçılıq siyasətinə verilən ən qətiyyətli və sarsılmaz cavabdır.

Əli Hüseynli
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri