Icma.az
close
up
RU
Tarixi ənənələr, müasir yanaşmalar və gələcək perspektivlər

Tarixi ənənələr, müasir yanaşmalar və gələcək perspektivlər

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Noyabrın 21-də Azərbaycanın və Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatı - Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34 ili tamam olur. YAP ötən illər ərzində Azərbaycanın siyasi-ictimai həyatında saysız-hesabsız uğurlara imza atıb. Dövlətçiliyin möhkəmlənməsi. demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində partiyanın rolu əvəzedilməzdir”. Bu fikirləri YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümünü qeyd edərkən hər birimiz, ilk növbədə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramımızı ifadə edirik. İllər keçdikcə, Azərbaycan daha da inkişaf etdikcə bu firavanlığı və əmin-amanlığı bizə bəxş etmiş Heydər Əliyevə daha böyük minnətdarlığımızı bildiririk. Birmənalı olaraq hər kəsə aydındır ki, müstəqil Azərbaycan Respublikasının mövcudluğunun qorunub saxlanılması, siyasi və iqtisadi sabitliyinin möhkəmlənməsi və dayanıqlı inkişafı, qabaqcıl dövlətlər sırasında yer alması müasir dövlətimizin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Partiyanın yaranma tarixi ilə Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqillik tarixi arasında qısa bir dövr olsa da, müasir dövlətçiliyin möhkəm sütunları məhz YAP-ın iqtidarda olduğu mərhələdən başlayır. Ötən əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycanın səriştəsiz və təsadüfi adamların rəhbərliyi sayəsində dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir çətin şəraitdə respublikanı bu fəlakətdən məhz Heydər Əliyevin xilas edə biləcəyi inamı qətiləşmişdi. Məhz bu reallıqlar şəraitində xalqımızın ziyalılarının bir qrupu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində işləyən Ulu Öndərə təkidli müraciətlə ölkənin siyasi müqəddəratının Onun əlində olduğunu bildirdilər və Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verməsi xahiş etdilər. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədiyindən partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində baş tutdu və YAP-ın yaradılması haqqında qərar qəbul edildi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi və təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq”.
Millət vəkilinin sözlərinə görə, YAP-ın yaranması Ulu Öndərin ideyaları, möhtəşəm nüfuzu, zəngin dövlətçilik təcrübəsinə əsaslandığından xalq arasında “Heydər Əliyev Partiyası” adlandırılması da təsadüfi deyildi. Bu səbəbdən partiya qısa müddətdə yüz minlərlə insanı nicat mənbəyi, xalqın sevgisi və dəstəyini qazanaraq siyasi istinadgah ünvanına, ümumxalq partiyasına çevrildi. Yeni Azərbaycan Partiyası yaranmasında cəmi altı ay sonra müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Bununla da respublikamızda güclü siyasi sabitlik və əmin-amanlıq arxitekturası əsasında milli inkişafımızın əsaslı sütunları yaradıldı. Azərbaycan sabit və dayanıqlı inkişaf yolunda irəlilədi. Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz 1993-2003-cü illərdə sürətli tərəqqiyə çataraq dünya birliyində öz layiqli yerini aldı.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan xalqı 2003-cü ilin prezident seçkilərində müdriklik göstərərək, Ulu Öndərin şəxsiyyətinə və əvəzedilməz siyasi kursuna dərin etimadın ifadəsi kimi cənab İlham Əliyevə səs verdi. Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident, YAP Sədri İlham Əliyevin unikal dövlətçilik istedadı və idaretməsi sayəsində ölkəmiz misilsiz uğurlara imza atmağa nail oldu. Prezident İlham Əliyev ölkə qarşısında duran bütün məsələləri, ən müqəddəs missiyanı - 30 il işğal altında olan torpaqlarımızı azad edib. Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyətində yer alan ən ümdə və ali vəzifəni - Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenlyini təmin etməklə Qarabağ problemini də həll etdi.
“Öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən Azərbaycanın siyasi həyatında meydana çıxan yeni çağırışlar və reallıqlar ölkə həyatının bütün sahələrində büsbütün dəyişikliklərin edilməsini, o cümlədən siyasi instututların, demokratik təsisatların da fəaliyyətində bir sıra islahatların aparılmasını qaçılmaz etmişdi. Dövlət başçısının yeni inkişaf kursundan qaynaqlanan sosial-iqtisadi yüksəlişin davamlılığını təmin etmək, habelə beynəlxalq miqyasda nüfuzu və potensial imkanları güclənən Azərbaycanın qlobal mövqeyini daha da gücləndirmək, tarixi Qələbənin nəticələrini möhkəmləndirmək, ictimai-siyasi proseslərdən doğan müasir meyarları uyğun siyasi institutlaşmada təkmilləşdirmələr aparmaq və digər mühüm hədəflər məqsədilə ölkə həyatının ayrılmaz siyasi-iqtisadi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasında da islahatların həyata keçirilməsi labüdləşdi. Məhz bu reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də VII Qurultayı keçirilməklə partiyanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, bir müddət sonra İdarə Heyəti tərəfindən yeni Proqram təsdiqləndi” – deyən, millət vəkili əlavə edib ki, bu il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi isə ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə oldu. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi. Bu fakt nə qədər böyük inkişaf yolu keçdiyimizi, şanlı zəfərlər qazandığımızı təsdiqləyir”. Prezident İlham Əliyev proqram xarakterli nitqində partiya qarşısında duran başlıca vəzifələri və gələcəyə yönəlmiş strateji hədəfləri bəyan etdi.
“Yeni Azərbaycan Partiyası hazırda nəinki Azərbaycanda, həm də bütün regionda ən böyük partiya olmaqla öz sıralarında yüz minlərlə insanı birləşdirərək böyük nüfuzu ilə tanınmaqdadır. Şübhəsiz ki, cənab İlham Əliyevin liderliyi ilə partiyamız bundan sonra da Azərbaycanın daha da inkişafına və güclənməsinə öz layiqli töhfələrini verəcək” – deyə, YAP Təftiş Komissiyasının üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri