Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Tarixi yazan və yaşadan güclü lider

Tarixi yazan və yaşadan güclü lider

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Qafar ƏSGƏRZADƏ
Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tarix yazdı, parlaq, şanlı səhifə açdı. Belə bir tarixə məhz İlham Əliyev kimi böyük şəxsiyyət, aparıcı lider, müdrik və uzaqgörən siyasətçi imza ata bilərdi. Bu, cənab İlham Əliyevin siyasi qələbəsinin təntənəsi idi.

Neçə vaxt idi ki, bütün dünyanın gözü intizarla Vaşinqtona dikilmişdi. Gözləyən kim, tərəddüd edən kim, inanan və inanmayan kim. Azərbaycan xalqı isə böyük əminliklə İlham Əliyevlə Nikol Paşinyan arasında sülh sazişinin əldə olunmasına inanırdı. Bu da əsassız deyildi. 2020-ci il Vətən müharibəsində döyüşdə qazanılan zəfərdən, eləcə də 2023-cü il sentyabr ayında Qarabağda aparılan antiterror əməliyyatından sonra Respublika rəhbəri Cənubi Qafqazda dayanıqlı, əbədi sülhün bərqərar olması üçün ardıcıl, hədəfli siyasət yürdürdü. O, bölgədə çəkinmədən sözünü deyən, çəkisi olan, dünya birliyi tərəfindən qəbul edən güclü lider kimi bu sahədə uğurlara nail olurdu. Bununla belə, ölkə rəhbərinin qətiyyəti, möhkəm inamı, cəsarəti və uzaqgörən müdrik siyasəti, strategiyası nəticəsində Azərbaycan bu illər ərzində hərbi qələbəni möhkəmləndirməklə, hərbi qüdrətini artırmaqla, həm də beynəlxalq hüququn prinsiplərinə söykənən davamlı, dayanıqlı sülh sistemini yaratdı. Əlbəttə ki, bu, Cənubi Qafqazın gələcəkdə təhlükəsiz və firavan inkişafına zəmin yaradan tarixi nailiyyət kimi qiymətləndirilir.

Azərbaycan-Ermənistan diplomatik müstəvidə sülh sazişinin əldə olunması üçün Respublika prezidenti, öz şərtlərini diktə etmək naminə gərgin, məhsuldar əmək sərf etmişdir. O, öz siyasətində həqiqətən də nəyin nə zaman, necə həll olunmasını çox gözəl bildiyindən, cəsarətli qərarlar verməsi əlbəttə ki, bədxahlarını qıcıqlandırmaya, rahatsız etməyə bilməzdi. Amma İlham Əliyev onları heçə alaraq, öz qətiyyətli yolundan dönmədi, iradə göstərərək sülh sazişinin imzalanmasına nail oldu. Bu saziş bizə nə vəd edir?

Əvvəla, sülh sazişinin imzalanması Cənubi Qafqaza sülh və rifah gətirəcək. Bu addım göstərir ki, Azərbaycan və Ermənistan vasitəçi olmadan da problem həll etmək iqtidarındadırlar.

Azərbaycan-Ermənistan sülh sazişi Naxçıvan MR-na maneəsiz gediş-gəlişin təmin olunmasını nəzərdə tutur. Başqa sözlə, Zəngəzur dəhlizi "Tramp Beynəlxalq təhlükəsizlik və rifah yolu" adı ilə açılır. Bu saziş həm də cənab Prezidentin təbirincə desək, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün sabit və firavan gələcəyin başlanğıcıdır.

Sazişin paraflanması məqsədilə ABŞ Prezidentinin iştirakı ilə (Azərbaycan və Ermənistan rəhbərlərinin birgə bəyannaməsinin) imzalanması hüquqi baxımdan sazişin icrasına əlavə təminat verir və bölgədə sülhün uzun ömürlülüyünə zəmanət yaradır. Bu saziş həm də bölgədə yeni nizamın qurulmasına imkan verir, Azərbaycanın müstəqil siyasət aparması üçün geniş imkanlar açır. Saziş həm də regional iqtisadi inteqrasiyanın başlanması deməkdir. Sərbəst ticarət, investisiya və tranzit layihələri üçün hüquqi baza formalaşır. Bu da, əlbəttə ki, regionda uzun müddətli sabitliyin və rifaha aparan işıqlı yolun təzahürüdür.

Bu sazişlə hərbi proseslər dayandırılır. Qarabağ münaqişəsi artıq hüquqi-siyasi baxımdan bitmiş hesab olunur. ATƏT-in Minsk qrupu ləğv edilir. Saziş son olaraq  yekun Sülh müqaviləsinin imzalanması üçün əsas və vacib mənbədir.

Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında 200 ildən artıq bir müddətdə davam edən ədavətə, münaqişəyə cənab Prezidentin səyləri nəticəsində son qoyuldu. Bu, böyük bir tarixi zəfər, qalibiyyətdir. Sevin, sevin ki, Azərbaycanın bu qalibiyyəti bizə yaşadan İlham Əliyev kimi dünya miqyaslı, müdrik, uzaqgörən siyasətçi, dövlət başçısı var. Böyük ədibimiz Hüseyn Cavid deyirdi:

Kəssə hər kim kəsilən qan işini

Qurtaran, dahi odur, yer üzünü.

Sanki Cavid əfəndinin keçən əsrin əvvəlində söylədiyi bu sözlər cənab İlham Əliyevə həsr olunub. Bəli, İlham Əliyev bölgədə birdəfəlik qan izini sildi. Yazdığı tarixlə adını həm xalqının qəlbində, həm də tarixin qızıl səhifələrinə yazdı. Nə xoşbəxtəm ki, tarixi yazan və yaşadan İlham Əliyev kimi bir Prezidentim var, çoxunun həsəd apardığı bir əzəmətli dövlət başçısı.

Vaşinqtonda Azərbaycan Respublikası Prezidenti ilə ABŞ Prezidenti Trampla keçirilən görüşdə cənab İlham Əliyev daha bir yeniliyə-uğura nail oldu. 1992-ci ildən respublikamıza qarşı tətbiq edilən ədalətsiz 907-ci düzəlişin ləğv olunması da tarixi nailiyyət kimi səciyyələndirilir. Bu, əməkdaşlıq üçün yeni səhifələr açacaq. İki ölkə energetika, texnologiya, kənd təsərrüfatından tutmuş süni intellektə, regional və qlobal nəqliyyat layihələrinə qədər ən müxtəlif sahələr üzrə təmasları inkişaf etdirəcək. Bu da Azərbaycanın inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə hələ çox uğurlara, zəfərlərə imza atılacaqdır.

Prezidentimizə sağlam, uzun ömür, uğurlar, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq, tərəqqi, rifah arzulayıram.

Allah bizə daim yar olsun!..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri