Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Tarixi Zəfərdən sonra Zirvədən Zirvəyə: Var millətimin imzası imzalar içində...

Tarixi Zəfərdən sonra Zirvədən Zirvəyə: Var millətimin imzası imzalar içində...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti tarixi Sammitdə iştirak edəcək. Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfər edib.

Bu gün, 13 oktyabrda Misirdə çox mühüm toplantı – təkcə Yaxın Şərqin yox, bütövlükdə dünyanın taleyinə həlledici təsir göstərəcək Zirvə görüşü keçirilir. Elə bu sətirləri yazdığımız zaman dövlət başçımızın Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldiyi, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdüyü barədə xəbər yayıldı.

Şarm-əl-Şeyxdə Qəzza bölgəsinin gələcəyi, Yaxın Şərqdəki durumla əlaqədar təşkil olunan Sammitdə qlobal siyasətdə söz sahibi olan dövlətlərin başçıları iştirak edirlər. Ötən əsrin birinci yarısından etibarən davam edən, saysız-hesabsız itkilərlə nəticələnən savaşa son qoyulması, İsrail-Fələstin (oxu: HƏMAS) münaqişəsinə son qoyulması, Qəzza bölgəsinin müharibədən sonra bərpası, dayanıqlı sülhün əldə olunması kimi vacib məsələlər Sammitin gündəmindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Sammitə dəvət olunması və iştirakı əlamətdar, qürurverici hadisə olmaqla yanaşı, həm də məntiqəuyğundur. Öz torpaqlarını işğalçılardan, terrorçulardan və separatçılardan azad etməklə nümunə göstərən, eyni zamanda Ermənistanla sülhün əldə olunması istiqamətində qətiyyətli mövqe sərgiləyən Azərbaycan Prezidentinin təcrübəsindən bəhrələnməklə bir sıra münaqişələrə son vermək mümkündür, o cümlədən Qəzza bölgəsində yaşanan dəhşətlərə son qoyulması baxımından. Eyni zamanda Azərbaycanın həm İsraillə, həm də Fələstinin Müvəqqəti Hökuməti ilə yüksək səviyyəli münasibətləri, dostluq əlaqələri, İlham Əliyevə hər iki ölkənin rəğbəti, etimadı onların arasında barışın əldə olunması prosesində yardımçı ola bilər. Bundan əvvəl İsraillə Türkiyə, həmçinin Suriya arasında danışıqlarda ev sahibi statusunda çıxış edən Bakı növbəti danışıqların ünvanına çevrilə bilər. Xüsusilə də 8 avqustda Vaşinqtonda, Prezident Trampın iştirakı və təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş, əldə olunan razılaşmalara əməl olunması istiqamətində ortaya qoyulan siyasi iradə ölkəmizə, dövlət başçımıza inam, etibarı daha da artırıb.


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb: “Prezident İlham Əliyevin Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür”. Dövlət rəsmisi qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır. Bu qiymətləndirmə reallığın tam inikasıdır.

Məlum olduğu kimi, Misirdə keçirilən Zirvədə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və Misir Prezidenti Abdülfəttah əs-Sisinin təşkilatçılığı ilə keçiriləcək yüksəksəviyyəli siyasi tədbirdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının Sədri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Yaponiya, Hindistan, Kanada, Yunanıstan, Bəhreyn, Əl-Küveytin, Qətər və İordaniyanın xarici işlər nazirləri, eləcə də BMT və Avropa İttifaqının təmsilçiləri iştirak edəcəklər. Misir Sammiti təkcə son günlərdə Azərbaycanın dövlət başçısının dəvət aldığı sayca 4-cü Sammitdir. Ondan əvvəl reallaşan tarixi səfərləri də xatırlatmaqda fayda var. İyun ayında Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə məhz dövlət başçımızın irəli sürdüyü sülh şərtlərinə uyğun olaraq ikitərəfli razılaşma əldə olunmuşdu. Ona qədər bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında vasitəçilik olmadan anlaşmanın əldə olunmasını mümkün saymayanlar artıq bir dəfə yanılmışdılar: işğaldakı kəndlərimizin bir hissəsi azad ediləndə...

8 avqustda dünyanın bir saylı ofisində reallaşan tarixi razılaşmalarda da əsas iradə sahibi cənab İlham Əliyev idi, çünki qalib ölkə, onun lideri danışıqları diktə edirdi. Təsadüfi deyildi ki, 23 sentyabrda, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar keçirdiyi rəsmi qəbulda çıxış edən prezident Donald Tramp digər dövlət başçılarının iştirak etdiyi törəndə İlham Əliyevə xitab edərək “Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız”, - demişdi. Belə yüksək qiymətləndirmələri son vaxtlar çox eşidirik, ayrı-ayrı Avropa ölkələrinin liderləri də haqqa gəliblər, İlham Əliyevin böyüklüyünü qəbul edirlər və ondan öyrənməyə ehtiyac duyduqlarını açıq şəkildə söyləyirlər. Misirdə qurulan böyük masada isə sözsüz ki, təkcə Qəzza müzakirəsi aparılmayacaq, vaxtilə “Ərəb baharı” ilə Yaxın Şərqə fəlakətlər qazandıran paytaxtların liderləri də “Kəssə hər kəs tökülən qan izini...” məzmunlu Zirvə toplantısına qatılacaqlar. Amma 21-ci əsrdə ləyaqətli müharibə və sülh nümunəsini yaratmış dövlətin başçısı o toplantıya qatılmağa daha çox haqq edir. Onu da xatırlayırıq ki, vaxtilə “Ərəb baharı”nı Azərbaycanda da tətbiq etməyə çalışanlar var idi, bu müsəlman ölkəsi niyə sakit, sabit qalsın, bir-biriniz qırıb-çatmasın, düşüncəsi ilə. İlham Əliyev dövlətimizi qəsd etməyə, ölkəmizi qan gölündə boğmağa və Qarabağı, Şərqi Zəngəzuru da unutdurmağa çalışan o qara əlləri kəsdi, ssenariləri alt-üst etdi, bu günsə sülhyaratma təcrübəsini dünya ilə bölüşməkdədir, üzləşdiyi bütün pisliklərə rəğmən. Çünki Onun məram-məqsədi təkcə rəhbərlik etdiyi ölkəmizdə, regionumuzda deyil, bütün dünyada sülhün, rifahın təmin olunmasıdır.      

Fələstinlə bağlı Azərbaycana çamur atanlar unudurlar ki, iki ölkə arasında diplomatik əlaqələr hələ 90-cı illərin əvvəllərindən qurulub, Prezident İlham Əliyev İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həll olunmasının yeganə çıxış yolu olduğunu dəfələrlə bəyan edib, bu istiqamətdə prinsipial mövqeyini bütün platformalarda çatdırıb, həmçinin 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”na ev sahibliyi edib. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan, ölkəmizlə dost münasibəti sərgiləyən İsrail də dövlətimizin Fələstin probleminin həll yolu ilə bağlı mövqeyini anlayışla qarşılayıb, çünki Azərbaycan Prezidenti müstəqil siyasət yürüdür, beynəlxalq hüququ hər zaman əsas götürür. Bu ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edərkən Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirib. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini demişdi. O zaman İsrail Qəzzada dəhşətli müharibə aparırdı, ölü sayı 50 mini ötmüşdü, savaşı dayandırılması barədə planlar suya düşürdü, amma Azərbaycan Prezidenti ən kritik günlərdə də prinsipial mövqeyini açıq şəkildə növbəti dəfə ifadə etmişdi. Dünənə qədər Qəzzanın əhalisini, 2 milyondan çox insanı köçürüb, “neytral zona” yaratmağı tövsiyə edənlər, “həll yolu” kimi göstərənlər də bu gün İlham Əliyevin təklif etdiyi həll yoluna gəlirlər...

İsrail və Fələstin arasında on illərdir davam edən münaqişənin dayandırılması ilə bağlı Prezident Trampın həll planına uyğun olaraq artıq müəyyən addımların atılması ümidverici vəziyyət yaradıb. Girovların qarşılıqlı şəkildə azad olunması, Qəzza bölgəsinin HƏMAS-la əlaqəsi olmayan, Fələstin muxtariyyətinə sadiq olacaq, beynəlxalq nəzarət altında, Körfəz ölkələrinin maliyyə dəstəyi fəaliyyət göstərəcək mülki administrasiyaya təhvil verilməsi dünya liderləri və qarşı tərəflərin məmnunluqla yanaşdığı həll yoludur. Günahsız insanların qətliamına son verilməsi üçün tarixi fürsət yaranıb. Qəzza planını masaya qoyan ABŞ Prezidenti Donald Tramp tərəfindən Prezident İlham Əliyevin Sammitə şəxsən dəvət olunması Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu bir daha təsdiqləməklə yanaşı, həm də İlham Əliyevin sülhyaratma təcrübəsindən istifadə olunmaq istəyinin məntiqi nəticəsidir. Dünya çapında özünün praqmatik siyasəti ilə özünəməxsus yer tutan Azərbaycan Liderinin ədalətli mövqeyi nəzərə alınarsa, dünyanın bir sıra qaynar nöqtələrində sülh, əminamanlıq bərqərar olar. Bu bir reallıqdır ki, 44 günlük müharibədə, bir günlük antiterror əməliyyatında ortaya qoyduğu qətiyyətli mövqe, qazandığı Zəfər, həmçinin dünyanın ayrı-ayrı ölkələrində sülhyaratma missiyasına, ədalətin bərqərar olmasına verdiyi töhfələr Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlətimizi regional oyunçu statusundan qlobal səviyyəli aktora çevirib. Elə son Zirvələrə dəvətlər və iştirak da bunu təsdiqləyir. Təkcə oktyabr ayının statistikasını xatırlatmaq kifayət edər, Prezident 4 fərqli coğrafiyada, 4 Sammitdə iştirak edib, ortaya mövqe qoyub, diqqət mərkəzində olub: 1-2 oktyabrda, Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti; 6-7 oktyabrda, Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammiti; 9-10 oktyabrda, Düşənbədə MDB Sammiti; nəhayət, 13 oktyabrda Şərm əş-Şeyx Zirvəsi...Davamı olacaq...

Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü 2026-cı ildə Azərbaycanda təşkil ediləcək və şübhəsiz ki, yenidən qurulan Fələstin də bu toplantıda yüksək səviyyədə təmsil olunacaq. Həm də İƏT-ə sədrlik Azərbaycana keçəcək. Qəbələ Zirvəsində Türk Dövlətlər Təkilatına sədrlik də Azərbaycana təhvil verildi...

Azərbaycanın adı artıq neçə illərdir ki, zirvədən-zirvəyə çəkilir.  Qürurvericidir...Zamanında “Yox millətimin xətti bu imzalar içində”, qüssəsindən üzülən Məhəmməd Hadi və digər aydınlarımızın ruhu şaddır: “Var millətimin imzası imzalar içində...”

Elşad Paşasoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see307

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see167

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see160

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see149

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see143

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see135

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see126

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see124

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see122

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see121

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see120

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri