Icma.az
close
up
RU
Tarixi Zəfərin yaratdığı yeni reallıqlar regiona sülh və sabitlik vəd edir

Tarixi Zəfərin yaratdığı yeni reallıqlar regiona sülh və sabitlik vəd edir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

“5 il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu elə bir uğur əldə etdi ki, nəinki Cənubi Qafqazda, ümumən regionda yeni reallıqların və əməkdaşlıq mühitinin formalaşmasına təkan verdi”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov deyib. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatlarına cavab olaraq Milli Ordumuz doğma torpaqlarımızın düşməndən azad olunması naminə genişmiqyaslı hərbi əməliyyata başladı və 8 noyabr 2020-ci il tarixində xalqın həsrətlə gözlədiyi bir bəyanat səsləndirildi: “Ölkəmizin milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciət etdi. Bildirdi ki, 28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”.

Z.Hüseynov onu da vurğulayıb ki, Tarixi Zəfəri tamamlayan mühüm hadisə 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması oldu: “Azərbaycan Respublikası bununla özünün bütün ərazisində suveren hüquqlarını təmin etdi. Son 200 ildə ilk dəfə öz torpaqlarını böyük imperiyaların caynaqlarından xilas edərək parlaq uğur qazanan Müzəffər Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin liderliyilə rəşadətli Milli Ordumuz çağdaş dünya tarixinə əbədi iz qoyan Zəfər tarixi yazdı. Bu, milli qeyrət və şərəf savaşı idi. Azərbaycan igid, qeyrətli əsgər və zabitləri bu ölüm-dirim, şərəf davasından qalib çıxdılar”.

“Noyabrın 8-də 5 illiyini qeyd edəcəyimiz Tarixi Qələbə Azərbaycan xalqının və Ordusunun birliyini, əzmini göstərdi. Xalqın Orduya göstərdiyi dəstək hər bir vətəndaşın bu müharibədə özünü iştirakçı kimi hiss etməsinə səbəb oldu”, – deyə bildirən Z.Hüseynovun sözlərinə görə, Azərbaycan xalqının vətənpərvərlik ruhu müharibə dövründə daha da gücləndi, xalqın milli kimliyə olan bağlılığı və torpaqların azad edilməsi uğrunda göstərdiyi qətiyyət ordunun mübarizəsinə böyük dəstək olaraq, Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin vahid məqsəd uğrunda necə birləşə bildiyini nümayiş etdirdi.

Z.Hüseynov onu da xatırladıb ki, Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi böyük coşqu ilə qeyd edilir.

 “44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi strategiya, müasir döyüş texnikası və taktikası ilə apardığı döyüş əməliyyatları, qısa müddətdə Qələbə qazanması yeni kimi bir çox ölkənin hərbi araşdırma mərkəzlərində təhlil olunur”, – deyən YAP Göygöl təşkilatının sədr müavini bildirib ki, Azərbaycan iqtisadi sabitliyi və resursların düzgün yönləndirilməsini təmin edərək müharibə aparmaq üçün vacib olan dəstəyi əldə etmiş, 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin beynəlxalq arenada aktiv diplomatik fəaliyyəti müharibənin gedişində və nəticəsində böyük rol oynamışdır.

Zamir Hüseynov sonda bəyan edib ki, indi dünyanın müxtəlif regionlarında iqtisadi çətinliklər, böhranlar olsa da, Azərbaycan dövləti iqtisadiyyatı dayanıqlı olduğu üçün ölkə azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri həyata keçirir: “44 günlük Vətən müharibəsinin nəticəsini, eyni zamanda regionda uzunmüddətli geosiyasi, iqtisadi və regional təsirlər yaradan strateji nailiyyət hesab etmək olar. Çünki həmin Tarixi Zəfərlə Cənubi Qafqazda təhlükəsizlik, sülh və sabitliyin əsası qoyuldu, torpaqlarımızın azad edilməsi ilə Azərbaycan Respublikası yeni iqtisadi və nəqliyyat layihələri həyata keçirmək imkanı qazandı. 8 Noyabr - Zəfər Günü Azərbaycanın siyasi rəhbərliyi, xalq və ordu birliyinin, qətiyyətinin və vətənpərvərlik ruhunun rəmzidir. Azərbaycan bu Qələbəsi ilə tarixi ədaləti bərpa etdi, eyni zamanda Tarixi Zəfərin yaratdığı yeni reallıqlar regiona  sülh və sabitlik vəd edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri