Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri ŞƏRH

Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ölkəmizin həyatında yeni siyasi və ictimai mərhələnin başlanğıcını qoydu. Bu Qələbə ilə torpaqlarımızın işğalına son verildi, xalqımızın uzun illər davam edən yurd həsrəti sona çatdı və Azərbaycanın regionda yaratdığı yeni reallıqların əsası formalaşdı. Lakin dövlətimizin qarşısında duran vəzifələr bununla bitmirdi. Əldə edilmiş nailiyyətlərin qorunması, milli birliyin daha da möhkəmləndirilməsi, suverenliyin tam təmin olunması, regionda davamlı sülhün bərqərar edilməsi və azad edilmiş ərazilərin yenidən qurulması növbəti strateji hədəflərə çevrildi.

Prezident İlham Əliyevin müharibədən sonrakı dövrə dair mövqeyində sülh məsələsi xüsusi yer tutur. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan müharibə tərəfdarı deyil, ölkəmizin əsas istəyi beynəlxalq hüquqa və ədalət prinsiplərinə söykənən davamlı sülhün təmin edilməsidir. Onun “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh” fikri Azərbaycanın regional siyasətinin əsas mahiyyətini ifadə edir. Ölkəmizin irəli sürdüyü şərtlər beynəlxalq hüquqa, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanır. Azərbaycan regionda sabitliyin və əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirərək sülh müqaviləsinin məhz qarşılıqlı hörmət və hüquqi prinsiplər əsasında imzalanmasının vacibliyini bildirir.
Bu yeni mərhələdə milli birlik və siyasi həmrəylik dövlətimizin gücünü müəyyən edən başlıca amillərdən biri kimi ön plana çıxır. Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik Azərbaycanın ən böyük üstünlüklərindən biri oldu. Prezident İlham Əliyevin “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri bu birliyin yalnız müharibə dövrü üçün deyil, ölkənin gələcək inkişafı baxımından da vacib olduğunu göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, regional və qlobal proseslərdə rolunun genişlənməsi milli həmrəyliyin qorunmasını, dövlətçilik maraqları ətrafında birliyin möhkəmləndirilməsini zəruri edir.
Milli birliyin və dövlətçilik iradəsinin növbəti təzahürü 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri oldu. Azərbaycan Ordusunun cəmi bir gündən az müddətdə həyata keçirdiyi əməliyyat nəticəsində ölkəmizin suverenliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş separatçı fəaliyyətə son qoyuldu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyevin bu hadisə ilə bağlı səsləndirdiyi “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi” fikri əldə olunan tarixi nəticənin mahiyyətini ifadə edir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə beynəlxalq hüququn prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.
Qazanılmış Zəfərin və suverenliyin bərpasının əbədiləşdirilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. 8 Noyabr – Zəfər Gününün hər il böyük qürur və ehtiramla qeyd olunması, Bakıda Zəfər parkının yaradılması, işğaldan azad edilmiş ərazilərdə memorial komplekslərin və tarixi qələbəmizi əks etdirən məkanların formalaşdırılması bu məqsədə xidmət edir. Şəhidlərimizin xatirəsinin yaşadılması, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığının gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” fikri Zəfərin xalqımızın yaddaşında tutduğu əbədi yeri və onun gələcək nəsillər üçün daşıdığı mənəvi dəyəri ifadə edir.
Tarixi Qələbədən sonra Azərbaycan qarşısında duran ən böyük vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və doğma yurdlarından didərgin düşmüş insanların geri dönüşünün təmin edilməsidir. Uzun illər dağıntılara məruz qalmış şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması yeni inkişaf mərhələsinin əsas istiqamətinə çevrilib. Prezident İlham Əliyevin “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” bəyanatı bu prosesin mahiyyətini və qarşıya qoyulan məqsədləri aydın göstərir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun yaradılması, yolların, tunellərin, hava limanlarının, elektrik və su təchizatı sistemlərinin qurulması, yaşayış məntəqələrinin yenidən salınması dövlətimizin quruculuq əzminin real ifadəsidir.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin edilir. Artıq bir sıra şəhər və kəndlərdə yeni yaşayış məhəlləri salınıb, sosial obyektlər istifadəyə verilib, ailələr öz doğma yurdlarında məskunlaşıblar. Bu proses yalnız insanların əvvəlki yaşayış yerlərinə qaytarılması deyil, həm də həmin ərazilərdə iqtisadi fəallığın, sosial həyatın və ənənəvi təsərrüfat sahələrinin bərpası deməkdir. Məktəblərin, tibb müəssisələrinin, mədəniyyət ocaqlarının yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi azad edilmiş ərazilərin ölkənin ümumi inkişafına inteqrasiyasını sürətləndirir.
Quruculuq prosesinin mühüm istiqamətlərindən biri də dövlət xidmətlərinin Qarabağ və Şərqi Zəngəzurda əlçatanlığının təmin edilməsidir. Vətəndaş məmnunluğuna, şəffaflığa və operativ xidmət prinsiplərinə əsaslanan ASAN və DOST xidmətlərinin artıq azad edilmiş ərazilərdə də fəaliyyət göstərməsi dövlətin sosial siyasətinin yeni yaşayış məkanlarına qədər genişləndirildiyini göstərir. Bu xidmətlərin yaradılması sakinlərin gündəlik ehtiyaclarının yerində qarşılanmasına, məşğulluq və sosial müdafiə imkanlarından rahat istifadəsinə şərait yaradır. Müasir dövlət xidmətlərinin Qarabağda tətbiqi həmin ərazilərdə qurulan yeni həyatın ayrılmaz hissəsidir.
8 Noyabr – Zəfər Günü bizə yalnız keçmiş qələbəmizi deyil, bu gün qurduğumuz güclü və suveren Azərbaycanı da xatırladır. Tarixi Zəfərdən başlanan yol bu gün milli birlik, tam suverenlik, sülh təşəbbüsləri və Böyük Qayıdış hədəfləri ilə davam edir.

Bəhlul Qurbanov,
Salyan rayon Kürsəngi kənd tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri