Icma.az
close
up
RU
Tarixi zərurətdən yaranan partiya

Tarixi zərurətdən yaranan partiya

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Görkəmli dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyası bu gün yaranmasının 33-cü ildönümünü qeyd edir.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Partiya yaranarkən Azərbaycanda gərgin ictimai-siyasi vəziyyət mövcüd idi, qanunsuzluq, hərc-mərclik, demokratiya və insan hüquqlarının pozulması baş alıb gedirdi. Belə bir şəraitdə 1992-ci ilin oktyabrında 91 nəfər ziyalı Heydər Əliyevə YAP-ın yaradılması və ona rəhbərlik etməsi ilə bağlı müraciət etdilər. Heydər Əliyev bu müraciətə öz razılığını bildirdikdən sonra 1992-ci ilin noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi. Təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, Siyasi Şura, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Azərbaycan tarixində öz üzərinə böyük məsuliyyət götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yarandıqdan 7 ay sonra hakimiyyətə gəlməsi, YAP-ın tarixi bir zərurətdən yaranmasına ən gözəl sübut idi. Partiyanın başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, demokratik hüquqi dövlət, əmin amanlıq, ictimai həmrəylik, sosial yönümlü iqtisadiyyat yaratmaq və demokratik islahatlar uğrunda mübarizə aparmaqdan ibarət idi.
Zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə kimi ölkəmizin həyatında mühüm rol oynamış, xalqımızın taleyində silinməz izlər qoya bilmiş, möhtəşəm nailiyyətlər əldə etmişdir. Bu dövrdə YAP daim azərbaycançılıq və dövlətçilik mövqeyində durdu, öz proqram prinsiplərinə sədaqət nümayiş etdirdi. Güclü lideri, hərtərəfli siyasi platforması, ardıcıllıq və qətiyyətli mövqeyi sayəsində öz sıralarına ictimaiyyətin bütün təbəqələrindən olan insanları birləşdirərək ümumxalq partiyasına çevrildi. Cəmiyyətin mürəkkəb ictimai-siyasi böhran içərisində olduğu bir zamanda onun aparıcı lokomotivi oldu, ölkəni ağır tənəzzüldən xilas edən bir siyasi təşkilat rolunu oynadı. Yarandığı gündən YAP qaranlıq bir quyuda olan Azərbaycanı oradan çıxarmağa müyəssər oldu. Respublikada ictimi-siyasi sabitliyi təmin etməyə nail oldu. İqtisadi böhranı aradan qaldırdı. İşğal olunmuş torpaqların azad olunmasına nail oldu. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. O vaxt heç kim inanmazdı ki, çətin və mürəkkəb bir şəraitdə yaranan partiya sonralar nəinki Respublikada, eləcə də cənubi Qafqazda avanqard siyasi bir qüvvəyə çevriləcəkdir.
33 il ərzində Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir. Azərbaycan günü-gündən yüksəlir, inkişaf edir. Müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq, sosial ədalət prinsiplərini öz ideologiyasının təməli hesab edən, 33 il ərzində sıralarında on minlərlə insanı birləşdirən YAP bu gün cəmiyyətin bütöv və bölünməz siyasi qüvvəsini təşkil edir. Bu gün Yeni Azərbaycan Partiyasının həyatında ən güclü, ən böyük intelektual səviyyəyə malik insanlar toplaşmışlar. Bu YAP-ın nüfuzunu göstərən fundamental amillərdən biridir.
Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zəruriliyi, 33 ilə ərzində keçdiyi yolu və müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatındakı yeri və rolu, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların uğurları, ideoloji təbliğatı və hərbi vətənpərvərlik sahəsində qarşıda duran vəzifələri, beynalxalq əlaqələri və xarici siyasəti haqqında toplanan məlumatlar bir yazıya əlbətdə ki, sığmaz.
Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də yaşaması üçün sağlam təməllər üzərində qurulan və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının üzərinə çox böyük vəzifə düşür. Bu gün partiyamızın sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vəzifəni şərəflə yerinə yetirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi sayəsində YAP Azərbaycanın siyasət meydanında ən güclü təşkilat kimi çıxış edir.
Bu gün fəxrlə demək olar ki, Yeni Azərbaycan Partiyası XXI əsrin partiyasıdır, III minilliyin partiyasıdır. Azərbaycançılıq ideyası ətrafında sıx birləşən xalqımız YAP-ın “Biz birlikdə güclüyük” şüarı altında möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir. YAP zamanın bütün sınaqlarından uğurla çıxmış, xalqımızın və vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanmışdır. Partiya bundan sonra da özünün bütün potensialını müasir və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcəkdir.
Məqalənin sonunda Yeni Azərbaycan Partiyasının sədri ilham Əliyevin fikirlərini xatırlatmaq yerinə düşər: “Bizi heç kim və heç nə dayandıra bilməz” və “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri