Icma.az
close
up
RU
Menu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

Tariximizə yazılan növbəti uğur səhifəsi

Tariximizə yazılan növbəti uğur səhifəsi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azad edilmiş torpaqlarımıza mərhələ-mərhələ soydaşlarımızın qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün müəyyənləşdirilən hədəfə yüksək səviyyədə nail olacağımıza böyük əsas yaradır. Hədəf 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Hazırda  Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır. Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşündəki çıxışında bu hədəfə də diqqəti yönətdi ki, birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olmasıdır. Bugünkü reallıqlarımızı düzgün dəyərləndirmək üçün daim keçilən yola nəzər salmağa bir zərurət duyulur. Prezident İlham Əliyev sözügedən görüşdə  30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün gerçəkliklərinə  diqqəti yönəldərək bildirdi ki, bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu,  bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Azərbaycan güclü ölkədir. Son 80 ildə dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, 21 avqust tariximizə yazılan növbəti uğur səhifəsidir: “Kəlbəcərlilər dogma yurd-yuvalarına qayıdır, burada yeni həyat başlayır. Azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər rayonunda da aparılan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də rayona reallaşdırdıqları səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Sakinlərinə qovuşan Kəlbəcər həyanının yeni dövrünə qədəm qoydu. Burada soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Cənab İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Artıq sakinlər birinci yaşayış kompleksində evlərlə təmin olunur, amma inşaat işləri bununla bitmir”.

Malik Həsənov vurğulayıb ki, hər bir əlamətdar gün dünənə baxış əsasında gələcəklə bağlı prioritetlərin müəyyənləşdirilməsini bir tələbə çevirir: “Bu gün tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın uğurlarından bəhs edirik. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmizin hazırda beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Bu günlərdə Vaşinqtonda tarixi sülh razılaşması bütün bu məqamlara işıq saldı. Bugünümüzün reallıqları fonunda 30 illik işğal dövründə bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin hansı problemlərə yol açdığını daha aydın görmək mümkündür. Həmin dövrdə artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, dondurmaq istiqamətində işlər aparırdı. Dövlətimizin başçısı İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi, onlar erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə, Ermənistan  torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və  qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Bütün bu silahlar onlara bir məqsədlə pulsuz verilirdi ki, işğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə həll olunmasın”.

Millət vəkili bildirib ki, 2020-ci ilin 8 noyabrı, 2023-cü ilin 19-20 sentyabrı şərəfli və tarixi günlərdir: “Tarixi Zəfərimizdən 2023-cü ilin sentyabrınadək əsas hədəf Azərbaycanın suverenliyini tam bərpa etmək idi. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, separatçı xunta kapitulyasiya aktına imza atdı. Artıq həmin vaxtdan Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi başa çatıb və imzalanmış sənədlər maraqlarımızı tam təmin edir. Azərbaycan  istədiyinə  nail olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Malik Həsənov qeyd edib ki, tarixi Zəfərimizin ilk günündən əsas hədəf sahibinə qovuşmuş torpaqlarımızın dirçəldilməsi, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışıdır: “Azad edilmiş torpaqlarımız 30 illik dövründə törədilən vəhşiliklərin, dağıntıların təqdimatıdır. Bütün şəhər və kəndlər, tarixi və dini abidələrimiz  dağıdılıb, məscidlərimiz  təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcərin boşaldılması zamanı ermənilərin törətdikləri vəhşiliklər diqqətdən kənarda qala bilməzdi. Dövlətimizin başçısı İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırışı etdi ki, keçmişimizi heç vaxt unutmamalıyıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see447

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see347

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see317

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see315

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see282

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see282

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see253

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see253

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see220

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see208

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see195

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see194

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see194

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see187

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see182

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see173

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

31 İyul 2026 18:59see167

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see163

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see162

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri