Icma.az
close
up
RU
Şanlı tariximizə yazılan ad FOTO

Şanlı tariximizə yazılan ad FOTO

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

44 günlük haqq savaşımız zəfər tariximizin ən şanlı səhifəsidir. Çünki qeyrətli Vətən övladlarının qanı bahasına 30 il düşmən tapdağında olan müqəddəs yurd yerimiz - Qarabağımız azadlığa qovuşdu. Azərbaycanın, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazılan bu zəfər bizim həqiqətən qəhrəman xalq olduğumuzu bir daha göstərdi.
Ölümü ilə torpağı Vətən edən minlərlə qəhrəman oğullardan biri də Əmrah Hüseynlidir. Adı milyonların dilində qəhrəmanlıq dastanına dönən, millətin başını göylərə ucaldan, özündən sonrakı nəsillərə zaman-zaman örnək olan, bizlərə Vətəni, torpağı, milləti necə sevməyi öyrədən Əmrah Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın, Qubadlının, Kəlbəcərin, Xocavəndin azadlığı uğrunda medallara layiq görülüb.
İndi bütün Azərbaycan xalqının fəxri olan Əmrah Namiq oğlu Hüseynli 12 oktyabr 1994-cü ildə Cəlilabad rayonunda dünyaya göz açıb. Vətənin çətin günündə hərbiçi olmaq arzusu onu 2010-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə aparıb. Bir çox idman növlərində qazandığı uğurları da ona yaxşı hörmət qazandırıb. Buranı yüksək səviyyədə başa vurduqdan sonra 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Oranı “Taktiki kəşfiyyat qoşunları komandiri” ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib. Seçdiyi peşəyə daha mükəmməl bələd olmaqdan ötrü Xüsusi Təyinatlı Qüvvələrin “Təməl komanda” kurslarını keçib. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayan Əmrah Hüseynli layiqli bir övlad kimi Vətən qarşısında borcunu şərəflə yerinə yetirməklə həm də dığalardan qisas almaq üçün məqam axtarıb. Hərbi təlimlərdə fəal olub, mükəmməl öyrənib ki, müharibə meydanında mənfur düşmənə öz sözünü deyə bilsin...
İkinci Qarabağ müharibəsi başlanan günü Azərbaycan Ordusunun baş leytenantı olan Əmrah Hüseynli “Təki Vətən yaşasın!”,-deyib ən qaynar nöqtələrdə döyüşə girib. Bütün varlığı ilə bağlandığı doğma Azərbaycana məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan zəfərlə çıxıb.
Murov zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının düşmən işğalından azad edilməsi uğrunda gedən haqq savaşımızda yağıya qan qusdurub. 7 oktyabr tarixində Xocavəndə gedən şiddətli müharibədə yanında mərmi partlaması nəticəsində ağır yaralanıb. 4 gün hospitalda qaldıqdan sonra yeni də yaralı halda silahdaşlarının yanına qayıdıb. 26 oktyabrda Xocalı rayonunda Çanaqçı kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub, millətin başını göylərə ucaldıb. Vətənimizin qəhrəmanlıq tarixinə daha bir igidin adı yazılıb...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri