Icma.az
close
up
RU
Tariximizi işbazlara yox, dövlətə etibar edərlər, Səyyad müəllim!

Tariximizi işbazlara yox, dövlətə etibar edərlər, Səyyad müəllim!

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün  Milli Məclisdə vurhavur müzakirə gedirmiş. Mövzu da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi imiş. Ötən il Səyyad Aran, bu il isə Səyyad Salahlı adı ilə fəaliyyəti göstərən deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağılır: "Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayından gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur" dedi.

Bunu deyəndə ürəyimdə Səyyad müəllimi alqişladım. Sevinclə, "Səyyad müəllim, çarəni də de" deyə az qala sevindim.

Səyyad müəllim mudrikanə bir görkəm  alıb davam edir; "Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halında düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə nə olsun?".

Ay müəllim, insafın olsun, Allah eşqinə, biznesmenə, restoran, otel, istirahət zonalarının rəhbərlərinə tarixi və mədəniyyət abidələrini tapşırmayın! Bakıdakı tarixi abidələrin bir çoxunu ələ keçirən işbazlarin tariximizi pis günə qoyduğundan xəbəriniz yoxdurmu?

Yani, o müdrik beyninizə bundan daha müdrik fikir gəlmədi?

Axı , Qafqazda  Azərbaycan  kimi varlı ölkə yoxdu! Azərbaycandaki bütün tarixi , mədəni abidələrin məsuliyyətini dövlətimiz varkən kimə etibar edirsiniz?

Hazırda Ermənistan hökuməti ölkəsindəki bütün abidələri qeydiyyata alıb dövlət büdcəsilə bərpa edir! İndi sizin sözünüzdən belə çıxır ki, biz o qədər " ölu" olduq ki , öz tariximizə sahib çıxa bilməyib, sahibkarlığı işbazlara yönəldirik!

Vallah , Sizin bu təklifiniz Azərbaycan dövlətini təhqirdən başqa bir şey deyil!

 Əntiqə Rəşid

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri