Icma.az
close
up
RU
Yeraltı tariximizi üzə çıxaran alim

Yeraltı tariximizi üzə çıxaran alim

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qafar Cəbiyev – 75

Bugünlərdə ölkənin elmi-mədəni ictimaiyyəti ömrünün ahıl çağında da gənclik həvəsi ilə yorulmadan çalışan, ardıcıllarını yetişdirən fədakar arxeoloq professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyini dərin ehtiram və sevgi-sayğı ilə qeyd edir, alimin çoxillik axtarışlarını, zəngin elmi yaradıcılığını qədirbilənliklə dəyərləndirir, ona səmimi təbriklərini, xoş arzularını çatdırırlar.

Tarix xalqın qan yaddaşı, kimliyi, keçmişi və gələcəyidir. Maddi mədəniyyət tarixinin əsrlərin, minilliklərin o tayında, torpağın dərin qatlarında uyuyan ən qədim dövrü, təbii və antropogen təsirlər nəticəsində itib-batmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qalan qədim qalalar, şəhərlər, məzarlıqlar, müqəddəs məkanlar məhz arxeoloq alimlərin fəhmi, zəhməti və səriştəsi sayəsində gün işığına çıxarılır, elmi cəhətdən dəyərləndirilir, xalqın mənəvi sərvətinə çevrilir. Belə bir ağır və şərəfli missiyanı çiynində daşıyan görkəmli alimlərimizdən biri də tarix elmləri doktoru Qafar Cəbiyevdir.

Professor Qafar Cəbiyev Azərbaycanın bir çox orta əsr şəhərləri, qalaları, xanəgahları, türbə və ziyarətgahlarının tədqiqində xüsusi xidmətləri olan arxeoloq alimlərimizdəndir. Mübaliğəyə yol vermədən deyə bilərm ki, o özünün fundamental elmi tədqiqatları ilə yanaşı, jurnalistika, təhsil və maarifçilik işi sahəsindəki fəaliyyəti ilə də elmi ictimaiyyətin və geniş oxucu auditoriyasının hörmətini qazanan mükəmməl alim obrazı ilə tanınır.

Bugünlərdə 75 yaşın zirvəsini aşan Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun füsunkar Talıstan kəndində dünyaya göz açıb. O, 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra isə Milli Akademiyanın Tarix İnstitutunun aspiranturasına qəbul edilib. Gənc alim 1985-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. Müəllifi olduğu 25 monoqrafiya, 130-dan çox elmi, 350-dən çox elmi-publisistik məqaləsi Qafar müəllimin son dərəcə məhsuldar və səmərəli elmi fəaliyyətinin göstəricisidir.

“Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Bura Vətəndir”, “Girdiman tarixi”, “Girdiman. Tarixi və tarixi coğrafiyası”, üç ciliddən ibarət “Orta əsr Ağsu şəhəri”, “Ağsuçay-Girdimançay hövzəsinin arxeoloji abidələri” adlı əsərləri, ali məktəblər üçün yazmış olduğu “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərslik və dərs vəsaitlərinin hər biri elm fədaisinin gərgin əməyinin və səmərəli elmi-pedaqoji fəaliyyətinin məhsuludur.

Professor Qafar Cəbiyevin rəhbəri olduğu arxeoloji ekspedisiyaların tədqiqatları faktiki olaraq Azərbaycanın orta əsr və antik dövr tarixinin bir sıra aktual problemlərinin yenidən işlənməsinə təkan oldu. 1985-ci ildən başlayaraq onun rəhbərliyi ilə Qəbələ, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində aparılan davamlı və geniş miqyaslı tədqiqatlar, sözün əsil mənasında, qədim dövlətçilik tariximizin və xalqımıza məxsus zəngin mədəni irsin tədqiqi və təşviqi yolunda yeni üfüqlər açıb.

Qədim tariximizin araşdırıcısının Azərbaycanın son orta əsr arxeologiyasına dair tədqiqatları, bu dövrün şəhər mədəniyyətinin öyrənilməsi, xüsusilə də arxeologiya elminin əlifbası hesab edilən keramika məmulatının təsnifatı, dövrləşdirilməsi, bədii-texniki və texnoloji xüsusiyyətlərinin araşdırılması tək Azərbaycanda deyil, bütövlükdə əski sovetlər birliyində ilk addım idi.

Qafqaz Albaniyası tarixinin arxeoloji aspektdə dərindən və hərtərəfli araşdırılması alimin elmi fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri olduğu dönəmdə məhz onun təşəbbüsü ilə albanşünaslığın bir sıra aktual problemləri gündəmə gətirilməklə öz müsbət həllini tapıb. Onun Azərbaycan albanşünaslığına verdiyi ən böyük töhfə isə Girdiman tarixinə dair fundamental tədqiqatlardır. Sovet dönəmində təhrif edilən, ermənilər tərəfindən saxtalaşdırılan Girdiman problemi professor Qafar Cəbiyevin araşdırmaları və çox möhtəbər elmi dəlilləri əsasında yenidən işləndi. Sələflərindən fərqli olaraq məhz o ilk dəfə Girdiman vilayətinin Albaniyanın qərbində və ya şimal-qərbində deyil, məhz Şirvan ərazisində olduğunu elmi cəhətdən sübuta yetirdi.

Milli arxeologiyamızın inkişafına dəyərli töhfələr vermiş alim 40 ildən artıqdır ki, Qəbələdə tədqiqatlar aparır. O, 15 ildir ki, Qəbələ beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəridir. Arxeoloqun davamlı tədqiqatları sayəsində qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının baş şəhəri-paytaxtı olan Qəbələ tarixinin bir sıra problemləri dərindən və hərtərəfli araşdırılıb. Alimin fikrincə, indiki halda Qəbələ şəhərinin 2500 illiyinin rəsmi səviyyədə qeyd olunması qədim dövlətçilik tariximizin öyrənilməsi və təşviqi baxımından çox mühüm elmi, həm də siyasi əhəmiyyət kəsb edir.

Qədim Mehrəvan şəhərinin lokalizasiyası ilə bağlı uzun illər tarixşünaslığımızda mövcud olan qeyri-müəyyənliyə də ilk dəfə məhz professor Qafar Cəbiyevin tədqiqatları sayəsində son qoyulub. Məhz onun rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar Mehrəvan şəhərinin Ağsu rayonu ərazisində, Girdimançayın sol sahilində olduğu müəyyən edilib.

Professor Qafar Cəbiyevin rəhbərlik etdiyi Ağsu arxeoloji ekspedisiyası son 100 il ərzində Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində ilk dəfə olaraq qızıl pullardan ibarət dəfinə aşkar edib. Yeri gəlmişkən, 2010–2012-ci illərdə onun rəhbərliyi ilə Ağsu və Kürdəmir rayonları ərazisində daha bir neçə nadir dəfinə tapılaraq elmi dövriyəyyə daxil edilib.

2008–2009-cu illərdə alimin rəhbərliyi ilə Kürdəmir rayonu ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Azərbaycanda ilk dəfə olaraq məhz Şəhərgah adlı şəhər yerində XII əsrə aid çox mükəmməl hamam-sağlamlıq kompleksi aşkar olunaraq tədqiq edilib. Şamaxı rayonu ərazisindəki Dəmirçi nekropolunun, Kələxana türbələr kompleksinin, Pir Ömər Sultan ziyarətgahının tədqiqi, Ağsu şəhəri ərazisində Şıxməzid xanəgahının və eyni adlı türbənin elmi dövriyyəyə gətirilməsi, Basqal ərazisində orta əsr şəhər mədəniyyəti qalıqlarının üzə çıxarılaraq araşdırılması, Xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxılinin türbəsinin və türbə kitabəsinin tapılması professor Qafar Cəbiyevin rəhbərliyi ilə son illər aparılmış çox uğurlu arxeoloji tədqiqatların yalnız bir hissəsidir.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Basqalda və Avaxılda Qafar Cəbiyevin rəhbərliyi ilə tədqiq olunan arxeoloji abidələrdə olub, qədim tariximizin yadigarları ilə maraqla tanış olublar. Ağsu qazıntılarının əhatə etdiyi ərazi isə ölkə başçısının 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə tarix və mədəniyyət qoruğu elan edilib.

Qafar müəllimin ömür yolunun əhəmiyyətli bir hissəsi pedaqoji fəaliyyətə həsr olunub. O, 1990–2003-cü illərdə Bakı Dövlət Universitetinin Şəki filialının dosenti, 2008–2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutunun ictimai fənnlər kafedrasının müdiri, 2018–2020-ci illərdə isə Bakı Qızlar Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan tarixi və Azərbaycan arxeologiyası fənlərini tədris edib.

Alimin ayrı-ayrı elmi nəşrlərdə və rəsmi mətbuatda dərc olunmuş “Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycan mətbuatı”, “Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və tarixşünaslığının milli konsepsiyasının hazırlanmasına dair məsləhət, təklif və tövsiyyələri”, “Heydər Əliyev Qəbələni necə xilas etdi?”, “Tarixi-mədəni irsə qayğının Heydər Əliyev nümunəsi” və bu silsilədən olan çoxsaylı digər yazıları elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Professor Qafar Cəbiyev davamlı elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, dövlət xidməti və media sahəsində də səmərəli fəaliyyət göstərib.

O, 1990–2004-cü illərdə “Azərbaycan” qəzetinin Balakən–Şəki bölgəsində xüsusi müxbiri, 2004–2019-cu illərdə Milli Televiziya və Radio Şurasının üzvü, 2013–2019-cu illərdə Şura sədrinin müavini olub”. Can Azərbaycan”, “Yazılan qalacaq”, “Düşüncələr” və “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kimi iri həcmli publisistik əsərləri vətəndaş alimin elmi-pedaqoji istiqamətlə yanaşı, jurnalistika sahəsində də uğurlu fəaliyyət göstərdiyindən xəbər verir. O, “Qızıl qələm” və “Humay” mükafatlarına, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Professor Q.Cəbiyev özünün son dərəcə aktiv və səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti ilə təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınan, qiymətləndirilən alimlərdəndir. Onun 2012-ci ildə Türk dünyasının “Elm adamı” fəxri adına layiq görülməsi Azərbaycan aliminin beynəlxalq sahədəki nüfuzundan xəbər verir. 2020-ci ildə Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu və xidmətlərinə həsr olunmuş beynəlxalq vebinar konfrans keçirilib. Bu ilin yanvar ayında Şimali Makidoniyada keçirilən XIII ənənəvi “Ohrid-Vodiçi” konfransı, aprel ayında Şimali Kipr Türk Cümriyyətinin Yaxın Doğu Universitetində “Türk mədəniyyəti, incəsənəti və mədəni mirası” mövzusunda keçirilən beynəlxalq simpozium da məhz professor Qafar Cəbiyevə həsr edilib.

Qafar müəllimin “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin üzvü kimi çoxtərəfli işgüzar fəaliyyətini, mədəni irsin tədqiqinə, təşviqinə və qorunmasına yönəlik yanaşmalarını analiz edərkən onun elmi təfəkkürünün və ictimai fəaliyyətinin bir-biri ilə sıx əlaqədə olduğunu görürük.

Göründüyü kimi, professor Q.Cəbiyevin həyatı zəhmət və istedadın çox möhtəşəm sintezinin bariz nümunəsidir. Onun hər bir uğurunun arxasında zəhmət, fədakarlıq və səbr durur. Onun elmə verdiyi töhfələr yalnız şəxsi nailiyyətlərlə məhdudlaşmır, həm də rəhbərliyi altında yetişən gənc arxeoloqlar nəslinın müvəffəqiyyətlərində özünü göstərir.

Bir sözlə, Qafar müəllim həm alim, həm pedaqoq, həm jurnalist, həm də ictimai xadim olaraq bütün hallarda və bütün sahələrdə öz vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirməklə, Azərbaycan elminin inkişafına sanballı töhfələr verib. Dəyərli alim dostum, 75 yaşın mübarək!

Habil MƏMMƏDOV,
tarix elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see206

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see162

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see152

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see150

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see147

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see146

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see145

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see142

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see140

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see138

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see138

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see138

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see137

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see135

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see133

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see129

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see125

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri