Icma.az
close
up
RU
“Tariximizin İşığında Qərbi Azərbaycanın izi ilə” FOTOLAR

“Tariximizin İşığında Qərbi Azərbaycanın izi ilə” FOTOLAR

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm və Təhsil Nazirliyi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Tariximizin İşığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, İctimai Birliyin sədri, layihənin rəhbəri Xətai Ələsgərli layihənin məqsədi, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılması və esse müsabiqəsinin əhəmiyyəti barədə məlumat verib.

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlanılıb.

Layihə səkkiz ay müddətində tam orta məktəblərin 10 və 11-ci sinif şagirdləri, peşə və kollec tələbələrini əhatə edir. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə inşa müsabiqəsi keçiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək.

Müsabiqəyə esselər iyunun 20-dək “Tariximizin İşığında-Qərbi Azərbaycanın izi ilə” başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.

Tədbirdə çıxış edən layihənin eksperti Taleh Əliyev, münsiflər heyətinin sədri Güllü Eldar Tomarlı, AMEA Folklor İnstitutunun aparıcı elmı işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, layihə köməkçisi Vüsal Əmirov çıxış ediblər. Qeyd edilib ki, bu layihə gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri