Qərbi Azərbaycan tariximizin işığında
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında – Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlayıb.
İctimai birlikdən bildirilib ki, layihə səkkiz ay müddətində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Abşerondan 35 orta məktəbin 10 və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə inşa müsabiqəsi keçiriləcək.
Müsabiqənin nəticələrinə əsasən, hər məktəbdən seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək. Qeyd edilib ki, bu layihə gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir.
Rizvan FİKRƏTOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 09 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















