Icma.az
close
up
RU
“Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans

“Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, konfransdan öncə soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Akademik çıxışı zamanı tarixin müxtəlif mərhələlərində ermənilərin xalqımıza qarşı ən qəddar üsullardan istifadə etməklə törətdikləri misli görünməmiş kütləvi qırğınlar və soyqırımları barədə danışıb. Xocalı faciəsini insanlığa qarşı ən ağır cinayət kimi səciyyələndirib.

Xocalı həqiqətlərinin, xalqın haqq səsinin dünyaya duyurulması istiqamətində görülən işləri diqqətə çatdıran bölmə sədri bildirib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz Ümummilli lider  Heydər Əliyev tərəfindən verilmişdir.  Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir ki, bu gün Xocalı soyqırımı dünyanın bir sıra ölkəsi tərəfindən rəsmən tanınır. Xocalı həqiqətlərinin, erməni vəhşiliyinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının mühüm rolu vardır.

“Bu gün Xocalı azaddır. Azərbaycanın igid oğulları Xocalı şəhidlərinin qisasını alıb. Xocalı suveren Azərbaycanın yenidən qurulan bölgələrindəndir”, - deyən akademik hələ də davam edən erməni uydurmalarına qarşı mübarizə aparmağın xüsusilə elm adamları üçün vacibliyini dilə gətirib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Xocalı soyqırımı - insanlığa qarşı cinayət”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Natavan İbrahimova “Xocalı faciəsi ədəbiyyatımızda” mövzusunda məruzə ediblər.

Məruzələrdə Xocalı soyqırımı ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, Xocalının mühüm strateji mövqeyi, blokada vəziyyətinə salınması, soyqırımının baş vermə səbəbləri, tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi qırğınlar və başqa məsələlər ətraflı şərh olunub.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz ermənilərin törətdikləri cinayətlərin qisasını hərb meydanında almışdır.

Konfransda həmçinin Xocalı mövzusunun bədii ədəbiyyatımızda əksi, N.Həsənzadə, Z.Yaqub, Ş.Sadiq, E.Elatlı, A.Yadigar, E.Yurdoğlu, Z.Vedili, Q.Qərib və başqa qələm sahiblərinin əsərlərində faciə dəhşətlərinin, xalqın ağrı-acısının bədii təsviri məsələsi təhlil olunub.

Sonda AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev çıxış edərək Xocalı soyqırımın təbliğini hər bir tədqiqatçının, hər bir insanın vətəndaşlıq borcu adlandırıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri