İğdırda Xocalı soyqırımı mövzusunda konfrans keçiriləcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 16 fevral, AZƏRTAC
Fevralın 26-da Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı mövzusunda konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi qanlı cinayətlərin 34-cü ildönümü ilə bağlı müzakirələr İğdır Universitetinin Karaağac kampusunda təşkil ediləcək.
Konfrans iştirakçıları qarşısında İğdır Universitetinin dosenti Suna Altan, Qafqaz Universitetinin (Qars) professoru Elnur Həsən Mikayıl və Qafqaz Universitetinin professoru Yaşar Köp çıxış edəcəklər.
İğdırdakı Azərbaycan Evi tədbirə təşkilati dəstək verəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:İğdırda Xocalı soyqırımı mövzusunda müsabiqələrin qalibləri müəyyənləşib
17 Fevral 2026 03:59
“Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans
25 Fevral 2025 15:26
Xocalı soyqırımı: İllinoysda konfrans keçirildi
25 Fevral 2025 22:07
İğdırda Alim Qasımovun konserti keçiriləcək
19 Noyabr 2024 14:33
Yevlaxda Xocalı soyqırımı mövzusunda inşa müsabiqə keçirilib
26 Fevral 2025 15:29
Baxış sayı:134
Bu xəbər 16 Fevral 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















