Icma.az
close
up
RU
Tarixin ən məkrli hücumu: 800 rus əsgəri 15 km sürünüb VİDEO

Tarixin ən məkrli hücumu: 800 rus əsgəri 15 km sürünüb VİDEO

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna ötən avqustda Rusiyanın qərb sərhədlərindəki Kursk bölgəsinə hücum edib. Bu, II Dünya müharibəsindən bu yana rus torpaqlarının ilk dəfə işğal edilməsi ilə nəticələnib.

Bölgədə qarşılıqlı hücumların davam etdiyi bir zamanda - 5 martda ABŞ administrasiyası Kiyevə kəşfiyyat dəstəyi göstərməyi kəsib. Rusiya ərazini geri almaq üçün gizli "Potok əməliyyatı"na başlayıb. Hərbi əməliyyatlar məhz kəşfiyyat məlumatlarının dayandırıldığı müddətdə (5-11 mart) baş tutub.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, gizli əməliyyatın təfərrüatları barədə “Telegraph” qəzeti yazıb.

Məlumata görə, rus dilində "axın" mənasını verən "Potok əməliyyatı"ndan xəbərsiz olan ukraynalılar rus əsgərlərinin bu hücumuna hazırlıqsız yaxalanıb.

Rusiya xüsusi təyinatlıların əsgərləri Suca şəhərinə sızmaq üçün 15 km uzanan qaranlıq təbii qaz kəmərinin içərisi ilə 2 gün sürünüblər.

Boru kəmərindən çıxan yüzlərlə əsgər Sucanın şimalındakı Ukrayna mövqelərinə hücum edərək əsgərləri Rusiyadan çəkilməyə məcbur edib.

Rusiyada “borudan çıxan əsgərlər” əfsanəyə çevrilib, geri qayıdanlar isə müharibə qəhrəmanı kimi qarşılanıblar.

Rus ordusunda xidmət edən “Zombi” kod adlı komandir hazırlıqların 3 həftə davam etdiyini açıqlayıb. 

“Borudakı qazı çölə çıxarmalı, içəri oksigen vurmalı, yer səthinə əlavə çıxışlar qurmalı və döyüş sursatı, ərzaq, su və hərbi personalı daşımalı idik”.

Komandir deyib ki, qaranlıqda hərəkət edən hərbi birliklər oksigen azlığından, qatı qaz qoxusundan və dondurucu soyuqdan şikayətləniblər.

Boru xətti vasitəsilə 600-800 aralığında əsgər göndərildiyi iddia edilib.

Boru kəmərinə daxil olan əsgərlər yüksək miqdarda metan qazını udublar və nəticədə ağciyərlərində ağır kimyəvi yanıqlar yaranıb. Sağlamlıq müayinəsi zamanı onun ağciyərlərində tıxanıqlıq və şişlik aşkar edilib.

Səhiyyə rəsmiləri əsgərlərin səhhətinin sürətlə pisləşməsini gördükdə ilk dəfədir belə bir halla rastlaşdıqlarını söyləyiblər.

“Bəlkə də dünyada bir ilkdir”,- deyə məlumatda qeyd edilib.

Kursk əməliyyatı epik miqyas aldıqca Rusiyada kilsənin qarşısına kəmərin 50 metrlik maketi qoyulub və “Qorxudan bütün borularını havaya uçurun. Biz yenə də yeraltından sizə gələcəyik” mahnısı səsləndirilib.

Qəfil hücumda baş verənlərlə bağlı Ukrayna tərəfi Rusiyadan tamam fərqli hekayələr danışıb.

Ukrayna tərəfi hücumun qətliama çevrildiyini söyləyib. Əməliyyata qatılan ruslar qəhrəman yox, pis və diqqətsiz hərbi planlaşdırmanın qurbanı kimi təqdim edilib.

Ukrayna əsgərlərinin rusların gəlişindən xəbərdar olduğu bildirilib.

Billurə Yunus


 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri