Tarixin ən yaxşısı seçilir Səs vermək 1 avrodur
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Hər il dünyanın ən yaxşı futbolçusunu seçən və “Qızıl top” mükafatını təqdim edən nüfuzlu “France Football” jurnalı “Bütün zamanların Qızıl topu” mükafatına namizədlərin siyahısını dərc edib.
Bakıvaxtı.az xəbər verir ki, siyahı tərtib edilərkən yalnız karyerası ərzində azı bir dəfə “Qızıl top” qazanan futbolçular seçilib.
Bu səbəbdən namizədlər arasında Dieqo Maradona və Pele kimi əfsanələrin adı yoxdur, çünki onların dövründə mükafat Avropanı təmsil etməyən oyunçulara verilmirdi.
“Bütün zamanların Qızıl topu” mükafatına 10 namizəd aşağıdakılardır:
Alfredo Di Stefano (hücumçu, İspaniya — 1957, 1959)
Lionel Messi (hücumçu, Argentina — 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023)
Kriştianu Ronaldo (hücumçu, Portuqaliya — 2008, 2013, 2014, 2016, 2017)
Marko van Basten (hücumçu, Niderland — 1988, 1989, 1992)
Yohan Kroyf (hücumçu, Niderland — 1971, 1973, 1974)
Karl-Haynz Rummenigge (hücumçu, Almaniya — 1980, 1981)
Mişel Platini (yarımmüdafiəçi, Fransa — 1983, 1984, 1985)
Ronaldo Nazario (hücumçu, Braziliya — 1997, 2002)
Kevin Kiqan (hücumçu, İngiltərə — 1978, 1979)
Frants Bekkenbauer (müdafiəçi, Almaniya — 1972, 1976)
Diqqətçəkən məqamlardan biri odur ki, bu nominasiyada səs vermək üçün 1 avro ödəniş etmək tələb olunur. İlin ən yaxşı futbolçusunun seçildiyi ənənəvi səsvermədən fərqli olaraq, bu müstəsna halda sıravi futbolsevərlər də öz favoritlərinə səs verə bilərlər.
Hazırda səsvermənin nəticələrinə əsasən, portuqaliyalı ulduz Kriştianu Ronaldo birinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 Oktyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















