Icma.az
close
up
RU
Tarixin səs inqilabı

Tarixin səs inqilabı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Telefon məkanı zamana qovuşdurur

“Danışın... Danışın, eşidirəm sizi”. Bu sözlər Həsən Seyidbəylinin eyniadlı povesti əsasında 1961-ci ildə ekranlaşdırılmış “Telefonçu qız” filmindən bir çoxlarımıza tanışdır. Filmdə tez-tez səslənən bu sözlər insanları bir-birinə yaxınlaşdıran söz körpüsünə yol açırdı. Telefonçu qız üçün bu cümlə gündəlik işin söz açarı, xəttin o biri tərəfində danışan insanlar üçün isə sevincin, həsrətin, bəzən də ümidin başlanğıcı idi. Bəlkə də buna görə “Telefonçu qız” ifadəsi texnoloji ünsiyyətin rəmzinə çevrilib.

Əvvəllər bir məktub bəzən günlərlə, həftələrlə yol gedirdi. O vaxta qədər isə saysız-hesabsız suallar insana rahatlıq vermirdi: görəsən, məktub ünvana çatacaq? Sonra bir gün insan səsi tellərlə yol getməyə başladı. Canlı səs körpüsü insanları bir anda qovuşdurdu.

1876-cı il martın 7-də Aleksandr Qraham Bellin sınaqdan keçirdiyi telefon rabitəsi uzaq məsafələri yaxınlaşdırdı. Bir ananın uzaqda olan övladının səsini eşidərkən kövrəlməsi, iki dostun uzun ayrılıqdan sonra şirin söhbəti, sevənlərin xəttin o biri başından belə bir-birini hiss etməsi… Telefon bütün bu duyğuların səssiz şahidinə çevrildi.

Dünyanın ilk telefon stansiyası 1878-ci il yanvarın 28-də ABŞ-ın Nyu Haven şəhərində fəaliyyətə başladı. Stansiya cəmi 21 abunəçiyə xidmət göstərirdi və zənglər xüsusi kommutasiya lövhəsi vasitəsilə operator tərəfindən birləşdirilirdi. Sistem Corc Villard Coy tərəfindən hazırlanmışdı və bu qurğu sayəsində artıq bir telefon istifadəçisinin şəbəkədə olan digər abunəçilərlə də əlaqə yaratması mümkün olurdu.

Telefonun ilk ixtiraçısı Aleksandr Qraham Bell telefonda salamlaşmaq üçün alman dənizçilərinin işlətdikləri “Ahoy!” sözünü təklif edirdi. Lakin məşhur ixtiraçı Thomas Edison danışığa “Hello” sözü ilə başlamağın daha uyğun olduğunu irəli sürdü. Qısa müddətdə bu söz telefonda rəsmi salamlaşmaya çevrildi və müxtəlif dillərdə fərqli formalar aldı. Azərbaycan dilində istifadə etdiyimiz “Alo” sözü də məhz həmin “Hello” ifadəsinin dəyişmiş formasıdır.

Telefon şəbəkələrinin genişlənməsi ilə yeni peşə yarandı–telefon operatorluğu. 1878-ci il sentyabrın 1-də Boston şəhərində işə başlayan Emma və Stella Nutt bacıları dünyanın ilk telefonçu qadınları olub. Onlardan sonra telefon operatorluğu peşəsində qadınların sayı sürətlə artmağa başladı.

Telefon texnologiyası inkişaf etdikcə, yeni ideyalar da meydana çıxırdı. 1880-ci ildə Aleksandr Qraham Bell və onun köməkçisi Çarles Sumner Tainter “fotofon” adlı yeni rabitə cihazı yaratdılar. Bu qurğu səs siqnallarını elektrik naqilləri ilə deyil, işıq şüaları vasitəsilə ötürməyə imkan verirdi. Fotofon müasir simsiz rabitə texnologiyalarının ilkin ideyalarından biri hesab olunur və bir çox tədqiqatçılar onu bugünkü optik və simsiz rabitə sistemlərinin sələfi kimi qiymətləndirirlər.

Beləliklə, telefonun yaranması ilə başlayan texnoloji inkişaf prosesi insanların bir-biri ilə danışmasını asanlaşdırdı, yeni peşələrin formalaşmasına, rabitə infrastrukturunun qurulmasına və nəticə etibarilə müasir telekommunikasiya sistemlərinin yaranmasına yol açdı. Bugünkü rəqəmsal rabitə və internet texnologiyalarının təməlində də məhz həmin dövrün sadə, lakin inqilabi ixtiraları dayanır.

Bu gün isə texnologiyanın sürətlə dəyişdiyi dövrdə yaşayırıq. Mobil telefonlar vasitəsilə dünyanın istənilən nöqtəsi ilə əlaqə qura bilirik. Lakin bir vaxtlar insan səsinin uzaq məsafələrə çatdırılması yalnız xəyal kimi görünürdü. Zəng etmək üçün xüsusi telefon stansiyalarında çalışan operatorlara müraciət etmək lazım idi..

Belə telefonçulardan biri hazırda “Aztelekom” MMC-nin Şəbəkə texnologiyaları departamenti, Genişzolaqlı xidmətlər və transmissiya şöbəsinin müdiri Talıbzadə Əhmədovdur:

– Ali təhsilimi keçmiş Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, (indiki Azərbaycan Texniki Universiteti) “Elektron texnikası mühəndisi” ixtisası üzrə başa vurmuşam. Əmək fəaliyyətimə 1990-cı ildə rabitə sahəsində mühəndis kimi başlamışam. Sonrakı illərdə telekommunikasiya sektorunda müxtəlif vəzifələrdə çalışaraq bu sahədə təcrübə qazanmışam. Hazırda isə “Aztelekom” MMC-nin Şəbəkə texnologiyaları departamentində şöbə müdiri vəzifəsində fəaliyyətimi davam etdirirəm.

Bu peşəni seçərkən əsas məqsədim texniki avadanlıqların iş prinsiplərini dərindən mənimsəmək, peşəkar mütəxəssis kimi formalaşmaq idi. Telekommunikasiya sahəsində topladığım 36 illik təcrübə mənə həm texniki, həm də praktiki baxımdan ciddi bilik və bacarıqlar qazandırdı.

Peşə fəaliyyətimin ilk illərində iştirak etdiyim mühüm layihələrdən biri 1990-cı illərdə Şirvan şəhərində 5000 nömrə tutumlu telefon stansiyasının qurulması idi. Layihədə iştirak etmək bu sahədə ilk təcrübəm oldu və həmin dövrdə qazandığım praktiki biliklər gələcək fəaliyyətim üçün mühüm əsas yaratdı.

2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülməyim mənim üçün böyük qürur mənbəyi, həm də əməyin qiymətləndirilməsi kimi yaddaşıma həkk olunmuş ən unudulmaz hadisədir.

İllərin təcrübəsi bir daha göstərir ki, telekommunikasiya texnologiyaları daim inkişaf edir və yenilənir. Bu sahədə çalışan mütəxəssislər üçün isə ən vacib məsələ dəyişən texnologiyalarla ayaqlaşmaq, yenilikləri mənimsəmək və rabitə infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Ləman TƏHMƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri