Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Tarixin həqiqətləri Azərbaycan kinosunda

Tarixin həqiqətləri Azərbaycan kinosunda

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

XIX əsrin ən maraqlı kəşflərindən olan kino bəşəriyyətin diqqət mərkəzində oldu. Hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hissləri, gözəlliyi və müxtəlif düşüncələri insanlara çatdıran bu vizual sənətdə həyatın üzü, tarixin həqiqəti əksini tapmış oldu. Bir əsrdən artıq yol gələn Azərbaycan kinosu bizə tarixi keçmişimizdən Dədə Qorqudumuzdan, Koroğlumuzdan, Babəkimizdən, Mehdi Hüseynzadəmizdən, eləcə də neftimizdən, inkişafımızdan, tarixi şəxsiyyətlərimizdən soraq verərək tarixi həqiqətlərlə bizləri üz-üzə qoyur. Ötən illərin hər daşından, izindən bizləri xəbərdar edən Azərbaycan kinosu. Bizləri həm güldürən, həm düşündürən, həm də mənəvi sarsıntılar yaşatdıran, kimliyimizi, qəhərəmanlığımızı, igidliyimizi, mübarizliyimizi, vətənpərvərliyimizi təqdim edən Azərbaycan kinosu. Bu filmlərdə ideal şəxsləri, ali dəyərləri görməyimizlə yanaşı, cəmiyyətin neqativ halları ilə də üz-üzə gəlirik. Ziddiyyətli dünyanın ziddiyyət kəsb edən məqamları ilə tanış oluruq. Neçə əsrlik tariximiz vərəqlənir, bu filmlərdə. O filmlərlə böyümüşük, ən yüksək dəyərlərin əxz olunmasında bizlərə təsirsiz ötüşməyib və hər bir filmdən bir iz salınıb dünyamıza. Artıq neçə illərdir ki, bu filmləri ərsəyə gətirən kinematoqrafçıların peşə bayramını qeyd edirik. Azərbaycanın müstəqillik əldə etməsi ilə kino işçilərinin də peşə bayramı 27 avqust tarixində deyil, məhz 2 avqust tarixdə qeyd olunmağa başlanıldı. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı əsasında, 2 Avqust Milli Kino Günü elan olundur.

1898-Cİ İLİN 2 AVQUST TARİXİ

Azərbaycan kinosunun yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və bir bədii kinosüjetdən - "İlişdin"dən ibarətdir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakı, Tiflis və İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M.Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə, Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır. Tarixi materiallar əsasında deyə bilərik ki, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən isə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından və neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı buraxılmağa başlandı.

ZAMANIN TƏLƏBİ ƏSAS MEYAR OLDU

Beləliklə, Azərbaycan kinosu inkişaf dövrünü yaşayırdı. Zamanın tələbi əsas meyar idi. İkinci Dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, M.F.Axundzadənin həyat və fəaliyyətinə dair "Səbuhi" vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkildi. Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmi isə Azərbaycanın, eləcə də, keçmiş sovet kinosunun nailiyyətlərindəndir. İkinci Dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək, əsgərlərin qəhrəmanlığını lentə çəkirdilər. Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar və kinooçerklər də yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Məktuba cavab", "Qardaş köməyi" və s. 1944-cü ildə "Bakı kinostudiyası" Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı. Beləliklə, bir-birin ardınca Azərbaycan həyatını əks etdirən filmlər istehsal olunmağa başlanıldı.

AZƏRBAYCAN KİNO SƏNƏTİNDƏ YENİ DƏSTİ-XƏTT

1970-80-ci illərdə Dahi Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən məhəbbətini əsirgəmədi. XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, "Bir cənub şəhərində" filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi və insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Baş müsahibə", "Var olun, qızlar", "Həyat bizi sınayır", "Xoşbəxtlik qayğıları" və s. filmləri göstərmək olar. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında "Mozalan" satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur.

YENİ DÖVRÜN BAŞLANĞICI

Ötən əsrin 90-cı illəri yeni baxışlar, yeni quruluş cəmiyyət qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması əsas amillər idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında yeni bir dövrün başlanğıcı oldu. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını çıxışlarında xüsusi vurğulamışdır. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən azalmışdır. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər. Belə ki, "Yarasa" və "Özgə vaxtı" filmləri o illərin ən mükəmməl filmləri sırasındadır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında yeni bir dövrün başlanğıcı oldu. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını çıxışlarında xüsusi vurğulamışdır.

Müstəqillik illərində çəkilən filmlər sırasında maraq doğuran Azərbaycanın Ümummilli Liderinin geniş və hərtərəfli fəaliyyətindən bəhs edən film N.Səfərovun ssenarisi əsasında operator O.Şıxəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Ulu Öndər Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır. Ssenarist və kinorejissor Vaqif Mustafayevin Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən, onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "Heydər Əliyev" filminin 9-nu çəkib. Onlardan "Əsl məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya Teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib. Onu da qeyd edək ki, Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayevin "Əsrin sazişi" filmində öz əksini tapmışdır.

Son illərin hadisələri də ekran həllini tapmış və beynəlxalq müsabiqələrdə yer almışdır. "Arxada qalmış gələcək", "Atılmamış güllələr", "Biz qayıdacağıq", "Canavar balası, "Dolu", "Girov", "Xoca", "Xüsusi təyinatlı İbad", "Qarabağa gəzinti", "Laçın dəhlizi", "Vandalizm", "Mübarizə" və s. filmlərdə xalqımızın mübarizəsi, Qarabağ uğrunda gedən döyüşlər öz əksin tapmışdır.

Azərbaycan kino sənətinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə, kino xadimlərinə Prezidentin fərdi təqaüdləri, fəxri adlar və mükafatlar verilib. Azərbaycan kinematoqrafçıları bundan sonra da xalqımızın tarixi, keçdiyi yol ilə bağlı hadisələri ekranlaşdırıb, həyat həqiqətlərini kinosevərlərə təqdim edəcəklər.

Həqiqətəən də, 127 il ərzində Azərbaycan kinematoqrafiyası bir sıra ölkələr üçün nümunə olacaq sənət nümayiş etdirib. Kinematoqrafiya sahəsində gözəl sənətkarlarımız, ustadlarımız olub. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Kinematoqrafiyasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2008-2018-ci illərdə Dövlət Proqramının qəbul edilməsi, eyni zamanda, Azərbaycan filmlərinin çəkilişində dövlət investisiyalarının artırılması, həmçinin milli kinematoqraf məhsullarının nüfuzlu festivallara çıxması üçün şəraitin yaradılması, Azərbaycan Kino Agentliyinin təsis edilməsi məhz bu sahəyə olan qayğının və diqqətin göstəricisidir.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri