Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan dostluğu tarixin sınaqlarından çıxıb

Azərbaycan Gürcüstan dostluğu tarixin sınaqlarından çıxıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qafar Əliyev,

YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi elmlər üzrə fəlsəfə doktoru

Gürcüstanın dövlət başçısının- Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana 2025-ci il aprelin 16-da baş tutan ilk səfəri Azərbaycan və Gürcüstan dostluq münasibətlərini daha da inkişaf etdirərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı bacaran qardaş ölkələr olduğunu bir daha sübut etdi. Müstəqilliyin bərpasından sonra Ümummilider lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində tamamilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha irəliyə aparılaraq  yüksək tərəfdaşlıq səviyyəsinədək yüksəldilib.

Təsadüfi deyil ki, son illər iki ölkə arasında yüksək səviyyəli səfərlər, eləcə də hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirləri səviyyəsində səfərlər münasibətlərimizin daha da möhkəmlənməsinə, qarşılıqlı etimad və inamın artmasına mühüm təsir göstərib. Bu səfərlər və görüşlər, aparılan faydalı müzakirələr dialoq mühitini möhkəmləndirərək region üçün nümunəvi platformaya çevrilib.

Artıq uzun müddətdir ki, Azərbaycan-Gürcüstan əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli, beynəlxalq formatlarda uğurla inkişaf edir.  Prezident İlham Əliyevin Gürcüstanın dövlət başçısının Azərbaycana aprelin 16-da baş tutan səfəri zamanı mətbuata bəyan etdiyi kimi, iki dost və qardaş ölkə kimi bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Eyni zamanda, dövlət başçısı postuna seçilməsindən sonra ilk rəsmi səfərini Azərbaycana həyata keçirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu addımı çox mühüm siyasi məna kəsb edir və dövlətimizə, Prezident İlham Əliyevə olan böyük ehtiramı əks etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Qeyd edək ki, dost və qonşu ölkə olaraq Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin müdafiəsində sabit mövqe nümayiş etdirib. Həmçinin beynəlxalq təşkilatlarda öz qətiyyətli iradəsini ifadə etdirərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsini dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib.

Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyi demək olar ki, bütün sahələri əhatə edir. İki ölkə arasında ali səviyyədə mövcud olan fəal siyasi dialoq həm təhlükəsizlik və müdafiə, həm iqtisadi, həm enerji, həm nəqliyyat- ogistika, həm də mədəni-humanitar və turizm sahələrində ciddi uğurlara əsas yaradıb.

Məlumdur ki, bu iki dost ölkə strateji əhəmiyyətli regionda yerləşməklə, qlobal əhəmiyyətli enerji, nəqliyyat, kommunikasiya layihələrində birgə iştirak etməklə bölgədə sabitliyin təmin olunmasına töhfə verməkdədir. Azərbaycan Prezidentinin xatırlatdığı kimi, böyük əhəmiyyət daşıyan bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.

Hazırda iki ölkənin birlikdə müəllifi olduğu böyük nəqliyyat-kommunikasiya layihələri böyük sinergiya konsepsiyası kimi çıxış edərək Cənubi Qafqazı Orta Dəhlizin ayrılmaz hissəsinə çevirir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi sülhün, əmin-amanlığın bərqərar etdirilməsinə öz töhfəsini verən Gürcüstan və Azərbaycanın liderliyi ilə ümid etmək olar ki, Cənubi Qafqazın qara səhifələri bundan sonra bağlanacaq və tarixdə qalacaq.

Qətiyyətlə demək olar ki, qardaş ölkələrimiz əməkdaşlığın formatını daha da genişləndirmək, yeni istiqamətlər üzrə möhkəm əlaqələr qurmaq üçün sarsılmaz iradə nümayiş etdirir. İndiyə qədər iki ölkə arasında imzalanmış çoxsaylı sənəd geniş əməkdaşlıq üçün möhkəm hüquq baza yaradıb və yeni layihələrin həyata keçirilməsinə yol açıb.

Bu baxımdan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin qeyd etdiyi bu fikir tamamilə yerinə düşür: "Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək".

Beləliklə, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk səfərini ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində növbəti uğurlu addım və yeni layihələrin icrasına möhkəm təməl kimi xarakterizə oluna bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri