Tatar: Suveren bərabərliyimiz qəbul olunmayana qədər danışıqlar prosesi başlamayacaq
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin ev sahibliyi ilə Nyu Yorkda keçirilən Kiprlə bağlı 5+1 toplantısına qatılan prezident Ersin Tatar ŞKTC-yə qayıtdıqdan sonra Ercan hava limanında mətbuat konfransı keçirib.
Tatar, 5+1 formatında keçirilən görüşdə iki tərəf arasında Kiprdə əməkdaşlıq məsələlərinin ortaq nöqtəyə çatana qədər müzakirə edildiyini bildirib.
Görüşlərdə müzakirə ediləcək 6 əməkdaşlıq mövzusundan ikisi üzrə razılıq əldə edildiyini qeyd edən Tatar, razılaşdırılan mövzuların “Enerji sahəsində əməkdaşlıq” və “Sərhəddə yeni qapıların açılması” olduğunu bildirib.
Kiprli türklərin embarqo və təcrid altında insan haqlarının pozularaq qurbana çevrildiyini vurğulayan Tatar, Nyu-York toplantısında ŞKTC-də mülk satın alanlara qarşı Kipr Rum Administrasiyasının həbs və mühakimə olunması məsələsini gündəmə gətirdiyini bildirib.
Tatar, Quterreşin Kipr türk xalqının həssaslığını tam şəkildə anladığını və buna uyğun ədalətli yanaşma nümayiş etdirərək onlara yaxınlıq göstərdiyini bildirib və buna görə Quterreşə təşəkkür edib.
Kipr türk tərəfinin heç vaxt diplomatiyadan çəkinmədiyini vurğulayan Tatar görüşdə səslərini eşitdirdiklərini vurğulayıb.
Tatar: "Suveren bərabərliyimizi qəbul etmədən danışıqlar prosesi başlamayacaq. Bu, köklü bir siyasətdir. Biz dəfələrlə izah etmişik ki, bərabər beynəlxalq statusumuz təsdiqlənmədən danışıqlar başlamayacaq", - deyə bildirib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















