Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Suveren dövlət ŞƏRH

Suveren dövlət ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Hər bir xalqın tarixində onun taleyini müəyyən edən, milli dövlətçilik düşüncəsini möhkəmləndirən mühüm mərhələlər mövcuddur. Xalqın öz müqəddəratını müəyyən etməsi, müstəqil dövlət qurması, onun ərazi bütövlüyünü və suverenliyini qoruması ən böyük milli dəyərlərdən hesab olunur. Azərbaycan xalqı da tarix boyu dövlətçilik ənənələrini qoruyub saxlamış, müxtəlif çətinliklərə və sınaqlara baxmayaraq, müstəqillik idealından heç zaman geri çəkilməmişdir.

XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin mühüm hadisələrindən biri oldu. Lakin müstəqilliyin ilk illərində ölkəmiz ciddi hərbi-siyasi və iqtisadi sınaqlarla üzləşdi. Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal edildi. Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən etibarən beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdi.

İşğal nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşdü. Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirildi. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu, təbii sərvətlərimiz talan edildi. Xocalıda törədilmiş soyqırımı isə Azərbaycan xalqının yaddaşında dərin iz buraxan, insanlıq tarixinin ən ağır faciələrindən biri kimi qaldı.

Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ərazi bütövlüyümüzün bərpası xalqımızın qarşısında duran ən mühüm milli məsələlərdən biri idi. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, milli həmrəyliyin möhkəmləndirilməsi və güclü dövlət quruculuğu sonrakı mərhələdə bu məqsədə nail olmaq üçün mühüm zəmin yaratdı. Azərbaycanın iqtisadi və hərbi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ordu quruculuğuna xüsusi diqqət yetirilməsi qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına imkan verdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altındakı ərazilərin əhəmiyyətli hissəsini azad etdi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələr nəticəsində uzun illər davam edən işğala son qoyulması istiqamətində tarixi nəticələr əldə edildi.

Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlətə və orduya inamını, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Döyüşlərdə Azərbaycan əsgər və zabitləri misilsiz şücaət göstərdilər. Minlərlə hərbçimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı ərazi bütövlüyümüzün bərpası yolunda həlledici rol oynadı. Bu Zəfər Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbə kimi deyil, milli iradənin təntənəsi kimi də yaşayır.

Lakin Azərbaycanın ərazi bütövlüyünün tam bərpası üçün proses bununla yekunlaşmadı. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu qarşısında duran vəzifələri yerinə yetirdi. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində bərpası baxımından mühüm tarixi mərhələ oldu. Beləliklə, Azərbaycan ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyini də tam şəkildə təmin etdi.

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağının ölkənin bütün ərazilərində dalğalanması xalqımız üçün xüsusi mənəvi və siyasi əhəmiyyət daşıyır. Bayraq dövlət müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin rəmzidir. Uzun illər işğal altında qalan ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsinin başlanğıcını simvolizə edir.

Suverenlik yalnız dövlət sərhədlərinin və ərazinin qorunması ilə məhdudlaşmır. Suveren dövlət öz siyasi iradəsini müstəqil şəkildə həyata keçirən, ərazisində konstitusiya quruluşunu və hüquq sistemini təmin edən, milli maraqlarını qoruyan dövlətdir. Bu baxımdan Azərbaycanın suverenliyinin tam bərpası xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik hadisədir.

Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra qarşıda yeni vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərin bərpası, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yenilənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq işləri azad edilmiş torpaqların yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Azərbaycanın şəhər və kəndlərində aparılan bərpa-quruculuq işləri yalnız fiziki infrastrukturun yenilənməsi deyil, həm də həmin ərazilərin tarixi simasının, mədəni irsinin və sosial həyatının yenidən canlandırılması məqsədini daşıyır. İnsanların öz doğma torpaqlarına qayıtması isə Zəfərin ən mühüm humanitar nəticələrindən biridir.

Müstəqil Azərbaycan öz milli maraqlarını qoruyan, suverenliyini təmin edən və gələcəyə inamla addımlayan dövlətdir. Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində xalq-dövlət birliyi, milli həmrəylik və dövlətçilik dəyərlərinə bağlılıq mühüm amillərdir. Ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər göstərir ki, güclü dövlət, möhkəm milli birlik və müstəqil siyasət dövlətin qarşısında duran mürəkkəb vəzifələrin həllinə imkan yaradır.

Azərbaycan xalqı üçün ərazi bütövlüyü və suverenlik sadəcə hüquqi anlayışlar deyil, milli kimliyin və dövlətçilik düşüncəsinin ayrılmaz hissəsidir. Bu dəyərlərin qorunması hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur. Şəhidlərimizin qanı bahasına əldə edilmiş Zəfərin nəticələrini qorumaq, müstəqil dövlətimizi daha da gücləndirmək, gələcək nəsillərə firavan və təhlükəsiz Azərbaycan miras qoymaq hər birimizin ümumi vəzifəsidir.

Tarixin müxtəlif mərhələlərində ağır sınaqlardan keçən Azərbaycan xalqı öz dövlətçilik iradəsini qoruyub saxlamışdır. Bu gün isə həmin iradənin nəticəsi olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bu mənzərə xalqımızın keçdiyi mürəkkəb yolun, şəhidlərimizin fədakarlığının və müstəqil dövlətçilik idealının təntənəsidir.

Suveren Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin yeni mərhələsini yaşayır. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası xalqımızın milli yaddaşında əbədi yaşayacaq. Qarşıdakı əsas məqsəd isə əldə edilmiş Zəfəri möhkəmləndirmək, azad edilmiş ərazilərdə dayanıqlı inkişafı təmin etmək və güclü, müstəqil Azərbaycanı gələcək nəsillərə daha qüdrətli şəkildə çatdırmaqdır.

Şamo Qasımov

YAP Laçın rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri