Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Taxıl biçini: hansı problemlər var?

Taxıl biçini: hansı problemlər var?

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda taxıl biçini mövzümü artıq başlayıb. Bu il yay fəsli olmasına baxmayaraq uzun zaman havalar sərin keçirdi. Havaların uzun müddət sərin keçməsi taxıl biçinində çətinlik yaradır. Fasiləsiz yağan yağışlar taxıl biçininə mənfi təsir göstərir.

Həmçinin onu da qeyd edək ki, əvvəlki illərdə zaman-zaman kombayn problemi də müşahidə olunurdu. Sözügedən problem bu il də müşahidə olunurmu? Bu il ümumi vəziyyət necədir, taxın biçinində hansı problemlər var?

Bu barədə iqtisadçı ekspertlər “Xalq Cəbhəsi”nə danışıb.

İqtisadçı ekpert Akif Nəsirli bildirib ki, bu il taxıl biçini kifayət qədər gecikib: “Havanın sərin keçməsi taxıl zəmilərində sünbüllərin də yetişməsini əngəlləyib. Üstəgəl ara-sıra yağış yağır. Sünbül artıq may ayının sonundan başlayaraq inkişafdan dayanır. Gövdə quruyur. Hər dəfə yağış yağanda sünbülün dibindəki alaqlar sürətlə inkişaf edir. Bu da taxıl biçini zamanı itkiləri çoxaldır. İtkilər isə öz növbəsində məhsuldarlığa zərər verir, məhsuldarlığı aşağı salır. Hazırda belə problem var”.

“Biçin tam gücü ilə getmir”

A.Nəsirli əlavə edib ki, amma hələ də tam gücü ilə biçin getmir: “Ona görə də hələ ki, kombayn çatışmazlığı barədə məlumatlar yoxdur. Hər il ölkəyə kombayn idxal olunur. Builki idxalda ola bilsin ki, imkanlar bir qədər də genişləndirilib. Həmçinin qeyd elədiyim kimi, biçin məhdud şəkildə gedir”.

“Kombayn çatışmazlığı hələ ki hiss edilmir”

Ekspert bildirib ki, kütləvi biçin yəqin ki, yaxın günlərdə başlayacaq: “Hələ ki, kütləvi biçin mümkün olmur. Yəni ilin xarakterindən, ilin temperaturundan asılı olaraq o kütləvilik dəyişir. Məsələn, ötən il taxıl biçini iyun ayının ikinci dekadasında, yəni ikinci ongünlüyündə başlamışdı. Amma bu il daha gec başladı və hələ də tam kütləvilik alınmayıb. Yəni elə fermerlər var ki, əvvəlcə zəmiləri biçib yerə tökür, onun ardınca kombayn onu döyür. Belə fermerlər də var. Çünki qeyd elədiyim kimi, taxılın dibində çoxlu alaq otları bitir. O alaq otları yaş olduğuna görə kombaynın mexanizmi buğdanı tam döyüb çıxarda bilmir və buğda itkiyə gedir. Ona görə də kombayn çatışmazlığı hələ ki hiss edilmir”.

“Bəzi problemlər hələ də qalıb”

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov söyləyib ki, taxıl biçinində bəzi məsələlər uzun illərdir davam edir: “Bəzi problemlər hələ də qalıb. Fermerlər məhsullarının biçirilməsində müəyyən texniki problemlər yaşayırdı və xüsusi ilə də ucqar dağ rayonlarında bu məsələlərdən əziyyət çəkirdi. Düzdür, Kənd Təsərrüfatı Nazirliyinin balansında bununla bağlı müəyyən qurumlar yaradıldı. Texnikaların icarəyə verilməsi və fermerlərə müəyyən qədər köməkliyin edilməsi və s. Amma burda da müəyyən problemlər var. Regionlarda fermerlərdən eşitdiyim problemlərdən bəziləri həmin o texnikaların sazlığı, çatışmazlığıyla bağlı məsələlərdir. Yəni texnika var, ancaq sazlığı o vəziyyətdə deyil”.

“Texnikalara qulluq olunmalıdır”

A.İbrahimov texnikaların nasaz olmasının məhsuldarlığı qat-qat aşağı saldığını vurğulayıb: “Texnikalara vaxtında planlı, plandankənar texniki qulluq olunmalıdır. Vaxtı-vaxtında təmizlik işləri aparılmalı, təkərlər, qayışlar və hidravlik sistemləri, yağ sistemləri düzəlməlidir. Məsələn, orada olan saman qalıqları, quru ot qalıqları var, onlar təmizlənməlidir və s. Bu kimi problemlər müşahidə olunan texnikalar var. Eləcə də işçilik problemlərilə bağlı. Məsələn, sezon olduğu dönəmlərdə baxırsan ki, müəyyən işlər olur ki, işçiyə ehtiyac lazım gəlir. Bu zaman insanlar çətinlik çəkirlər. Hələ də bu problemlər qalır”.

“Bu kimi problemlərin qarşısı alınmalıdır”

İqtisadçı həmçinin deyib ki, məhsulların daşınması, yığılması üçün konteyner problemləri var: “Məhsullar yığıldı dərhal daşınıb stoklanmalıdır. Bu kimi problemlər var və fermerlər bu problemlərlə hələ də 2025-ci ildə üzləşirlər. Bu kimi problemlərin qarşısı alınmalıdır. Ümumiyyətlə, mütəxəssis, ekspert kimi bir məsələyə toxunum ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti məni qətiyyən qane etmir. Kənd Təsərrüfatı Nazirliyi ölkədə subsidiya ayıran və kvota verən qurum deyil. Azərbaycan hökumətinin kənd təsərrüfatı siyasətini birbaşa icra edən qurumdur”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 İyul 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri