Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Sabirabadda taxıl biçini

Sabirabadda taxıl biçini

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İyunun 15-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb.

Nazir rayonda fəaliyyət göstərən “Fructus-Agro Park” MMC toxumçuluq təsərrüfatının əkin sahələrinə baxış keçirib. Təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib.

Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın “Arsenal”, “Viktoriya”, “Koralina”, “Bərəkətli” və “Əsgəran”, arpanın isə “Ştorm” və “Nuranə” sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyədək 95 hektar arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub və ümumilikdə, 400 tona yaxın arpa istehsal edilib.

Təsərrüfatın taxıl biçini aparılan sahəsinə baxış keçirən M.Məmmədov biçin prosesinin gedişini yerində izləyib. Kombaynın sükanı arxasına keçən nazir texnikaların vəziyyəti ilə maraqlanıb, təsərrüfat nümayəndələri və ətraf sahələrdən olan fermerlərlə söhbət edib. Müzakirələr zamanı taxıl istehsalında məhsuldarlığın artırılması, yüksək reproduksiyalı və yerli şəraitə uyğun toxum sortlarından istifadə, aqrotexniki tədbirlərin optimal müddətlərdə yerinə yetirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və torpaqların münbitliyinin qorunması məsələlərinə toxunulub.

Məcnun Məmmədov məhsuldarlığın yüksəldilməsi üçün sertifikatlı toxum materiallarından istifadə genişləndirilməli, torpaq və iqlim şəraitinə uyğun sort seçiminə üstünlük verilməli, gübrələmə, suvarma və bitki mühafizəsi tədbirləri elmi əsaslarla həyata keçirilməli olduğunu vurğulayıb. Biçin zamanı məhsul itkilərinin minimuma endirilməsi, kombaynların fasiləsiz fəaliyyətinin təmin olunması və yetişmiş sahələrdə məhsul yığımının qısa müddətdə başa çatdırılmasının da diqqətdə saxlanılmalı olduğunu qeyd edib.

Fermerlər təsərrüfatda görülən işlər, biçin prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə məlumat veriblər. Görüşdə fermerlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məcnun Məmmədov jurnalistlərə müsahibəsində taxıl biçini prosesinin təşkili, kənd təsərrüfatının inkişafı, aqrar sahədə yeni qəbul edilmiş Dövlət Proqramının əhəmiyyəti, proqram çərçivəsində həyata keçiriləcək tədbirlər və yeniliklər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, cari ildə taxıl üzrə məhsuldarlıq göstəricilərində müsbət dinamika müşahidə edilir. İyunun 13-dək olan operativ məlumatlara əsasən, respublika üzrə buğdanın orta məhsuldarlığı ötən ilin müvafiq dövründəki 32,9 sentner/hektardan 39,3 sentner/hektara yüksəlib. Beləliklə, buğda üzrə məhsuldarlıq 6,4 sentner/hektar və ya 19,5 faiz artıb. Arpanın orta məhsuldarlığı isə 31,7 sentner/hektardan 31,9 sentner/hektara çataraq 0,2 sentner/hektar və ya 0,6 faiz yüksəlib.

Ölkəmizdə taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin operativ məlumatına əsasən, iyunun 13-dək 105 min hektar taxıl sahəsi biçilib, 336,9 min ton məhsul toplanıb. Taxıl üzrə orta məhsuldarlıq 32,1 sentner/hektar təşkil edib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri