Icma.az
close
up
RU
Taxıl biçini marafonu sona çatır

Taxıl biçini marafonu sona çatır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu mövsümdə 3 milyon tona yaxın məhsul toplanıb

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişlənir. İlin əvvəlindən torpağa atdığı hər bir dənin cücərib boy atması üçün səy göstərən, tər tökən əkin-biçin adamı indi zəhmətinin bəhrəsindən məmnundur.

Zamanında nəvaziş göstərib sığal çəkdiyi torpaq da borclu qalmayaraq kəndlinin zəhmətinin əvəzini birə min qaytarır, necə deyərlər, sahibinin üzünü ağardır. Eyni zamanda, dövlətin aqrar sektorun inkişafına verdiyi dəstək də sahibkarın karına gəlir, onu torpağa möhkəm bağlayır. Bu da son nəticədə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun artmasına səbəb olur.

Bu baxımdan kənd təsərrüfatının vacib sahələrindən sayılan taxılçılıqda da son illər uğurlu nəticələr əldə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin məhsulu üçün ölkə üzrə 939,1 min hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər əkilib. Mövsümün əvvəlindən taxılçılıq sahəsində həyata keçirilən düzgün aqrotexniki tədbirlər nəticəsində zəmilərdə bol məhsul yetişdirilib. İyunun ilk günlərindən başlanan dənli və dənli paxlalı bitkilərin kütləvi biçini isə artıq başa çatmaq üzrədir. Avqust ayının 12-nə olan operativ məlumata əsasən, ötən müddətdə 924,4 min hektar sahənin məhsulu yığılıb. Bu da ümumi əkin sahələrinin 98,4 faizi deməkdir.

Komitənin məlumatına əsasən, mövsümün əvvəlindən sahələrdən 2 milyon 971,8 min ton məhsul toplanıb. Taxıl sahələrinin orta məhsuldarlıığı isə 32,1 sentner təşkil edib. Məhsulun 1 milyon 582,8 min tonunu və ya 53,3 faizini buğda, 1 milyon 349,9 min tonunu (45,4 faizini) arpa, 39,1 min tonunu (1,3 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Ümumilikdə, avqustun 12-dək ölkənin 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 30 rayonda taxıl sahələrinin 90 faizindən çoxu biçilib. Digər rayonlarda isə biçinin aparılması səviyyəsi 90 faizdən aşağı olub. Mövsüm ərzində ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayon taxılçıları 1 hektardan 51,4 sentner məhsul götürməyə müvəffəq olublar ki, bu da orta respublika göstəricisindən xeyli yüksəkdir. Bu sahədə Ağcabədi (44,4 sentner), Sabirabad (43,6 sentner), Samux (43,1 sentner), Salyan (42,3 sentner), Bərdə (42,2 sentner), Ağdam (41,8 sentner), Tovuz (40,9 sentner), Saatlı (40,2 sentner), Tərtər (39,7 sentner) və İmişli (39,5 sentner) fermerləri də yüksək göstəriciyə imza atıblar.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı isə Cəlilabad (229,8 min ton), Şəki (173,2 min ton), Ağcabədi (154,3 min ton), Füzuli (138,9 min ton), Kürdəmir (121,5 min ton), Hacıqabul (107,5 min ton), Biləsuvar (98 min ton) və İsmayıllı (95,7 min ton) rayonlarında müşahidə olunub. Bu il ölkədə taxıl üzrə orta məhsuldarlığın yüksək olmasında düzgün toxum seçimi, aqrotexniki qulluq qaydalarının vaxtında həyata keçirilməsi, xüsusilə alaq otlarına qarşı mübarizənin düzgün təşkili, eləcə də məhsulun vaxtında və itkisiz yığılması, kombaynların sürətli dislokasiya planının hazırlanaraq həyata keçirilməsi əsas rol oynayıb. Yeri gəlmişkən, mövsümün əvvəlindən biçin prosesinə 1344 kombayn cəlb edilib. Bunların da 475-i “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə, 869-u isə fiziki və hüquqi şəxslərə məxsus olub.

Yeri gəlmişkən, hazırda kənd təsərrüfatı mütəxəssisləri taxıl əkini sahələrini genişləndirməkdənsə, məhsuldarlığın artırılmasına daha çox diqqət yetirilməsinin vacibliyini önə çəkirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də çıxışlarında bu vacib məsələyə dəfələrələ toxunub. Mütəxəssislərin fikrincə, taxıl sahələrinin məhsuldarlığının artırılması üçün subsidiyaların ayrılması, yüksək keyfiyyətli və məhsuldar toxumların gətirilməsi vacib şərtdir. Bununla yanaşı, becərilmənin yaxşılaşdırılması ilə bağlı tələb olunan zəruri tədbirlər də vaxtında görülməlidir.

Son illər Azərbaycanda taxılçılığın inkişafına dövlət dəstəyi getdikcə artılır. Bu dəstəyin mühüm istiqamətlərindən sayılan subsidiya mexanizminin işə düşməsi taxılçılığa marağı ildən-ilə artırır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndini əsas tutan Aqrar Subsidiya Şurası 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Həmin qərara əsasən müasir suvarma sistemləri ilə təmin olunmuş taxıl sahələrinin hər hektarına görə 400 manat subsidiya nəzərdə tutulub. Müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrinin hər hektarı üçün isə bu məbləğ 140 manat müəyyən olunub.

– Bununla yanaşı, Aqrar Subsidiya Şurasının qərarına əsasən, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2025-ci il üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Avqust 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri